O qızı Allah bilib inandım

O qızı Allah bilib inandım
8 avqust 2016
# 15:55

Bayram Mustafazadə

Bu şeirləri şeirdən zəhləsi gedən dostum Kənana həsr edirəm

Mən də sənin kimi

safam dostum...

Sapam...

Arzu kimi xəyalıma

Saplanmışam.

Sevdiyim qız nişanlıdı,

mənsə ümidimdən

hamilə qalmışam.

Salmışam...

Amma doğacağına

inanmışam

günəşin qaranlıqdan...

****

“Növbəti çıxışa” deməliydin,

“Farağat” dedin.

İndi bir ömür boyu

farağatda dur, Kənan,

“Azad”ı gözləmə…

Sən onluda,

sən onsuz da

bu sevginin

köləsisən.

Bir gün sən də

mənim kimi

bir istəklə

öləsisən:

Azad olmaq...

***

Bu bir fəlsəfədi, dostum.

Düz bildiyin səhv,

səhv bildiyin düz çıxır.

düz də səni yıxır,

Səhv də səni yıxır.

Allah hamının inandığı,

heç kəsin inanmadığı biridi.

Allah ölməyib, dostum,

Allah diridi.

O qızı Allah bilib inandım.

Sevdiyini tanı...

İnan ki,

inanmayacaqsan Allaha...

***

Ad günümüz-anamızın

ağrılarının il dönümü...

ayrıldığımız gün-əzablarımızın

ad günüdü...

Bilmirsən, Kənan.

Bilmirsən

içkini ağrını

keyitmək üçün

istifadə etməyin

bədbəxtliyini...

Görməmisən, Kənan.

Görməmisən

sevdiyinin başqa biri

ilə olan xoşbəxtliyi...

Axtarma onu:

Zəng etmə,

mesaj yazma...

Göstərmə öz

acizliyini...

Göstərmə, Kənan.

***

Və onda-

nə vaxtsa görsən onu

Pıçılda gözlərinə:

De ki,

hərdən yadıma düşürsən,

üşüyürəm...

Başqa heç nə...

# 1380 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #