Yandıraq ocağı, girək yatağa Yumaq gözümüzü xəyallar quraq

Yandıraq ocağı, girək yatağa  Yumaq gözümüzü xəyallar quraq
3 dekabr 2012
# 17:20

Kamran Nizami

Yaşayaq, sevişək, ölək, əzizim!

Bu gecə yağışdan xoş ətir gəlir,

Düşüm küçələrə sərim bir yastıq.

Sən də dur üstümə bir yorğan gətir.

Nəfəsin püskürsün mənim qəlbimə

İsti nəfəsinlə bir vüsal gətir.

Yağsın narın yağış, üşütsün bizi

Sonra xəstələnək, gedək evimizə.

Yandıraq ocağı, girək yatağa

Yumaq gözümüzü xəyallar quraq.

Aparsın bir mələk yuxuya bizi

Yuxuda dünyanı biz təmiz görək.

Ölmüş insanları biz diri görək.

Yalançı sevgini biz dürüst görək.

Gəzişək çöllərdə, sevişək bol-bol

Danışaq sevgidən, danışaq eşqdən

Bu həyat qısaca bir fraqmandı

Qısa fraqmanda oynayaq bol-bol.

Sevək bu dünyanı, sevək əzizim

Balaca körpəmiz böyütsün bizi

Yaşayaq, sevişək, ölək əzizim

Aparsın sevgimiz çiynində bizi.

Qadın ağladıqca kişi yaşlanır...

Bir kişi böyüyür qadın qəlbində

Bir qadın ağlayır kişi qəlbində

Qəlblər ağladıqca, gözlər yaş olur

Torpaqda nəmlənir, yerdə su olur

Qadın ağladıqca, kişi yaşlanır

Qadın gülüşündə, kişi böyüyür

Kişinin gözündə yaş dayansa da

Qəlbində küləklər, tufanlar olur

Qadınlar! kişilər ağlamasa da

Sizin üçün ağlayan vaxtları olur!..

Kişinin mərdliyi, kişiliyi də

Buluda çevrilib, çiskinli olur

Qüruru, vüqarı, dəyanəti də

Çevrilib bələkdə bir uşaq olur.

Qadınlar! kişilər ağlamasa da

Sizin üçün ağlayan vaxtları olur.

# 1720 dəfə oxunub

Oxşar xəbərlər

Selçuk Bayraktar "Ay Laçın" mahnısını paylaşaraq təbrik yazdı

Selçuk Bayraktar "Ay Laçın" mahnısını paylaşaraq təbrik yazdı

17:10 9 noyabr 2023
Bəlkə, biz deyildik o görüşənlər? - Arzu Novruzovanın şeirləri

Bəlkə, biz deyildik o görüşənlər? - Arzu Novruzovanın şeirləri

17:47 30 oktyabr 2023
Fərid Süleymanlı - Qalaktikum

Fərid Süleymanlı - Qalaktikum

11:07 13 oktyabr 2023
Gəmidə - Xalid Xəncanlının hekayəsi

Gəmidə - Xalid Xəncanlının hekayəsi

16:00 21 sentyabr 2023
Sirr - Sabir Etibarlı

Sirr - Sabir Etibarlı

14:50 11 sentyabr 2023
Xəbərlər - Şamil Həsənov

Xəbərlər - Şamil Həsənov

10:34 5 sentyabr 2023
#
#
# # #