Sonuncu yürüyüş - Elladanın hekayəsi

Sonuncu yürüyüş - Elladanın hekayəsi
11 yanvar 2021
# 18:14

Kulis.az Elladanın "Sonuncu yürüyüş" adlı hekayəsini təqdim edir.

Yağışlı bir gün idi. Pəncərənin qarşısında əlimdə bir fincan çay, gözümdə eynək kresloda oturub fikrə dalmışdım. Anidən açılan qapının səsi məni diksindirdi. Gələn anam idi. O heç nə demədən səssizcə əvvəl mətbəxə, sonra öz otağına keçdi. Hər zaman olduğu kimi işdən yorğun gəlmişdi. Bir müddət sonra qapıya doğru yaxınlaşdım. Qapı aralı qalmışdı. Yavaşca başımı qapıdan içəri salıb ona baxdım. Yorğun olmasına baxmayaraq 1 aydı oxuyub başa çıxmadığı kitabı oxuyurdu. Qapıdan baxdığımı görüb yanına çağırdı. Başımı dizlərinə qoyub uzandım. Günümün necə keçməsi ilə maraqlandı. Həmişəki kimi hər şey qaydasında idi. Uzun çəkən sıxıcı söhbətdən sonra yuxuya getdim.

Gözümü açanda anamın dizləri üstündə yuxuya getdiyimin fərqinə vardım. Uzun müddət idi ki, anamla yatmırdım. Bu nəsə mənə qəribə gəldi. Belə şeylərə öyrəşməmişdim.

Nəysə, qayıdaq əsas mövzuya . Saata baxdım. Hələ səhər yeddinin yarısı idi. Anam hələ də yatmışdı. Mən yarımçıq qalan yuxumu tamamlamaq üçün səssizcə öz otağıma tərəf yan aldım. Sevimli kuklamı qucaqlayıb, yenicə yuxuya getmişdim ki, anamın məlahətli səsi ilə - “ dur “ yoxsa gecikəcəksən deməsi məni yuxudan ayırdı. Mən oyananda həmişəki kimi hər şey hazır idi. Anamın hazırladığı nəfis səhər yeməyini yedikdən sonra paltarımı geyinib hazırlanmağım heç 15 dəqiqə çəkmədi. Anam məndən beş dəqiqə əvvəl evdən çıxmışdı. Qapını kilidləyib mən də evdən çıxdım. Hava dumanlı idi. Sanki yağış yağacaqdı. Dayanacağa doğru bir neçə metr irəlilədim. Hər zaman gördüyüm insanlarla qarşılaşdım. Avtobusda eyni adamlar eyni yerdə oturmuşdular. Sanki eyni günü təkrar-təkrar yaşayırdım. Problemin məndə yoxsa digər insanlarda olduğunu başa düşə bilmirdim. Avtobus dayandı və mən düşüb kitabxanaya doğru irəlilədim. Gülər üzlü, qıyıq gözlü mehriban kitabxanaçı qız məni gülər üzlə qarşıladı. Dərs üçün lazım olan kitabların adını dedim. O, da tapıb verdi. Sonra universitetə doğru addımladım. Kitabxana universitetin yanında idi. Dərsin başlamasına hələ vardı. Auditoriya yavaş – yavaş tələbələrlə dolmağa başladı. Mən isə qeyd dəftərimi vərəqləyib keçdiklərimizi təkrar edirdim. Birinci dərs zoologiya idi. Qaşqabaqlı, sifətindən zəhrimar yağan zoologiya müəllimi sinfə daxil oldu. Mövzu amfibilər idi. Auditoriyanın yarısından çoxu hazırlıqlı gəlmişdi. Mən də təcrübə üçün qurbağa gətirmişdim. Halbuki heyvanlardan qorxurdum. Bir canlının daxili quruluşu mənə o qədər maraqlı idi ki, heyvanlardan qorxduğum mənim yadıma belə düşmürdü. Hələ I kurs idim. Qarşıda məni çox canlılar gözləyirdi. Sıra mənə çatdı. Müəllim məni auditoriya qarşısına çağırdı. Mən həvəslə təcrübəmi hamıya təqdim etdim. Təəccüblü idi. Müəllim təqdimatımı bəyəndi. Dərs bitdi. Növbəti dərsin başlanmasına iyirmi dəqiq var id. Çoxları yeməkxanaya gedirdi. Amma mən getmədim. Qulaqcıq və telefonumu götürüb kitabxanaya getdim. Boş kresloların birində otrub telefonda qurcalandım. Sonra sevimli traktım olan “Sus və Dinlə” – yə qulaq asdım. Yaxşı ki, qrup yoldaşım Gültəkin kitabxanada idi. Zəngə az qaldığını deyib məni özü ilə apardı. Tam, vaxtında çatdıq. Bu dərs də maraqlı keçdi. Dərs bitəndən sonra evə getdim. Bacım dərsdən yeni qayıtmışdı. Yarım saat keçmədi ki, məşğələyə getdi. Mən isə səhər kitabxanadan götürdüyüm kitabları vərəqlədim. Lazım olan qeydlərimi yazdım. Su içmək üçün mətbəxə keçdim. Qapı döyüldü. Orta yaşlı, sarı saçlı, alçaq boylu bir qadın idi. Qapını səhv döymüşdü. Sonra qonaq otağına keçdim. Televizoru işə saldım. ATV də tibbi veriliş gedirdi. Ona baxdım. Canlı yayıma zəng edən insanların mənasız sualları məni bezdirdi. Digər kanala çevirdim. Kriminal veriliş gedirdi. Yenə bir axmaq dostunu bıçaqlamışdı. Digər kanallarda da heç nə getmirdi. Televizoru söndürdüm. Dərsimi tamamlamaq üçün öz otağıma keçdim. Hər şeyi bitirdim. Kitab oxumaq üçün rəfdəki kitablara tərəf getdim. Kitabların çoxu dünya ədəbiyyatından idi. Qalanları isə detektiv roman deyil. Oxumağa kitab tapmayanda yemək yemək üçün mətbəxə keçdim. Həmişə olduğu kimi şokalad çörək yedim. Telefon zəng çaldı. Zəng edən əmim idi. Atamın Gürcüstandan nə vaxt qayıdacağını soruşdu. Məndən gözlənilən cavab:- “ bilmirəm”. Əmim bu cavabı verdiyimə təəcüblənmədi. Sağollaşdıq, telefonu söndürdüm. Əmim soruşanda mənə də maraqlı gəldi. Telefonu götürüb atama yazdım. Dünən yazdığım mesaja hələ də cavab yazmamışdı. Set zəif olduğundan da indi yazdıqlarım da gedib çatmadı. Küçə bomboş idi. Birdən gözümə bir qız sataşdı. O da mənə baxırdı. Salam verdi. Yadıma düşdü. Sinif yoldaşım Zəminə idi. Onu evə yuxarı çağırdım. Gəldi çoxdandı onu görmürdüm. Çay qoydum. Ordan – burdan söhbət etməyə başladıq. O texnikomda oxuyurdu. İbtidai sinif müəllimi olmaq istəyirdi. O öz dərslərindən mən öz dərslərimdən danışdım. Çay içdik. Zəminəyə zəng gəldi. Onu gözlədiklərini dedi və getdi.

Evdə sıxıldığımdan geyinib yürüş etmək üçün stadiona getdim. Bu aralar üsyanların sayı artmışdı. Hamı inqilab edirdi. Demək olar ki, hamının üstündə soyuq silah vardı. Mən də soyuq silah kolleksiyası ilə məşğul idim. Evdə bıçaq kolleksiyam var idi. Amma hamısı suvenir idi, iti, kəsici deyildi. Mən kolleksiyamdan bir nümunəni çox vaxt üstümdə daşıyırdım. Amma bu gün özümlə götürməmişdim.

Stadionda həmişəki kimi çox adam yox idi. Tanrı. Simalarla yanaşı özünü şübhəli aparan qəribə insanlar da var idi. Mən qulaqcıqla musiqi dinləyə - dinləyə yeriyirdim. Anidən hamının bir kənara qaçdığının fərqinə vardım. Dayanıb qulaqcığı çıxartdım. Uşaq və qadınıarın qışqırıq səsi aləmi bürümüşdü. Mən nə olduğunu hələ də anlaya bilməmişdim. Biri məni qaç, əyil deyə qışqırdı. Amma mən yenə də heç nə başa düşmədim. Qulaqları batıran atəş səsi gəldi. Güllə onurğa sütunumun sol tərəfindən bədənimə daxil oldu. Nəticə hamıya aydındı.


Məni tanıyanlar necə insan olduğumu bilir. Mən realistəm. Xəyal qurmağı sevmirəm. Bütün bu yazdıqlarım isə izlədiyim filmdən bir parça idi.

# 5348 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #