Nazirlik rəsmisi müsabiqədən danışır: “Yaş məhdudiyyəti yoxdur”

Nazirlik rəsmisi müsabiqədən danışır: <span style="color:red;">“Yaş məhdudiyyəti yoxdur”
18 dekabr 2017
# 15:30

Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyi gənclər üçün qısametrajlı bədii filmlər müsabiqəsi elan edib. Müsabiqənin şərtləri ilə bağlı bəzi qaranlıq mətləblərə aydınlıq gətirmək üçün nazirliyin kinematoqrafiya şöbəsinə müraciət etdik. Suallarımıza şöbənin aparıcı məsləhətçisi Elşad Ərşadoğlu cavablandırdı.

- Müsabiqənin məqsədləri haqda nə deyə bilərsiniz?

- Mədəniyyət və Turizm Nazirliyi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən vaxtaşırı gənclər üçün müsabiqələr elan olunur və seçilən layihələrə film çəkilməsinə şərait yaradılır. Düzdür, bu müsabiqələrin əksəriyyəti sırf ssenari müsabiqəsi olur. Hazırda elan olunan bir qədər fərqli formatda, qısametrajlı film layihələri müsabiqəsidir. Bu və ya buna yaxın formatda müsabiqənin keçirilməsi əvvəllər Nazirliyin praktikasında olub və özünü doğruldub. 2007-2011-ci illərdə keçirilən “Bu meydan, bu ekran” çoxlarına məlumdur. Həmin müsabiqə çərçivəsində 20-dən çox qısametrajlı film çəkilib. Böyük əksəriyyəti də uğurlu filmlərdir. Bu filmləri çəkən gənc rejissorların bir çoxu sonradan dövlət dəstəyi ilə böyük filmlər çəkiblər. Bu gün milli kinoda imzasını təsdiq etmiş bir çox rejissorlar kinoda ilk addımlarını məhz “Bu meydan, bu ekran”da atıblar. Kinoda çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri kino vasitəsi ilə təbliğ etmək məqsədilə hazırda elan olunan müsabiqə də “Bu meydan, bu ekran”a yaxın formatda bir müsabiqədir. Bu müsabiqəyə ssenari ilə yanaşı filmin rejissorunun və prodüserinin gələcək film haqqında şərhləri, filmin təxmini və azbüdcəli smeta dəyəri, istehsal müddəti, layihəni təqdim edən prodüser mərkəzi haqqında məlumatlar da təqdim olunmalıdır. Qalib layihələrə filmlər Nazirliyin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında və kinostudiyanın maliyyə təminatı ilə çəkiləcək. Filmlər həmin layihələri təqdim etmiş şirkətlər tərəfindən çəkilərək onların istehsalı kimi təqdim olunacaq.

- Şərtlərdə göstərilib ki, müsabiqədə yalnız film istehsalı ilə məşğul olan prodüser mərkəzləri iştirak edə bilər. Bu tələb ssenaristlərin və ya ssenari yazmaq arzusunda olanların iştirakını məhdudlaşdırmır ki?

- Xeyir, məhdudlaşdırmır. Düzdür, müsabiqədə müstəqil kino şirkətləri iştirak edə bilər. Ancaq həmin şirkətlər də məhz ssenaristlərin işlərini təqdim edirlər. Ssenaristləri bu işə cəlb edirlər. İnternetdə prodüser mərkəzləri haqqında məlumatlar var. Ssenaristlər prodüser mərkəzləri ilə əlaqə saxlayıb, ssenarilərini onlara təqdim edə bilərlər. Prodüser mərkəzləri özləri də müsabiqədə qalib gəlmək üçün yaxşı ssenarilər axtarıb tapmaqda maraqlı olacaqlar.

- Müsabiqədə xarici şirkətlər də iştirak edə bilər?

- Bəli. Ancaq təbii ki, müsabiqə Azərbaycanın dövlət qurumu tərəfindən keçirilirsə təqdim olunan ssenari də Azərbaycanla bağlı olmalıdır. Hətta ssenari başqa dillərdə də ola bilər, lakin sonda film Azərbaycan dilində çəkilməlidir.

- Yaş məhdudiyyəti 35-dir...

- Bu məhdudiyyət prodüser və rejissorlar üçün nəzərdə tutulub. Ssenaristlər digər yaradıcı heyət üzvləri üçün yaş məhdudiyyəti yoxdur.

- Bəs mövzu məhdudiyyəti necə, varmı?

- Xeyir, mövzu seçimi sərbəstdir. Bu gün bizdə aktual olan müharibə, Qarabağ, uşaq, gənclər, sosial-ictimai və s. istənilən mövzuda layihə təqdim etmək olar, yetər ki, mövzuya yanaşma, onun təqdimatı orijinal, işıqlı və maraqlı olsun. Mən fürsətdən istifadə edib bir məlumat da vermək istəyirəm. Dekabrın 19-da saat 11-də Nizami Kino Mərkəzində müsabiqədə iştirak etmək arzusunda olan ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərlə əlaqədar təşkilatçılarla tövsiyə xarakterli görüş keçiriləcək. Müsabiqə ilə bağlı istənilən məsələ haqqında daha ətraflı məlumat əldə etmək istəyən hər kəs buyurub həmin görüşə gələ bilər.

# 1675 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər