Facebookda şəkil paylaşan qızlar

Facebookda şəkil paylaşan qızlar
26 noyabr 2015
# 16:18

Bir az açıq-saçıq, cəlbedici geyinmiş qız görən kimi qızın sifətinə baxmaq yaddan çıxır. Sifətə baxmadan yazırlar: “Necə gözəlsiniz!” Amma sifəti gözəl görünüşə malik olmayan qız qapalı , sadə geyinərsə “Bu qız nə gündədir” deyiləcək. Adətən bu belə olur.

Sosial şəbəkədə şəkillərimizi nə üçün, kim üçün paylaşdığımızı bilmirəm. Amma adam paylaşdıqca elə hey paylaşmaq istəyir. Biri kompliment eşitmək üçün, biri kiməsə “od qoymaq” üçün, o birisi like yığmaq üçün, gözəlliyini nümayiş etdirmək üçün, digəri sadəcə özünə xoş olduğu üçün və s. Müxtəlif insanlar və müxtəlif kateqoriyalar var. Hər insanın özünəməxsus kateqoriyası var. Özüm də bu kateqoriyalardan birinə aidəm, amma buna əminəm ki, mən kompliment üçün şəkil paylaşmıram.

Öz şəklini paylaşan insanlara, ən çox da qadınlara bəzən bəzi insanlar yaxşı gözlə baxmırlar, hətta əxlaqsız kimi qələmə verərək qınayırlar həmin qadınları. Şəkil yerləşdirməyin əleyhinə olanlarımız çoxdur. Fikrimcə, qeyri-adi hal deyil və məntiqlə düşünsək, adi qəbul etmək olar. Hər kəsin özünə aid şəxsi istəkləri olur və bu istəklər qəbahət deyilsə, öz şəklini yerləşdirməklə digərlərinə zərər yetirməyəcəksə etmək olar. Və bunu kimsə adi hal kimi qəbul etmirsə həmin insanı günahlandırmalı deyil. Hər kəsin şəxsi düşüncəsi, özünəməxsus fikri var. Fikirlərə və istəklərə hörmətlə yanaşmaq lazım.

Hətta çox vaxt saxta hesablar olur. Bəzən isə qızlar öz profillərinə tanınmış müğənnilərin, aktrisaların şəkillərini yerləşdirir. Bunun bir neçə səbəbi var. Ən geniş yayılan səbəb isə bu cür xanımların öz görünüşlərindən əmin olmamasıdır. Bəziləri isə əksinə bu cür fotoları yerləşdirməklə “Sifətdən Cenifer Lopesə oxşarlığım var” - deməyə çalışır. Öz şəklinin əvəzinə hansısa aktrisanın şəklini qoymağın başqa səbəbləri də ola bilər. Məsələn, kimsə sevgilisindən, qardaşından qorxub öz fotosunu yerləşdirməyə bilər. Belələrini də başa düşmək olar. Amma bəzən Cenifer Lopesin, ya da Ancelina Colinin şəklinin altına “Siz çox gözəl xanımsınız” yazan axmaqlar da olur. Bahalı fotoqrafların çəkdiyi fotonu adi foto ilə ayırd edə bilməyənlərin aqibəti də məhz bu gülünclükdür.

Hə, bunu da deyim ki, şəkil paylaşdıqca yada düşürük, bir az şəkilləri qapalı saxladıqca yaddan çıxıb gedirik...

Hər yeni şəkil insanı yenidən xatırladır, şəkilsizlik isə bəzən unutdurur...

# 1562 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #