Üç tanrıya səcdə etdim...

Üç tanrıya səcdə etdim...
10 iyun 2015
# 16:20

Anam oğul tanrı doğmadı...

Yaşam boyu üç tanrıya səcdə etdim, fıs çıxdı.

Hökmü vardı... adı yoxdu, taxtı yox...

Kökünə getdik, bir odunsuz köz çıxdı,

Məni doğan, mənim kimi bəxtin yox.

Üç tanrını da qonşuların doğdu, ay ana,

Övrətlər tanrı doğdu, sənsə qul...

Kitabımı heç soldan da vermədilər,

Apardılar özlərilə, söylədilər – yaxşı yol!...

İndi ər evində mənim kitabımla yaşayır,

Sənə hər gün əllərində bir banka,

Süzmə - qatıq gətirən o tanrılar.

Sanma ki, bu yol bir də dönər, ya qanrılar.

İndi o kitabdan altıca səhifə var əlimdə,

Ön sözünü də atam yazıb, deyən səndən xəbərsiz.

Bir cümlə ilə deyir ki,

Onsuz da əksər oğlan uşaqlarının kitabı səhifə yeddidən başlayır.

Əgər sən də tanrı doğsaydın məni,

Vədə başı qapını döyən bəndələrin çox olardı,

Səcdəyə gedərdilər qapımızdakı elçi daşına.

Buraxdınız bu ev uşağını bir Allah ümidinə, özbaşına...

Azmı olub oğlan tanrı doğanlar,

Qaravaş gəlib bir nəsilə gün doğanlar?!

Səhv sizindir yenə də, ana,

Öyrətmədiniz siz sovet qadınları,

Ki, bizdən də böyük Tanrılar var...

9 qızmar 2015

Bakı

Anonim yazın

Bütün oynaq mahnılara anonim yazın,

bəstəkarını da, müəllifini də...

Beş günlük dünyada onların bu səhvini də,

yazın öz boynunuza,

çiyninizə mənim yazın....

Qıl körpüsündə deyin mən alıram onların bu günahını,

onların odunda da mən yanacağam, deyin.

Deyin mənə yükləyin zavallıların ahını...

Mən oynatmışam, adamları

Atdırmışam, tutdurmuşam,

tağları, badamları deyin...

Oxuyun yana – yana:

“Qızılgül olmayaydı,

Saralıb solmayadı...

Bir ayrılıq, bir ölüm...”

Sonra zilə çıxartsın sizi

Qır qazanı: oxuyun, “Ay anaaaa”...

Səs-küylü bəstələri səssiz oxumağın sonu

nəfəssiz bəstələri nəfəssiz oxumaq olur.

Bu dünyanın günahlıları sonda günahsız,

gözləri sürüşkənlər ən sonda axmaq olur...

Azan da oxusan adın allahsız...

8 qızmar 2015

Xırdalan

# 1304 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #