Elçindən YENI ROMAN

Elçindən <span style="color:red;">YENI ROMAN
13 noyabr 2015
# 17:04

Bu günlərdə “Qanun” nəşriyyatında Xalq yazıçısı Elçinin yeni romanı işıq üzü görəcək.

“Baş” adlı bu roman təxminən iki əsr əvvəl Qafqazda baş vermiş mühüm tarixi hadisələrdən bəhs edir. Oxucu romanda daha nələrin şahidi olacaq:

- 1806-cı ilin 8 fevral günündə Bakıda, Qoşa Qala divarları qarşısında nə baş verdi?

- Hüseynqulu xan Bakı ağsaqqallarını, bəylərini, axundlarını Məşvərət otağına hansı mühüm qərarın müzakirəsi üçün toplamışdı?

- Hüseynqulu xanın bacısı oğlu Mahmud bəy məşvərətdə çılğıncasına danışıb, hansı təklifi söylədi? Mahmud bəyin aşırı türkçülüyü hardan qaynaqlanırdı?

- Qafqaz ordusunun Baş komandanı general Sisianov Bakının rəmzi açarını niyə qəbul edə bilmədi? Sisianovun qalib ədasıyla, at belində şəhərə daxil olmasının qarşısı necə alındı? Gəncənin adını dəyişib Yelizavetpol edən Sisianova Bakını Aleksandropol etmək niyə qismət olmadı?

Отображается файл "elcin.jpg"

- Qoşa Qala qapısının önündə general Sisianov necə qətlə yetirildi? Lal Qafaroğlu Sisianovun başını bədənindən necə ayırdı?

- Sisianovun kəsilmiş başını Qacar sülaləsinin vəliəhdi Abbas Mirzəyə kimlər çatdırdı? Mahmud bəylə Abbas Mirzə arasında hansı söhbət oldu? Mahmud bəyin sonrakı, Sibirdə bitən taleyi...

- Fətəli Şahin baş hərəmi, İbrahim Xəlil xanın qızı Ağabəyim Ağa Sisianovun kəsilmiş başı qarşısında hansı bəd duanı etdi?

- Ağabəyim Ağanın Napoleonun zövcəsi Jozefina, Aleksandrın zövcəsi Yelizaveta ilə məktublaşmaları... Ağabəyim Ağanın xeyirxahlıqları, şahın məhbəsində bir ilə yaxın yatan fransız alim-nəbatatçısı Forşu azad etməsi...

- Gənc zabit Pavel Sisianovun da müsahidə etdiyi Don kazakı Yemelyan Puqaçovun məharətlə təsvir olunmuş qətl səhnəsi...

- Çariça Mariyanın general Lazarevin qarnına xəncər soxaraq qətlə yetirməsinin inanılmaz təsviri...

- General Sisianovun göyüzündəki sərgərdan ruhu hansı hadisələrə təəssüflənir, baş verən hansı olaylardan təəccüblənib çaşbaş qalırdı?

- II Yekaterinanın öz oynaşı Platon Zubovu birdən-birə praporşiklikdən generallığa yüksəltməsi və onun qardaşı Valerian Zubovu Qafqaz ordusunun baş komandanı təyin etməsi...

- Fransa – İngiltərə - Rusiya – Osmanlı və Qacarlar arasında siyasi mübarizələr, müharibələr, nüfuz savaşı...

Səlis, axıcı dil, gözəl təhkiyəylə qələmə alınmış, dövrlə bağlı zəngin informasiyaların toplandığı kitab yaxın vaxtlarda oxuculara təqdim olunacaq.Отображается файл "elcin.jpg"Отображается файл "elcin.jpg"

# 938 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #