Bunlarda hər ikisindən var

Bunlarda hər ikisindən var
27 mart 2014
# 15:06

Günay Əliyeva

İnsanlar duyğu və məntiq insanları olaraq bölünərlər. Yəni horoskopda belə xərçəngə və balığa duyğu insanı deyərkən, tərəzi və oğlağı radikal məntiq insanı deyə kvalifikasiya edirlər. Bütün insanlarda, əlbəttə ki, həm məntiq - rasional düşüncə, həm də duyğu - hiss etmə bacarığı var. Bunların bir-birinə nisbəti fərqli olar sadəcə. Belə bir kooffisient təsəvvür edək:

Sentiment/Logic=X


Yəni bəziləri yuxarıda qeyd etdiyim kimi duyğu insanı olar, hər şeyi sevər, hər şeyə üzülər, bir sözlə həyatı ürəkdən <3 yaşayar. Bu insanlar nəyisə və ya kimisə sevdimi gözləri (və ya beyni) kor olar. Burda kooffisientimiz 1-dən böyük olur. Digərləri məntiq insanı olar, onlar hər şeyi düşünərlər, ölçüb-biçərlər, hesaba alarlar. Ürəkləri nə isə istəsə belə, məntiqə uyğun deyilsə və mənfəət vermirsə etməzlər. Bu insanlar 1-dən kiçik kooffisient göstərərlər.

Amma...

Hər şey bu qədər asan deyil əlbəttə ki..

Bir də bu kooffisientimizin 1-in özünə bərabər olanları var. Yəni həm düşünüb, həm də hiss edən insanlar. Oy-oy... “Nə yaxşı bunlarda hər ikisindən də var, həm həyatı - olanları dərk edirlər, həm də duya-duya, hiss edə-edə yaşayırlar” -deyirsən elə??

Ehh...belə asan olsa nə vardı ki. Belə izah edim onda sənə: az düşünüb, az başa düşürsənsə, bildiyin 1-2 şey olur, onu da duyub, hiss edib 2-3 ya 4-5 xoşbəxtlik-dərd fazaları ilə yaşayıb gedirsən. Həm çox düşünüb, həm də çox duyan insanlar üçün həyat zəhrimara dönər: Həm bilirsən... Həm sevinirsən... Həm də üzülürsən... Bir də üstəlik hər öyrəndiyinlə böyüyürsən, çünki hər öyrəndiyini yaşayırsan... Dərin olur bu insanlar... Çox bildikləri və ya çox düşündükləri üçün yox, düşündükləri hər şeyi dərindən hiss edib, duyub, yaşadıqları üçün... Onlardan çox olmaz amma... Ətrafda görsəniz əgər, başa düşməyə çalışmayın... Bir də siz üzməyin, yetər.

# 1974 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #