Utancaq oğlanın sevgi etirafı

Utancaq oğlanın sevgi etirafı
7 may 2013
# 14:15

Şair Elnur Şahmarov

Bir də çıxma qarşıma...

Bu gün məni tərk eləyib gedirsən

Dünyam alt üst olub, dönür başıma

Peşman olub geri dönmə, bir də sən

Yalvarıram bir də çıxma qarşıma

Bağrıma daş basıb sevmərəm daha

Qul olmaram sevgi adlı padşaha

Sənə and verirəm uca Allaha

Yalvarıram bir də çıxma qarşıma

Təmiz hisslərimə gülüb gedirsən

Adımı qəlbindən silib gedirsən

Səni sevdiyimi bilib gedirsən

Yalvarıram bir də çıxma qarşıma

Əlvida deyirəm sənə bu gündən

Axtarmaram soruşmaram daha mən

Artıq ümidimi üzmüşəm səndən

Yalvarıram bir də çıxma qarşıma

Gedirsən dözərəm sənsiz bir təhər

Yerini tutacaq qüssə, qəm, kədər...

Tez get boğazımı yandırır qəhər

Yalvarıram bir də çıxma qarşıma

Gedişin sanki bir yel oldu getdi

Axdı göz yaşlarım sel oldu getdi

Sənsiz könlüm yandı kül oldu getdi

Yalvarıram birdə çıxma qarşıma

Sevgi həsrəti

Aşiq oldum qara gözlü bir gözələ

Aldı canım gülə-gülə,

Baxışından ox sancıldı ürəyimə

Baxışların gizlətmədi bil bilə.

Utanıram dostlarıma söyləməyə

Güləcəklər dəli deyə,

Ürəyim də dincəlməyir dar qəfəsdə

Aman Allah mat qalmışam bu sevgiyə.

Ürəyimin harayını sanki duymur ürəyi daş

Hisslərimi biləydi kaş,

Dostlar sevmək günahdırmı sizcə məgər?

İnsaf etmir əriyirəm yavaş-yavaş.

Kədərimdən baş götürüb gedim hara

Ürəyimə vurub yara,

Dərdim böyük paylaşmağa yoxdu kimsəm

Ürəyimi boşaldıram varaqlara.

Bilməzdim mən tutularam bu sevdaya

Bənzəri var günə aya,

Bu dünya mənim gözümdə sanki bir heç

Yer tapmıram sığışmıram bu dünyaya.

Bəlkə baxıb ürəyində gülür mənə

Deyir şair coşub yenə,

Bu sevgidir deyil ötəri bir hiss

İllərimi verərdim onunla keçən bircə günə.

# 4373 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #