ƏSA Teatrından Nəsimi performansı

ƏSA Teatrından Nəsimi performansı
27 sentyabr 2019
# 10:20

Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı t “Nəsimi İli”nə “Sirri Ənəlhəqq” adlı anterpriza ilə öz tövhəsini verəcək

Sentyabrın 27-28-də ƏSA Teatrı Nizami Kino Mərkəzində “Sirri Ənəlhəqq” anterprizasını təqdim edəcək. Bu barədə Kulis.aza teatrın baş meneceri Nicat Qulam məlumat verib.

Onun sözlərinə görə, bir neçə ay ərzində hazırlanan anterprizada Nəsimi fəlsəfəsinə yeni və maraqlı baxış ortaya qoyulub: “Anterprizada böyük mütəfəkkirin doğuluşu, biliklərini zənginləşdirmə yolu ilə kamilləşməsi, öz ideologiyasının kütləvi təbliği modern üslubda təqdim olunur. Anterprizanın ən cazibədar tərəfi isə bədii plastikadan istifadə olunmaqla, modern rəqslərin sayəsində Nəsiminin dühası auditoriyaya çatdırılmasındadır”.

Qeyd edək ki, bu günədək Nəsimi haqqında, onun yaradıcılığı və fəlsəfəsi haqqında standartlaşmış klassik düşüncə formalaşıb. ƏSA Teatrı isə öz anterprizasında bütün çərçivələri dağıdaraq, Nəsimi dühasının böyüklüyünü, dünyəviliyini və bəşəri missiyasını modern trendlərlə təqdim etməklə, Nəsimi haqqında yeni fikirlər formalaşdırır və tamaşaçını həm düşünməyə, həm də zövq almağa dəvət edir. “Sirri Ənəlhəqq” anterprizası “Nəsimi” ilində böyük Azərbaycan dahisinə inklüziv ƏSA Teatrının töhfəsidir.

ƏSA Teatrının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə əməkdaşlığı çərçivəsində baş tutan “Sirri Ənəlhəqq” anterprizası 2019-cu ildə ölkəmizdə qeyd olunan “Nəsimi” ili münasibəti ilə hazırlanıb.

Nəzərinizə çatdıraq ki, “Sirri Ənəlhəqq” anterprizası birinci nümayişi qapalı, ikinci nümayişi isə ictimaiyətə açıq şəkildə olacaq.

Anterprizanın ideya müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, plastik iş xalq artisti Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Vuqar Camalzadə, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssamı Nübar Hüseynova, qəzəllərin kompozisiyası Mehdi Cənnəti Fərd, Art menecer Nicat Qulam, redaktor Elxan Xanəlizadə, multimedia Famil Mahmudbəyli. Rollarda Elşən Əskərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Mehdi Cənnəti Fərd, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Fəziyeva, Elvin Mirzəyev, Pegah Dafe, Rəhimə Abdinova, Royal Allahverdiyev, Orxan Əliyev, Riad Sultanov, Nigar İsa, Cəmilə Məmədli və Aysel Əliyevadır.

# 3851 dəfə oxunub

Oxşar xəbərlər

“Blade Runner” dünyasına qayıdış - Yeni serialın səkkiz seriyası yayımlandı

“Blade Runner” dünyasına qayıdış - Yeni serialın səkkiz seriyası yayımlandı

12:41 27 noyabr 2026
Kolin Farrell və dostunun marafon hekayəsi ekranlaşdırıldı

Kolin Farrell və dostunun marafon hekayəsi ekranlaşdırıldı

12:16 27 noyabr 2026
Amsterdam sənədli film festivalında iki ekran işi baş mükafat aldı

Amsterdam sənədli film festivalında iki ekran işi baş mükafat aldı

18:58 25 noyabr 2026
Qahirə Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

Qahirə Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

14:43 25 noyabr 2026
“The Mosquito Bowl”:  Müharibəyə getməzdən əvvəl axırıncı dəfə meydana çıxdılar

“The Mosquito Bowl”: Müharibəyə getməzdən əvvəl axırıncı dəfə meydana çıxdılar

10:06 25 noyabr 2026
Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı

Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı

14:02 23 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər