Bu film Londonda fövqəladə vəziyyət yaratdı

Bu film Londonda fövqəladə vəziyyət yaratdı
13 fevral 2015
# 11:29

Bozun 50 çaları" filminin nümayişə başlanması London Fövqəladə Hallar İdarəsini təşvişə salıb. Kulis.Azın türk mətbuatına istinadən verdiyi xəbərə görə onlar çağırışların artacağından ehtiyatlanırlar.

İdarə rəsmiləri cinsi əlaqə zamanı qandal, halqalardan istifadə edənlərin çətinliklərlə rastlaşa biləcəklərini və bağlı qalmış qandal, halqalardan xilas olmaq üçün çağırılacaqlarını ehtimal edirlər.

London Fövqəladə Hallar İdarəsi ötən il aprel ayından bu yana 393 belə hadisə ilə qarşılaşıblar. Bu çağırışlardan 28-də zərərçəkənlər qandalı aça bilmədikləri, 293-də isə cinsiyyət üzvlərinə keçirdikləri halqaları çıxara bilmədikləri üçün müraciət ediblər.

Bu hadisələrə cinsi orqanlarını çörək qızardan cihaza və ya elektrik süpürgəsinə salanların xilas edilməsi də daxildir.

El Ceymsin eyni adlı romanı əsasında çəkilən və Anastasiya Stil adlı tələbə ilə milyarder Kristian Qreyin arasındakı sado-mazoxist əlaqədən bəhs edən filmin geniş kütlələrə təsir edəcəyi gözlənilir.

London Fövqəladə Hallar İdarəsinin rəsmisi Deyv Braun bildirib: “Bozun 50 çaları” cinsi əlaqə zamanı qandallama hallarının artmasına təsir edib. Filmi izləyənlərin diqqətli davranıb təsirə düşməyəcəklərini ümid edirik.”

İdarə rəsmisi daha sonra bildirib ki, noyabr ayında cinsi orqanına taxdığı iki dəmir halqanı üç gün çıxara bilməyən bir kişi xəstəxanaya aparılıbmış. Başqa bir hadisədə isə həyat yoldaşı bəkarət kəmərində bağlı qalmış bir qadın onlara müraciət edibmiş. Hər bir belə çağırış isə vergi ödəyicilərinə 295 sterlinq zərər vurur.

Deyv Braun vətəndaşlara belə vəziyyətə düşməmələri üçün xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ kinoteatrları da tamaşaçılardan bənzər xahiş ediblər. ABŞ tamaşaçılarının filmə aid əşya və geyimlə kinoteatrlara gəlmək adətləri var. Buna görə də kinoteatrlar arzuolunmaz hadisələrin qarşısını almaq üçün qandal və qamçıları zala buraxmayacaqlar.

# 2751 dəfə oxunub

Oxşar xəbərlər

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

16:00 11 iyul 2026
Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər