Əzəldən sevmək olub adətim

Əzəldən sevmək olub adətim
12 mart 2013
# 11:42

Anar Məcidzadənin ən yeni şeirləri

Novruz gəlir

Yurdumuza Novruz gəlir, yaz gəlir,
Tərifinə kaman gəlir, saz gəlir.
Sevincimiz tonqal olub alışır,
Tonqal üstə küsənlər də barışır.

Şamlar yanır xonçalarda al-əlvan,
Ulduzlardan açıq səma çıraqban.
Yumurtalar çeşid-çeşid boyanır,
Yatan torpaq yuxusundan oyanır.

Bu növrağı salamlayır çiçəklər,
Öz dilində nəğmə deyir böcəklər.
Şeir yazdım Novruzumun xətrinə,
Bənövşədən ətir qatdım sətrinə.

Yurdumuza Novruz gəlir, yaz gəlir,
Tərifinə kaman gəlir, saz gəlir.
Novruz üçün bir xonçadır kəndimiz,
Bu xonçanı tamaşa gəlin siz.

Əziz qadınlar

Qadınlar anadır, yardır, bacıdır,
Qadın hər kişinin başda tacıdır.
Qadınsız bu həyat, ömür acıdır;
Var olun hər zaman, əziz qadınlar!

Dəyməyək qəlbinə, incə ürəkdir,
Solmayan, ətirli güldür, çiçəkdir.
Ömür boyu bizə can deyəcəkdir,
Var olun hər zaman, əziz qadınlar!

Zəhməti danılmaz, zəhməti sonsuz,
Bu bəşər, bu dünya nə lazım onsuz?
Yaşamaq olmayır son bir arzusuz;
Var olun hər zaman, əziz qadınlar!

Kimə anasınız, kimə yarsınız,
Çiçəyi solmayan xoş baharsınız.
Siz ki, ürəklərdə arzularsınız,
Var olun hər zaman, əziz qadınlar!

Neçə igidlərə siz anasınız,
Güldən gözəlsiniz, bir sonasınız.
Anar, heç olmasın dünya qadınsız;
Var olun hər zaman, əziz qadınlar!

Mən

Ömrümüzdən hər ötən gün xatirə,
Kim siləcək ömrümüzdən izləri.
Taleyin hər sınağını görmüşük,
Çox sınağa çəkib həyat bizləri.

Tale gah güldürüb, gah da ağladıb,
Qurumayıb bəzən gözümün yaşı.
Dostlar qazandığım mən bir zamanda,
İtirmişəm neçə dostu, sirdaşı.

Könül sındırmağı xoşlamamışam,
Çoxları sındırıb şair könlümü.
İstəmişəm pislikdən uzaq olum,
Yaxşılığa həsr eləyim ömrümü.

Uymamışam bu dünyada şöhrətə,
Var-dövlətdə olmayıbdı gözüm də.
İstəmişəm can deyim, can eşidim,
Bəzən acı çıxıb, şirin sözüm də.

Sevdim insanları, sevdim cahanı,
Dilimdə insanlara alqış oldu.
Bəzən tək qalanda, təklənəndə mən,
Həmdəmim şirin nəğmə, yağış oldu.

Tanrı bilir kiməm, nəyəm, nəçiyəm,
Haqlıyam, haqsızam, yoxsa doğruyam.
Şükür ki, Tanrıya türk yaranmışam,
Türk elinin Azərbaycan oğluyam!

Səni necə unudum?

Səni necə unudum,
Mənim pak məhəbbətim.
Əzəlindən belədir,
Sevmək olub adətim.

Öz eşqimə sadiqəm,
Məhəbbəti danmadım.
Səndən özümü gülüm,
Bir an ayrı sanmadım.

Yer ilə göy birləşə,
Səni mən unutmaram.
Bu sevən ürəyimdən,
Pak adını atmaram.

Bu dünyada əzizim,
Unutmaq deyil asan.
Sənin kimi qadını,
De necə unudasan?

Səni necə unudum,
Mənim pak məhəbbətim.
Əzəlindən belədir,
Tükənməz səadətim.

# 2314 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #