Rejissorumuzun iki filmi beynəlxalq festivalda uğur qazanıb

Rejissorumuzun iki filmi beynəlxalq festivalda uğur qazanıb
13 iyul 2021
# 16:17

Azərbaycanda istehsal olunmuş “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri daha bir uğura imza atıb. Belə ki, azərbaycanlı rejissorun “Nobel qardaşlarının ilk uğuru” filmi 11 ildir keçirilən “Light of the world” adlı Yaroslavl festivalının seçilmiş filmlər siyahısına daxil olunub.

Kulis.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında filmlərin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov deyib.

Onun sözlərinə görə, layihə 2021-ci ilin sentyabrında Rusiya Federasiyası Prezidentinin qrantı əsasında həyata keçiriləcək. Festival, həmçinin Yaroslavl vilayətinin rəhbərliyi və Müasir PravoslavI Sənət və Rəsm Qalereyası tərəfindən dəstəklənir. Festivalın məqsədi gənclərin mənəvi, vətənpərvər tərbiyəsini təbliğ etməkdir.

“Stalinin qaranlıq keçmişi” filmi Moskvada 23 ildir keçirilən “İnternational Film Festival of Detective Films and Television programs on Law-Enforcement themes Detective FEST” festivalında bütün mərhələləri keçərək, “Nominant”a layiq görülüb. Film birincilik uğrunda bu ilin sentyabrında Moskvada keçiriləcək finalda ölkəmizi təmsil edəcək. Ekran əsəri 79 ölkənin 2300 filmi arasından “Nominant” olaraq seçilib. “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” filminin redaktoru Əkbər Qoşalıdır və mətni isə Xalq artisti Eldost Bayram oxuyub. Ekran əsərində kapitalizmin ən böyük düşməni, minlərlə insan ölümünün baiskarı kimi tanınan qəddar Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb.

Festival Rus Pravoslav kilsəsinin (Rubinsk yeparxiyası) və Milli Müəllif Hüquqları Sahiblərinə Dəstək Fondu (Moskva) tərəfindən təşkil olunur.

“SSP Production” tərəfindən istehsal olunan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi isə Nobel qardaşlarının Bakıdakı fəaliyyətindən bəhs edir. Filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni Xalq artisti Eldost Bayram oxuyub.

# 4076 dəfə oxunub

Oxşar xəbərlər

Əcəmi Naxçıvani haqqında çəkilən filmin çəkilişlərinə başlanıldı

Əcəmi Naxçıvani haqqında çəkilən filmin çəkilişlərinə başlanıldı

18:30 30 iyun 2026
Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı oldu

Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı oldu

14:30 30 iyun 2026
"2 Aile Arasında" filmindən ilk kadrlar yayımlandı

"2 Aile Arasında" filmindən ilk kadrlar yayımlandı

14:02 30 iyun 2026
"Həm kədərli, həm gülməli" üslubun müəllifi  - Onun hansı filmi qalmaqala səbəb olmuşdu?

"Həm kədərli, həm gülməli" üslubun müəllifi - Onun hansı filmi qalmaqala səbəb olmuşdu?

13:00 30 iyun 2026
"Çox qorxulu kino"dan milyardlıq rekord: 26 il sonra gələn tarixi uğur

"Çox qorxulu kino"dan milyardlıq rekord: 26 il sonra gələn tarixi uğur

10:17 30 iyun 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:20 29 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər