Ən böyük mafioz haqqında film

Ən böyük mafioz haqqında film
5 aprel 2014
# 07:30

Kulis.az “Baxılası 50 film” layihəsində amerikalı rejissor Hovard Houksun ”Çapıqlı adam” filmini təqdim edir.

Hovard Houks (1896-1977) fabrik sahibinin ailəsində doğulub, mühəndis təhsili alıb, aviasiya zavodunda konstruktor işləyib.

Tətil zamanı indiki “Paramaunt” studiyasının ssenari şöbəsində işləyərək 60-a yaxın filmin ssenaristi olub.

1926-cı ildə rejissor kimi ilk filmini “Şöhrətə gedən yol”u çəkib.

“Mən nəql edənəm-bu, rejissor üçün əsas keyfiyyətdir” deyən rejissora populyarlığı iki davakar matrosun hekayətini anladan “Hər limanda qız” filmi (1928) gətirdi.

Houks bir janrdan başqasına asanlıqla keçirdi. Onun “XX əsr” (1934) filmi teatrda pərdəarxası baş verənlərə satiradır.

Rejissorun dünya kinosunda ən yaxşı 5 vesterndən biri sayılan “Qırmızı çay” (1934) filmində qəhrəman onun ərazisinə girən hər kəsi öldürür. Onları dəfn edir və sonra məzarlarında İncil mətnləri oxuyur. Filmin kulminasiyası azğınlaşmış mal-qara sürüsünün lentə alınması idi.

Bir həftədən çox, çətinliklə çəkliən bu epizod 15 kamera ilə lentə alınıb. Sürünün ekranda azğın kimi göstərmək üçün kameralar çəkimi ləng rejimdə aparıb. Epizod Amerika kinosunun klassik səhnlərindən biri sayılır.


1950-ci llərdə o, Merilin Monronun iştirakı ilə ”Centlemenlər sarışınları seçir” filmini çəkir. Monronun tipajını istifadə edə bilən rejissor axtaran filmin prodüseri Houksun üzərində dayanır. Prodüserin fikrincə, aktrisa kimi Monro kinoda kəşf olunmayıb. Houks deyir: “Səhv ondadır ki, Monronu real personaj kimi təqdim etməyə çalışırsız, o isə buna yaramır. Onu qəbul etdirmək üçün yalnız bir yol görürəm: musiqili komediyada çəkmək”.

Houksun “Rio Bravo” vesternini bütün Hollivudun mahiyyətini göstərən film adlandırırlar.

Fransua Trüffo rejissoru dəqiq xarakterizə edir: “Onun filmləri iki qrupa ayrılır: macəra və komediya. Birində insan, onun ağlı, fiziki və mənəvi gücü tərənnüm edilir, o birisində isə müasir sivilizasiyada insanın iradəsizliyi, degenerasiyası təsvir olunur. Houks bir növ moralistdir”.

“Baxılası 50 film” layihəsində dünya kinosunun şedevrlərindən sayılan, qanqster janrının etalonu kimi qəbul olunan “Çapıqlı adam”ı (1932) təqdim edəcəyik.

Süjet: Qanqster Toni kriminal boss Conninin qətl sifarişlərini həyata keçirir. Getdikcə hakimiyyəti güclənən Toni əmindir ki, silahla istənilən problemi həll edə bilər.

Amerika yazıçısı Armitedc Treylin romanı əsasında çəkilən film Hollivudun Böyük böhran illərində cinayətkarlığa qarşı münasibətidir.

Trüffonun fikrincə, Houks qəsdən obrazı meymuna oxşar - ağız-burnunu əymiş, beli azca qatlanmış kimi təsvir edib.

Film boyu xaç işarəsi kecir: o, qapıda, divarda görünür, işığın köməyi ilə yaradılır. Tənqidçilərə görə bu vizual ideya ölüm əlamətini bildirir.

Qəhrəmanın prototipi 1920-30 cu illərdə Çikaqoda fəaliyyət göstərən məşhur qanqster Al Kaponedir.

Maraqlı faktlar

***

Ssenarist Ben Hehtin dediyinə görə, Kaponenin adamları çəkilişi izləyiblər və tələb ediblər ki, qəhrəman onların bossuna dəqiq bənzədilməsin.

***

Deyilənə görə, film Al Kaponenin çox xoşuna gəldiyinə görə, hətta evində onun surətini də saxlayırmış.

***

1983-cü ildə məşhur Amerika rejissoru Brayn de Palma Al Paçinonun iştirakı ilə filmin remeykini çəkir.

***

Houksun 1936-cı ildə qurduğu avtomobil maşın yarışmasında qalib gəlib.

***

Rejissor səs-küylü kompaniyaları sevmirdi, mətbuatdan qaçırdı. Onu yalnız yeni film çəkəndə xatırlayırdılar.

Filmə burdan baxa bilərsiz.

Federiko Fellinin “8 yarım” filmi.

Fridrix Murnaunun “Günəşin doğuşu” filmi.

Fransua Ozonun “8 qadın” filmi.

Alfred Hiçkokun “Psixo” filmi.

Stenli Kubrikin "Portağal mexanizmi" filmi.

Kendzi Midzoqutinin “Yağışdan sonra ayın nağılı” filmi.

Vittorio De Sikanın “Velosiped oğruları” filmi.

Fransua Trüffonunun “400 zərbə” filmi.

Abbas Kiarostaminin “Albalı dadı” filmi.

Karl Dreyerin “Janna Darkı istirabları” filmi.

Sidney Lumet “On iki qəzəbli kişi” filmi.

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 5173 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
#
#
# # #