Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...

Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
13 avqust 2020
# 17:02

Kino səhəsində bizə daim hazır məhsullar təqdim olunduğundan rejissorların arzularından, çəkmək istəyib nail olmadıqları layihələrdən xəbərsiz qalırıq. Kulis.az məşhur rejissorların çəkə bilmədikləri beş filmi təqdim edir.

Alfred Hiçkok - “Kaleydoskop”

Gallery

Alfred Hiçkok tamaşaçılarda qarışıq duyğular yaradan trillerlər yaratdı. “Psixo”, “Cırıq pərdə” və “Şantaj” bu cür filmlər sırasındadır. Onun filmləri uzun müddət insanın ruhuna təsir edərək görünməz izlər buraxdı.

1966-cı ildə Hiçkok Antonioni Mikelancelonun "Fotoböyütmə" filminə baxdıqdan sonra öz filmlərini "keçən əsr" filmləri adlandıraraq çılpaqlıq və zorakılığın çox olduğu film çəkəcəyinə qərar verdi. O, hətta filmin süjetini düşünmüş, məzmunu haqqında açıqlama vermişdi. Film 3 hissədən ibarət olmalıydı. Hər birində isə qətl vardı. Birinci qətl fabrikdə, ikincisi şəlalədə, üçüncüsü isə gəmidə olmalı idi. Onun hesablamalarına görə filmin büdcəsi milyon dollardan az idi.

Lakin, MCA-Universal studiyası filmin ideya və xərclərini bəyənmədi. Və Hiçkokun “Kaleydskop” filmindən imtina etdi. Rejissor nəinki filmin ideyasını həmçinin bir saatlıq sınaq çəkilişlərini də ləğv etməli oldu.

Sergey Eyzenşteyn - "Amerika faciəsi"

Gallery

Stalinin sovet Rusiyasında Sergey Eyzenştyen tez-tez formalizmdə ittiham olunurdu. Bu isə o dövr üçün olduqca təhlükəli bir damğa idi. Rejissorun özü də bu barədə istehza və hirslə danışırdı. 20-ci illərin sonlarında Eyzenşteyn artıq xeyli məşhurluq qazanmışdı. O, Qərbi Avropa və ABŞ-da mühazirələr oxuyur, Hollivudda səfər edirdi. Güman edilirdi ki, o, sovet rəssamlarının və artistlərin nailiyyətləri ilə kapitalist qərbini tanış edir. Rejissor Hollivudda olarkən “Paramount Pictures” şirkətinin rəhbəri Cessi Laski Eyzenşteynin filmlərinə heyran qaldı və 1930-cu ilin aprelində Teodor Drayzerin "Amerika faciəsi" romanı əsasında film çəkmək üçün ona 100.000 dollar təklif etdi. Altı aydan sonra Eyzenşteyn filmin ssenarisini şirkətə təqdim edəndə Laski ssenarinin həddindən artıq depressiv olduğunu bildirərək müqaviləyə xitam verdi. Şirkət yalnız Eyzenşteynin Moskvaya qayıtması üçün lazım olan yol xərclərini ödədi.

Orson Uelles - “Don Kixot”

Gallery

Amerikalı "Don Kixot" da heç vaxt hazırlanmayan filmlər siyahısındadır. Amerika rejissoru Orson Uelles 1950-ci illərin ortalarından bir neçə dəfə "Don Kixot" filmini çəkməyə cəhd etdi. O, əsərdəki hadisələri müasir formaya uyğunlaşdıraraq təqdim etməyə çalışırdı. Uelles müsahibələrinin birində “Don Kixot” filmi haqqında deyirdi: Servantesin “Don Kixot” romanını ekranlaşdırmaq istəyirəm. Don Kixot mənim müasir dünyamda yaşayır. Mənə elə gəlir ki, bizim dövrün mənəvi həqiqətlərini dəyişdirə bilərəm. Çünki müasir dövr Don Kixotu məhv etməyə məcburdur.

Ancaq rejissor filmi bitirmək üçün kifayət qədər sərmayə tapa bilmədiyindən çəkilişlər yarımçıq qaldı. Filmin çəkilişləri Uellesin ölümündən sonra tamamlanaraq müxtəlif festivallarda nümayiş olundu.

Stenli Kubrik - "Napoleon"

Gallery

Dahi rejissor Stenli Kubrik də “Napoleon” haqqında bioqrafik film çəkmək arzusunu reallaşdıra bilmədi. O, Napoleonun şəxsiyyəti haqqında dərindən öyrəndi, tarixçilərlə xeyli söhbətlər etdi, araşdırmalar apardı. Kubrik "2001-ci il: Kosmik Odissey" filminin nümayişindən dərhal sonra nəzərdə tutduğu filmin hazırlıqlarına başlamışdı. Rejissor artıq filmdə hansı məşhur aktyorları da çəkəcəyini planlaşdırmışdı. Napoleon Bonapart roluna Oskar Vernerin, onun həyat yoldaşı roluna isə Odri Hepbern dəvət olunması planlaşdırıldı. Lakin “MGM Studiyası” film çəkilişlərinin baha başa gələcəyinin səbəb göstərərək layihədən imtina etdi.

2013-cü ildə Steven Spilberq bir müsahibəsində Kubrikin ideyasını həyata keçirmək və mini-serial hazırlamaq niyyətində olduğunu söylədi.

Bernardo Bertoluççi - "Qanlı Məhsul"

Gallery

1980-ci ildə Bernardo Bertoluççi Deşil Xemmetin "Məhsul" romanı əsasında bir film çəkmək niyyətində idi. Rejissor bu filmi çəkmək üçün xeyli səy göstərdi. Film üçün dərhal iki ssenari hazırlandı. Xemmett və Bertoluççinin komunist fikirləri oxşar idi. Lakin Amerika istehsalçıları bu filmin çəkilişlərinə pul vermədilər. Bu səbəbdən də ssenarilər italyan rejissorunun masasındakı siyirmələrdə qalıb.

# 3489 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #