İntihar edən qızın son nəğməsi

İntihar edən qızın son nəğməsi
11 mart 2021
# 16:03

Kulis.az Xavər Şəfiyevanın "İntihar nəğməsi" hekayəsini təqdim edir.

Göy üzü qaralırdı... Buludların əl-ələ tutub tələsik harasa yan alması şəhərdə baş verən hadisələrdə onları günahkar biləcəklər deyə ehtiyat edərək uzaqlaşırmış kimi görünürdü.

Havanın tutqun və buludlu olmasına baxmayaraq beton üzərindəki qan ləkələri uzaqdan qaraltı kimi gözə çarpırdı. Hadisənin baş verdiyi ərazini lentlə mühasirəyə alınması axtarış-tədqiqat işlərinin davam etməsindən xəbər verirdi. Ara sıra gələn polis maşınları qonşuları sorğu sual edir, mənzil-mənzil gəzərək hadisə şahidlərini dindirməyə aparırdı. Eyni məhəllədə eyni saatlarda iki ölüm hadisəsinin baş verməsi nəinki məhəlləni bütün mikrarayon əhalisini təşvişə salmışdı. Hadisələrin cinayət yoxsa intihar olması araşdırılıb dəqiqləşdirdikdən sonra bəlli olacaqdır.

Əmim Nizami rayon polis şöbəsində işləyir. Dünən gecə saat 23:00 radələrində gələn zəng “07”-nin gənc xanımı vurmasından, ölümlə nəticələn hadisəsindən xəbər verirdi. Şəxsiyyəti təsdiq edən heç bir sənəd üstündə olmadığından hadisə qurbanının adını hələ də açıqlamamışdılar.

Digər hadisəin araşdırmaları da bir nəticəyə varmamışdı. Yaşadığım bina ilə üzbəüz olan beşmərtəbəli binanın üçüncü mərtəbəsindən intihar edən Bədirbəyli Günelin nə ölüsünü, nə də dirisini tapa bilmişdilər. Beton üzərində qalan qan ləkələri qızın sağ qalmaq ümüdini azaldırdı. Bütün məhəllə, hətta polislər belə hadisənin bir cinayət olmasını və izini itirmək üçün cəsədin aradan götürülməsi fikirlərini irəli sürürdülər.

Gözümüzün qabağında böyüyən Günelin belə bir iş tutması inanılmaz idi. Məhəllədə sakitliyi ilə seçilirdi. Pianino kursuna gedirdi. Onu intihara sürükləyən səbəb nə ola bilərdi axı? Günelin sağ tapılması üçün hamımız dua edirdik. Qızın yoxa çıxması o biri cinayət hadisəsini düşüncəmdə kölgədə saxlayırdı.

Əmimi yığıb təzə xəbərlərin olub olmadığını soruşdum. Axtarışlar nəticəsində intihar edən binadan 50 metr aralığında, yola çatmamış damcılar şəklində yeni qan izlərin aşkarlandığını söylədi. Qanın hadisə qurbanına məxsus olub olmadığını sübut etmək üçün hər iki yerdən analizlər götürərək laboratoriyaya göndərilib. Bəli, hər iki yerdən götürülən qanın eyni adama məxsus olduğu bəlli olub.

Deməli Günel ölməyib.

Şükür sənə, İlahi!

Hadisə yerindən ora qədər yeriyə bilibsə, demək ciddi xəsarət almayıb.

Tələsik əmimi bir də yığıb qızın təcili tapılması üçün axtarışlara tələsmək lazım olduğunu, vacib olsa, özümün də ora gələcəyimi dedim.

Gecikmişik!

Əmimin sözünü bitirməsi və telefonu qapatması ilə eyni oldu.

Əsəbi halda söylədiyi “gecikmişik” kəlməsi şimşək kimi beynimdə səs saldı. Xəyalımdan min cür şey keçirdi. Nə baş verdiyini öyrənmək üçün birbaşa polis şöbəsinə getməyi düşündüm. Həyətdə kişilərin, qadınların, uşaqların belə yığılıb həyəcanla nələrisə danışdığını eşidirdim. Nəsə ağır xəbərlərin olduğu hiss olunurdu. Xəbərlər, elə bil, ağızdan ağıza ildırım sürətilə yayılırdı.

Məhəlləmizdən əsas yola kimi 4/5 yerdə qan izləri tapılıb. Həyəcandan bədənim baş barmağımdan başımın tükünə kimi əsirdi. Avtoqəza baş verən yerdən götürülən qan izləri ilə məhəlləmizdə ayrı -ayrı yerlərdə tapılan izlərin cavabları eyni nəticəni vermişdi. Maşın vurması nəticəsində dünyasını dəyişən qızın adı açıqlandı:

Bədirbəyli Günel.

Demək Günel?

Bir cana neçə dəfə qəsd olunub İlahi!

Qız bir dəfə özünü yaşadığı otağın pəncərəsindən atıb, canından qurtula bilmədiyi üçün yaralı halda ikinci dəfə maşının altına atıb.

Hadisənin mahiyyətini, intihara gətirən səbəbləri öyrənmək üçün təhsil aldığı məktəbdən oxuduğu kitablara qədər, yaşadığı otaqdan işlətdiyi telefona qədər araşdırırdılar. Polislər Günelin yaşadığı otağın pəncərəsindən üstündə bir neçə cümlə yazılan kağız və pianoda özü ifa elədiyi "İntihar nəğməsi " adlanan musiqisini açıq qoyduğu telefonu taplb.

Kağızda belə yazılıb:

“Əziz valideynlər! Əsas da atalar!
Siz övladınızı qorxutmaqla, döyməklə, söyməklə psixoloji və ya mənəvi zoraklıq göstərməklə onları tərbiyələndirdiyinizi düşünürsünüszə, yanılırsız.
Onları tərbiyə adı ilə sıxışdırmayın, xoşbəxtlikdən məhrum etməyin. Bizim də xoşbəxt olmaq haqqımız var! Burda tapa bilməyəcəyim xoşbəxtliyi orada tapacam deyə yola çıxıram. Əlvida!”

# 4889 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #