"Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri"nə qəbul başa çatdı

"Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri"nə qəbul başa çatdı
17 iyun 2025
# 18:01

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin 1-ci mərhələsi başa çatıb!

Kulis.az xəbər verir ki, müraciət müddəti cari ilin 15 aprel tarixindən 12 iyun tarixinədək olan müsabiqədə iştirak etmək üçün yerli və xarici şirkətlərin yüksək aktivliyi müşahidə edilib.

Belə ki, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən 41 istehsalçı şirkət tərəfindən ümumilikdə 88 layihə müsabiqəyə təqdim edilib.

Onlar arasında

24 tammetrajlı bədii film,

21 qısametrajlı bədii film,

15 animasiya filmi,

14 sənədli film,

14 bədii-sənədli film

layihələri yer alıb.

Beynəlxalq müştərək istehsalı planlaşdırılan 9 layihədə Türkiyə, Macarıstan, Serbiya, Gürcüstan, Koreya, Pakistan, Hindistan, Finlandiya, Estoniya, Qazaxıstan, Çex Respublikası olmaqla ümumilikdə 11 xarici ölkədən olan prodüser mərkəzinin iştirakı nəzərdə tutulur.

Müsabiqənin 2-ci mərhələsində müvafiq sahədə fəaliyyət göstərən müstəqil mütəxəssislərdən təşkil edilmiş Seçim Komissiyası tərəfindən, təqdim edilmiş sənədlərin təhlili və yoxlanılması, ssenarilərin bədii qiymətləndirilməsi və iqtisadi göstəricilərin dəyərləndirilməsi həyata keçiriləcək.

Qeyd edək ki, müsabiqənin 2-ci mərhələsi 15 iyul 2025-ci il tarixində yekunlaşacaq.

# 1639 dəfə oxunub

Oxşar xəbərlər

“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər