Eldar Baxışın kitabı çap edildi

Eldar Baxışın kitabı çap edildi
30 yanvar 2013
# 14:27

Slavyan Universitetinin yaradıcılıq fakültəsi “Eşq“ seriyasından Eldar Baxışın “Sərçə balası”, “Kəpənəkli öpüşlər” və Məmməd Orucun “Oyun havası” kitablarını çap etdirib.

Kulis.Az-ın məlumatına görə Eldar Baxışın “Sərçə balası” adlı kitabına şairin səkkiz kitabından seçmə şeirləri, eləcə də, çap olunmayan bədii nümunələr toplanılıb.

“Kəpənəkli öpüşlər” kitabında Alber Kamyu, Mişel Monten, Yılmaz Ərdoğan, Orxan Pamuk, Reha Muhtarın esseləri, Frans Kafkanın və Milena Yesenskayanın məktubları toplanılıb.

Məmməd Orucun kitabına “Oyun havası” povesti daxil edilib.

Hər üç kitab “Gənclik” nəşriyyatında 500 tirajla çap edilib.

# 1755 dəfə oxunub

Müəllifin son yazıları

# # #