"Odissey"dən sonra 3 il film çəkməyəcək - Nolandan açıqlama

"Odissey"dən sonra 3 il film çəkməyəcək - Nolandan açıqlama
19 iyul 2026
# 14:58

Rejissor Kristofer Nolan "TODAY" nəşrinə verdiyi müsahibədə növbəti layihəsinə ən azı 3 il fasilə verəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, rejissorun sözlərinə görə, "Odissey" üzərində işləmək ondan və bütün çəkiliş komandasından maksimum dözümlülük tələb edib.

​"Oskar" mükafatlı rejissor prosesin nə qədər yorucu olduğunu bu sözlərlə ifadə edib:

​"Mən qəti şəkildə öz dözümlülüyümün sərhədlərinə çatdım və düşünürəm ki, prosesin bütün iştirakçıları da eyni vəziyyətdədir. "Odissey" çətin olmalı idi. Əgər çəkilişlər çətinlik yaratmırsa, deməli, biz öz işimizi layiqincə yerinə yetirmirik".

​Homerin ölməz əsəri əsasında çəkilən epik ekran işi birinci dərəcəli ulduzları bir araya gətirib: Mett Deymon, Enn Heteuey, Lupita Nionqo, Robert Pattinson, Zendaya və Tom Holland.

Nolan təkcə filmə rejissorluq etməyib, həm də onun ssenarisini özü qələmə alıb.

Qeyd edək ki, sənətçi bu miqyaslı layihənin ideyasını düz 20 ildir ki, beynində gəzdirirdi.

​Rejissor bildirib ki, çəkilişlərin ağır olacağı barədə baş rol ifaçılarından olan Mett Deymonu əvvəlcədən xəbərdar edib. Lakin aktyor məsələnin və dözülməz şərtlərin miqyasını yalnız prosesin içində olarkən anlamağa başlayıb.

​"Anlayış yalnız o zaman gəlir ki, sən hadisə yerində olursan və məsələn, siklopun (təpəgözün) mağarasına doğru keçi cığırı ilə qalxmağa başlayırsan. Məhz o an Mett çəkilişlərin heç də asan olmayacağını yavaş-yavaş anlamağa başladı", – deyə Nolan gülümsəyərək xatırlayıb.

​Rejissorun fikrincə, "Odissey" özündə bir neçə fərqli janrı ustalıqla birləşdirir: bu həm bir sevgi dastanı, həm böyümə/yetkinləşmə hekayəsi, həm də müharibə və evə dönüş haqqında dərin fəlsəfi bir rəvayətdir.

Nolan fikrini bu sözlərlə tamamlayıb:

"Orada hər kəs üçün nəsə tapılacaq. Düşünürəm ki, "Odissey"in əbədi cazibəsi də məhz elə bundadır".

# 658 dəfə oxunub

Oxşar xəbərlər

"Blade Runner 2049"  "HBO Max"ın ən çox baxılan filmi oldu

"Blade Runner 2049" "HBO Max"ın ən çox baxılan filmi oldu

11:40 8 sentyabr 2026
Növbəti Ceyms Bond artıq seçilib - Qari Oldman yeni agent haqqında

Növbəti Ceyms Bond artıq seçilib - Qari Oldman yeni agent haqqında

10:20 8 sentyabr 2026
"Namazov" filminin treyleri yayımlandı

"Namazov" filminin treyleri yayımlandı

17:35 7 sentyabr 2026
Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

17:00 7 sentyabr 2026
“44” bədii filminin premyerası baş tutacaq

“44” bədii filminin premyerası baş tutacaq

15:33 7 sentyabr 2026
Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

14:30 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər