Ədalət və vicdan 

Ədalət və vicdan 
3 fevral 2014
# 10:31

Elnur Sadıqov


Yaradılışın ilk şərti ədalət, onu təmin edən hiss isə vicdan hissidir. Ədalət varoluşların ilk şərti olması ilə bərabər həmdə davamlı olmayan ilk qavramdır. Ədalət təmin olunmasa belə xoşbəxtlik bəxş edir ən azından ümid bəxş edir, sanki uzaqda doğulması gözlənilən bir günəş kimi nə vaxtsa işıqlarını saçacaq ətrafı aydınladacaq deyə bir ümid. Onu təmin edən vicdan o qədərdə işıqlı deyil, çünki vicdan günəşin doğmasını istəsə də qaranlığa daha meylli olur çünki qaranlıqla arasında aşılması asan bir aşırım var.

Tarix dəfələrlə göstərib ki, ədalət daimi ola bilmir, çünki vicdanın qaranlığa qərq olması ədalətində çökməsi ilə nəticələnir. Bu isə göstərir ki, ədalət insanda vicdanı olduğu müddətdə vardır və bir insanın vicdanı daimi deyildir. Buna misal olaraq Osmanlı tarixində Qanuni adı almış Möhtəşəm Sultan Süleymanın belə vicdanının qaranlığa qərq olması nəticəsində verdiyi qərarlarda ədalətin yoxa çəkildiyini görmək olur.

Bunlardan ən başlıcası şahzadə Mustafanın edam olunmasıdır. Bəlkə də məsələyə duyğusal yanaşılır, amma tarixdə olmuş bu hadisə göstərir ki, ən ədalətli sultanın belə vicdanı öz dərin qaranlığında yox olur. Oşo deyir insanın ilk olaraq etməli olduğu iş içindəki suçluluq duyğusundan azad olmaqdır. Bu vicdanın özünü təmin etməsinə kömək edir. Əgər vicdan qaranlıq içində yox olarsa yerinə ədaləti təmin edə biləcək bir hissdə yaranmaz.

İnsanlar cənnətini də cəhənnəmini də özləri qurarlar. Bunla bərabər cənnətin xoş qoxulu çiçəklərinidə, cəhənnəmin qızğın odunu da özü ilə birgə apararlar. Ordakı odunda çiçəklərində böyüklüyü, çoxluğu insanların vicdanından asılıdır. İnsanların bu dəyərləndirməyi apardığı yeganə zamanın son anları, yerində araf ola biləcəyinə inanıram. Vicdan sonda qayıdar, amma bu dəfə ona görə yox ki, ədaləti təmin etsin. Bu dəfə hansı ki, o cəhənnəm və ya cənnət deyə düşündüyünüz yerə odların yağmadığını, xoş qoxulu çiçəklərin olmadığını əslində orda mənəvi rahatlıq və mənəvi işgəncələr olduğunu göstərməyə yəni insana mənəvi hisslərini yaşatmaq üçün vicdan qayıdar. Və insanı sonsuz mənəvi dincliyə və ya sonsuz mənəvi əzaba aparar.

# 3021 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #