Cem Yılmazın yeni filmindən maraqlı kadr - 13 yaşlı oğlu rejissor kürsüsündə

Cem Yılmazın yeni filmindən maraqlı kadr - 13 yaşlı oğlu rejissor kürsüsündə
15 iyul 2026
# 13:10

Məşhur komediya ustası Cem Yılmaz uzun fasilədən sonra "GORA" seriyasının davamı olan "GORA 4 GORA" adlı yeni filmi ilə gündəmdən düşmür.

Kulis.az xəbər verir ki, rəqəmsal platformalardan birində yayımlanacaq layihənin çəkilişləri bütün sürəti ilə davam edir.

Ekran işinin aktyor heyətində Bige Önal, Bora Akkaş, Burak Şafak, Bülent Şakrak, Can Yılmaz, İdil Sivritepe, Necip Memili, Nevcan Su Özel, Okan Çabalar, Özge Özberk, Uraz Kaygılaroğlu və Zafer Algöz kimi məşhur sənətçilər yer alır.

Arifin yeni macərası

Filmin süjet xəttinin mərkəzində Arifin həm oğlunun hörmətini yenidən qazanmaq, həm də Demonun alqoritmlərlə idarə etdiyi tiranlığı yıxmaq üçün çıxdığı yeni və təhlükəli macəra dayanır.

Rejissor kürsüsündəki sürpriz qonaq

Zaman-zaman çəkiliş meydançasından fotolar paylaşan Cem Yılmaz bu dəfə izləyicilərini fərqli bir kadrla sevindirib. Belə ki, onun Ahu Yağtu ilə evliliyindən dünyaya gələn 13 yaşlı oğlu Kamal atasına dəstək olmaq üçün çəkiliş meydançasına gəlib.

Məşhur komediya ustası oğlunun rejissor kürsüsündə əyləşdiyi anın fotosunu çəkərək sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, bir neçə ay əvvəl Kamalın orta məktəbdən məzun olma xəbəri də mediada maraqla qarşılanmışdı.

# 428 dəfə oxunub

Oxşar xəbərlər

İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

13:45 1 sentyabr 2026
Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

11:50 1 sentyabr 2026
Mel Gibson buna görə üzr istədi

Mel Gibson buna görə üzr istədi

11:00 1 sentyabr 2026
Kinoyazar.az saytının fəaliyyəti  dayandırıldı

Kinoyazar.az saytının fəaliyyəti dayandırıldı

21:48 31 avqust 2026
Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

17:39 31 avqust 2026
Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

11:40 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər