Qadın da pişik kimidir... – Şeirlər

Qadın da pişik kimidir... – Şeirlər
8 aprel 2020
# 19:11

Kulis.az Bayram Mustafazadənin şeirlərini təqdim edir.

Dünyanın ən gözəl
musiqisini hələ eşitməmişəm.
Çünki o sənin səsində
gizlənib.
Əgər eşitsəydim,
Kar olardı qulaqlarım
səndən özgə
bütün qadın səslərinə...

***
Bethovenin "Ay ışığında"
dünyanın ən gözəl
mənzərəsidir sənin şəklin...

***
Sevmək - hər qadında
səndən nəsə tapmaqdır...

***
Bəzən insanları
məst edər,
xoşbəxt edər
içmək...
Məni isə hər gecə
sərxoş edər
səni düşünmək,
məst edər səni
sevmək xoşbəxtliyim...

***
Pişik sığaldan qaçırsa,
ya heç vaxt sığal görməyib,
ya da sığallayan
onu çox incidib...
Qadın da pişik kimidir...

***
Toxunma...
İnsanların inancına
toxunma...
Qəlbinə toxunsan,
səndən küsərlər...
İnancına toxunsan,
hər şeydən...

***
Gecə...
Ən qatı cinayətə
çevrilir bəzən
itin hürməsi
sükutu pozduğuna
görə...

***
Qadın...
Sevdin sevgilindir,
evləndin həyat yoldaşın...
Sonra?
Sonra uşaqların anası,
nəvələrin nənəsi...
Sonda ...
Soyuq bir başdaşı...
İki damcı göz yaşı ...

***
Kişi batmanla sevər,
Qadın misqal-misqal...

Görüntünün olası içeriği: 1 kişi

# 4129 dəfə oxunub

Oxşar xəbərlər

Qoy düşmən düşünsün, düşmən ağlasın - Vətən şeirləri

Qoy düşmən düşünsün, düşmən ağlasın - Vətən şeirləri

12:40 8 fevral 2023
Qaranlıqdan yola çıxan adam - Yeni yazı

Qaranlıqdan yola çıxan adam - Yeni yazı

15:30 13 yanvar 2023
Bizim bir fərqimiz var... - Yeni şeirlər

Bizim bir fərqimiz var... - Yeni şeirlər

16:00 10 yanvar 2023
Dəhşətli qəza - Mərziyə Məlikovanın hekayəsi

Dəhşətli qəza - Mərziyə Məlikovanın hekayəsi

14:20 5 yanvar 2023
Deyəsən, sıra məndədir - Yeni hekayə

Deyəsən, sıra məndədir - Yeni hekayə

13:50 14 dekabr 2022
Unutma, həsrət sonsuz deyil - Yeni şeirlər

Unutma, həsrət sonsuz deyil - Yeni şeirlər

16:00 8 dekabr 2022
# # #