Ziya Muradov: “Kuku”-Ən qısa hekayə

Ziya Muradov: “Kuku”-Ən qısa hekayə
19 dekabr 2013
# 19:00

Kulis.az Ziya Muradovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Kuku” (474 işarə) hekayəsini təqdim edir.

- Kukumu istəyirəm.

Ana nəsə uzadır.

- Bu kakadı, kukumu istəyirəm!

- Hardan alım, evimizi, yurdumuzu dağıtdılar, hər şey də içində.

- Öymüzü istəyirəm.

- Mən də. Dədən gəlsin...

- Dədəmi istəyirəm.

- Yazıq indi hansı səngərdədi, ac-susuz ?...

- Üffə istəyirəm.

Ana su ilə çörək verir.

- İsti istəyirəm.

- Nədə isidim, nə qızdırım, indi yat, səhər baxarıq.

- Mən əəə , piş-piş istəyirəm.

- Sus, xoxu gələr.

- Xoxudan qorxmuram.

- Mən də daha heç nədən qorxmuram. Anadan əmdiyimiz süd burnumuzdan tökülüb...

- Mən məmə istəyirəm.

- Yat, ay bala, elə hamı məmə istəyir...

# 2905 dəfə oxunub

Müəllifin son yazıları

# # #