Fidan Seyidova
Uşaq gülüşlərinin arxasında gizlidir
xəyallar ölkəsinin son xəzinələri.
- Everesti fəth etmək nəyimizə lazımdır? - 100 min dollara qədər...
- Maykl Duqlas Beynəlxalq Kinofestivalda iştirak edəcək
- Boşanmaların əsas səbəbi nədir? - Ulucay Akif
“Kim yatmış, kim oyaq” deyən divi
aldada biləcəyini düşünməkdir
bəlkə də, dünyanın anlamı.
Ya da kağızdan düzəldilmiş “gəmi”lərin
Bosfor boğazını keçə biləcəyini düşünmək...
Ağaclarım sırılsıklam çiçək açmasına nə deyək?
Köksümdə nə olduğu bəlli olmayan çırpıntımı yoxsa yaşamaq?
Offff...
Nədir axı bu sıxıntılar?
Nədir axı bu suallar?
Şeir yazmaq istəsəm
misralar uzaq durur isti ölkələrdən
gəlmiş quşlar kimi.
Axı qışdır, həm də soyuq.
Sərçələri də alıb gedib kimsə.
Bəlkə, sənsən elə o?
Di gəl.