Sən olmadığın yuxular görə bilərəm

Sən olmadığın yuxular görə bilərəm
16 may 2013
# 12:42

Jalə Seyidli

Susmaq istəmən,
daha çox danışmağa ehtiyacın var demən..
susaraq danışmaq istəyirəm...
baxışlar, jestlər ...

daha nələr...
dil susar, onlar...əsla!
susublarsa- uhsuzsan...
ruhsuzsansa- ölüsən...
ölüsənsə - yoxsan...

susaraq danişmaq istəyirəm....

yanında susmağa kimsəm yoxdu...

***

Yatmağa qorxuram!..

içində sən olmayan yuxular görmə ehtimalım var...

getmə, yanımda ol ki,

yuxu görməkdən qorxmayım.

***

Tənhalıq-heç vaxt sevməyəcəyim aşiqim...

yolumu kəsir hər gün,

əlini uzadıb, mənə gəl deyir,

gözüm yolda qalıb...

ya dön, ya da tənhalığa yoldaş olum...

***

Ayrılaqmı!
Görüşəkmi!
Dost qalaqmı!
Sevgili olaqmı!
Nə deyirsən o olaq!
Amma bizə aid qərar ver yetər ki!

***

Bütün arzular real olsa...
təəsüf eləməyə bir şeyimiz qalmaz...
təəssüfsüz adın həyat qalardımı həyat?

***

Gecənin dərdini dinlədi qara bulud...

danışmadı!

sirr saxladi bu gecə...

səhər göydən yer üzünə

bir gecənin sirri yağdı bəlkə....

***

hər şey birdən oldu...
görüşüməyimiz, seməyimiz,
ayrılmağımız, getməyin.
yenə bir ümid var içimdə: birdən qayıdar...
sevdiyi, görmək istədiyi, ayrıla bilmədiyi üçün....

***

Çox gec böyüyürəm...

anlamadığım şeylər var..

deyillər ömür yarıdı-anlamıram!

deyillərsə belədi yəqin...

sadəcə başa düşəcək yaşa çatmamışam...

başa düşəndə yəqin, deyəcəklər,

hazırlaş, əcəlin gəlir!

onda da onu anlamayacam...

niyə bu qədər tələsir,

böyüməyə vaxtım olmadı ki?

***

Yağış və göz yaşı!
birı göyləri, biri insanı xatırladır...
ikisi də su lakin...
ikisi də acı...
hərdən sevinc ifadəsi...
sonra kədər, sevgi,
sədaqət və küskünlük...
xəyanət, həm də etiraz...
yağış göz yaşını gizlətməkçün yağır bələkə də...

Allahdan bir ricam var:
mən bir yağış göndər, ağlamaq istəyirəm...

***

Uşaqığım,

gəncliyim,

gəlməyən sabahım,
bitməyən gecəm,
saf sevgim,

həsrətini çəkdiyim hər şeymişsən!

***

Qocalıq – uşaqlıq...
Ikinci gerçəkdən uşaq, birinci uşaq kimi...
Ikinci, saf, birinci bir az bulaşıq...
Uşaqlıq böyüməyi...
Qocalıq uşaqlığı xəyal edər...
Uşaqlıq qorxmaz, qocalıq qorxar...
Biri əvvəldə, o biri sona yaxın çünki...

****

Səni tanrıdan necə istəyim ki mənə versin?
bəlkə yenidən yaratsın məni...
sənə görə...
səni də mənə görə...

***

Hər şeydə bir az varsan…

səni tamamlamaq istəyirəm…

olanları necə silim ki,

tam olasan...sən qalasan yəni...

# 2021 dəfə oxunub

Müəllifin son yazıları

# # #