Mövlud Mövludun kitabı təqdim olunacaq

Mövlud Mövludun kitabı təqdim olunacaq
24 may 2017
# 15:46

Mayın 27-də mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, saat 12-dən 14-dək davam edəcək təqdimat mərasimi M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında olacaq.

Kitabın satışından əldə olunan gəlir Mövlud Mövludun övladına bağışlanacaq.

Xatırladaq ki, Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən “Çətirsiz”in tərtibçisi Kəramət Böyükçöl, redaktoru Ağa Cəfərlidir.

Tanınmış yazıçı Kamal Abdullanın ön sözü ilə açılan kitabda Mövlud Mövludun hekayələri və məqalələri toplanıb.

# 1154 dəfə oxunub

Müəllifin son yazıları

# # #