"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri
31 oktyabr 2025
# 14:28

Bu gün poetik realizmin görkəmli nümayəndəsi, kinorejissor Marsel Karnenin doğum günüdür.

Kulis.az bu münasibətlə onu şah əsəri hesab olunan "Kölgələr limanı" filmi haqqında məqaləni təqdim edir.

Hər şey bir limandan başlayır.

Dəniz səssiz, şəhər yuxudadır. Duman sanki nəfəs alır, küçələrin üstünə çəkilmiş ağ kəfən kimi hər şeyi bürüyür. Və o dumanın içindən bir adam çıxır... Jan.... Gözlərində müharibənin kölgəsi, çiynində yorğunluq, qəlbində isə bir parça ümid. Kölgələr limanı onu gözləyir. Onu məhv edəcək liman...

Fayl:Port of Shadows 1938.jpg — Vikipediya

Jan müharibədən qaçıb. Silah səsi, qan, itkilər arxada qalıb. Amma o, hələ də öz qəlbi ilə, ruhu ilə vuruşur. Limanda gizlənmək, nəfəs dərmək, yeni həyata başlamaq istəyir. Lakin şəhərin dumanı yalnız bədəni deyil, ruhu da öz ağuşuna alır. Burada hər kəs nədənsə qaçır. Polisdən, keçmişindən, sevməkdən.

Və bu qaranlıq, nəmli məhəllələrdə o, Nelli ilə qarşılaşır.

Nelli dumanın içində parlayan yeganə işıqdır. Gözləri sanki dənizin o biri üzünə baxır... Azadlığa... Amma azadlıq bu limanda mümkündürmü?

Film Forum · PORT OF SHADOWS

“Kölgələr limanı”nda hər dialoq Jak Preverin qələmindən çıxan şeir kimi səslənir. Onun sözlərində küçə tozu ilə pıçıltılar bir-birinə qarışıb.

Burada həyat ağ və qara deyil. Burada hər şey boz rəngdədir. Duman rəngində.

Sanki Tanrı belə bu limana baxmaq istəmir.

Port of Shadows' (unrated) | Miami.com | Miami Herald

Jan Nellini sevir, amma bu sevgi xilas deyil, fəlakətdir. Onların qarşılaşması dənizdə iki gəminin toqquşması kimidir. Bir anlıq işıq, sonra qaranlıq. Karne kamerasını elə yerləşdirir ki, hətta dumanın içindən keçən bir baxış belə hiss olunur. Jan Qabenin baxışları sanki hər an “bura mənim son dayanacağımdır” deyir.

Və doğrudan da, bu limanda hər kəsin son dayanacağı var.

Burada heç kim xoşbəxt ola bilmir. Çünki “Kölgələr limanı”nın havası belə faciə qoxuyur.

Port of Shadows (1938) | The Criterion Collection

Karne bu filmə rejissordan daha çox, şair baxışı ilə baxır.

O, işığın və kölgənin dili ilə danışır.

Ejen Şüftanın kamerası dumanın içində itən binaları, boğulan küçələri, kölgədə itən üzləri çəkir. Bu, çıxılmaz vəziyyətdə qalan ruhların portretidir.

Port Of Shadows, 1938 – Heart Of Noir

“Kölgələr limanı” yalnız sevgi və ölüm hekayəsi deyil. O, 1930-cu illərin Fransasının problemlərini göstərir. İşsizlik, cəzasızlıq, müharibə sonrası travmalar limanın sularında əks olunur. İnsanlar bu dumanın içində təkcə özlərini yox, zamanı da itirirlər.

Port of Shadows Blu-ray (Le quai des brumes)

Külək əsir. Dəniz sükut içindədir.

Jan yıxılır... Nelli ağlayır...

Duman qalxıb hər şeyi udur.

Həyat davam edir, amma heç kim xilas olmur.

Tale də sevgi kimi gecikir həmişə...

Sevgi də tale kimi...

# 538 dəfə oxunub

Oxşar xəbərlər

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

18:53 29 oktyabr 2025
Astarada film çəkilişində film kimi dava:  "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

Astarada film çəkilişində film kimi dava: "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

18:24 29 oktyabr 2025
Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi

Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi

10:58 29 oktyabr 2025
“Vəlinin yerinə Əlini qoymaqla nə dəyişəcək?” – Rasim Balayevdən sərt tənqid

“Vəlinin yerinə Əlini qoymaqla nə dəyişəcək?” – Rasim Balayevdən sərt tənqid

15:05 25 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər