Fahişəyə görə "ananın canı" adiləşirsə

Fahişəyə görə "ananın canı" adiləşirsə
21 iyun 2013
# 16:14

Bir fahişənin etirafı


Mən fahişəyəm – Bəlkə də hamı məni qınayar, amma bu mənim sənətimdir. Pulunu alıb səni razı salıram... Amma sən?

Hələ 15 yaşın var, həyatın qabaqdadır. Həyat sənin üçün futbol, koka-kola və playsteyşndan ibarətdir. Dostlarınla qəpik-quruş yığıb çayxanaya gedirsən və ucuz xidmət altında oturub ya davadan, ya da kimdənsə danışırsan. Mənimlə tanışlığın olmasa belə mənimlə yatdığını dostlarına deyib onları inandırmağa çalışırsan. "Ana söyüşləri" sənin üçün adiləşib və bir fahişəyə görə "ananın canı" adiləşib...

18 yasin var və ailənin göz dikdiyi varlıq sənsən. "Axı evin oğlusan". Sən isə hər gün 10 manata səhərdən axşama kimi işləyirsən. Ailən ehtiyac içindədir, borclar, kreditlər onları çox sıxır. Amma sən... Sən isə 10 günlük maaşını mənim yanımda bir saat kral kimi görünmək ucun mənə verirsən...

25 yasin var və həyatı az da olsa dərk edirsən. Gözəl həyat yoldaşın və yeni doğulmuş uşağın var. Yaxşı işin və maaşın var... Çəkdiyin siqaret "Parlament", dostlarının yanında kral kimi hörmətin var. Hər gecə məni bahalı klublara aparır, ən bahalı içkilər sifariş edirsən. Hər gün fərqli yerlərə aparıb mənə "həyatın ləzzətini" göstərirsən. O həyat ki, ailən onu ancaq xəyal edir...

35 yaşın var və övladların "atasıyla" yox, "atasının iş yeri" ilə fəxr edir... Oğlun məktəbdə çox yaxşı oxuyur. Sən isə onun həyatı ilə maraqlanmırsan. Dediyin bir söz var: "Universitetə gir qalanı mənlikdir"... Arvadının əlləri işləməkdən qabar olmuş, sen isə artıq onu bəyənmirsən. Pullu atanın kasıb ailəsi - bax budur reallıq...

50 yaşın var və yenə hər gün biz görüşürük. Mənə şərait qurubsan və hər gecə evimə rahatlıqla gəlirsən. Bütün dostların, hətta ailən belə məni bilir... Mənimlə olduğuna görə fəxr edirsən...

Çağırılan yerlərə arvadınla yox, mənimlə getməyi üstün tutursan və artıq hamı bunu qəbul edir. Mənə aldığın qızıl boyunbağı arvadının dərman almaq üçün satdığı nişan üzüyündən çox bahalıdır... Axı onu mənə sən alıbsan... İçki süfrəsində məni dəli kimi sevdiyini deyib arvadını mənim yanımda alçaldırsan...

60 yaşın var və həyatın geridə qalsa da sən öz işlərindən geri qalmamısan. Səndən olan oğlumuz sənə "ATA" deyir və sən hər gün onu parka gəzməyə aparırsan. Öz "qanuni" oğlun isə həyatda gələcəyi üçün nə isə etmək üçün "qanunsuz" işlərə başını soxur... Fiziki cəhətdən özünü cavan, zehni cəhətdən isə "həyatı başa düşmüş ağsaqqal" adlandırırsan... Səncə fahişə kimdir???

# 1841 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #