Çaplini belə görmədiniz - FOTOLAR

Çaplini belə görmədiniz - <span style="color:red;">FOTOLAR
16 aprel 2018
# 13:30

Bu gün dahi aktyor-rejissor Çarli Çaplinin doğum günüdür. Kulis.az bu münasibətlə onun 1910-1930-cu illərdə çəkilmiş və sonradan rənglənmiş fotolarını təqdim edir.

İngilis komiki, rejissor, bəstəkar, səssiz kinonun ulduzu Çarlz Spenser Çaplin 1889-cu il, aprelin 16-da Londonda estrada artistlərinin ailəsində doğulub. 1915-ci ildə ekranlara çıxmış qısametrajlı “Avara” filmindən sonra bu ad artıq çoxlarına tanış idi. “Avara” bu gün də kino sənətində ciddi bir istiqaməti fsayılır. 88 il ömür yaşayan dahi aktyor ömrünün 75 ilini incəsənətə həsr edib.

Çaplinin uşaqlığı yoxsulluq və mərhumiyyət içində keçmişdi. Atası yox idi, anası isə qəpik-quruş qazanırdı. İlk dəfə səhnəyə çıxanda 5 yaşı var idi, 11 yaşında teatr aktyoru və komik kimi işləyirdi. Çaplinin 14 yaşı olanda anası psixiatrik klinikaya düşür.

19 yaşında Freda Karnonun teatrında aktyor kimi işə götürülür. Karno onu Amerikaya aparır. Orada kinoprodüserlər Çaplini qiymətləndirir, 1914-cü ildən gənc Caplin Keystoun studiyasının filmlərində görünməyə başlayır. Bir ilə aktyor 35 qısametrajlı filmə çəkilir. Avara obrazını özününküləşdirəndən sonra Çaplin Essenay studiyasına gəlir. 1918-ci ildə Çaplin artıq dünyanın ən məşhur şəxsiyyəti idi.

1919-cu ildə Çaolin United Artists adlanan distribüter kinostudiyasını həmtəsisçisi olur. Onun ilk tammetrajlı filmi “Körpə” (1921) idi, bunun ardınca Çaplin “Parisli xanım” (1923). “Qızıl ehtirası” (1925) və “Sirk” (1928) filmlərini çəkdi.

1930-cu illərdə səssiz kino öz yerini səsli filmlərə verməyə başlayanda da Çaplin səssiz filmlər çəkir - “Böyük şəhərin işııqları” (1931), “Yeni zamanlar” (1936). Dünya müharibəyə doğru gedirdi, Çaplinin filmləri daha da siyasiləşirdi. 1940-cı ildə çəkilən “Böyük diktator” Adolf Hitlerin açıq satirası idi.

1940-cı illərdə Çarli Çaplini kommunistlərə rəğbətdə, antiamerikan fəaliyyətdə ittiham etdilər. DTK Çaplinə qarşı cinayət işi qaldıranda o, ABŞ-ı tərk etməli oldu və İsveçrəyə köçdü.

Çaplin ssenari yazarı, bəstəkar, rejissor, prodüser idi, öz filmlərində özü oynayırdı. Çaplin mükəmməlçi idi, onun maliyyə azadlığı öz filmlərinin istehsalına və işlənməsinə illər sərf etməyə imkan verirdi. Çaplinin demək olar ki, bütün filmləri fars və pafos arasında qərar tutmuşdu.

# 1224 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
#
#
# # #