Kann gündəliyi - FOTOSESSİYA
64-cüsü keçirilən Kann Film Festivalı iki gün əvvəl Vudi Allenin “Parisdə gecəyarı” filmi ilə açıldı.
Filmdə epizodik rol oynayan Fransanın birinci xanımı Karla Bruni festivala şəxsi həyatı ilə bağlı problemlərə görə qatıla bilməyib.
Kinofestival isə bir-birindən istedadlı sənətçilərin qırmızı xalça üzərində keçməsi ilə başlıyıb.
Jüri heyətinin rəhbəri Robert De Niro açılış nitqi ilə festivalı açıq elan edib. Festival rəhbərliyinə təşəkkürünü bildirdikdə balaca bir səhv də buraxıb: "Çox sağ olun ki, məni 75-ci... 64-cü Kann Film Festivalının münsiflər heyətinin rəhbəri seçmisiniz".
Qonaqlar arasında Antonio Banderas, Salma Hayek, Emir Kusturitsa, Emili Brauninq, Acelina Coli, Aişvariya Ray kimi ulduzlar yer alıblar.
Serb rejissor Emir Kusturitsa “Xüsusi baxış” nominasiyası üzrə jüri heyətinin rəhbəridir. Kusturitsa “Andergraund”, “Atam məzuniyyətdə”, “Həyat bir möcüzədir” filmlərinə görə “Qızıl Palma” mükafatlara layiq görülüb.
“Çəkməli pişik” və “Konq-fu Panda 2”
Kinofestivalda iki cizgi filmi artıq nümayiş olunub. 3D effektli cizgi filmlərindən biri “Çəkməli pişik”, digəri “Konq-Fu Panda 2”dir.
“Konq-Fu Panda 2” cizgi filmini Ancelina Coli, Dastin Hoffman və Cek Bleyk səsləndiriblər. Cizgi filminin səsləndirilməsində Ceki Çan, Jan-Klod Van Damm, Lusi Lui, Set Roqen kimi məşhur aktyorlar da iştirak edilər.
“Çəkməli pişik” cizgi filminin baş rollarını isə Antonio Banderas və Salma Hayek səsləndirib.
Türklər Kannda
Bu il kinofestivalda üç türk filmi nümayiş olunacaq.
Sabah rejissor Lütfi Akadın 1966-ci ildə çəkdiyi “Sərhədlərin qanunu” filmi göstəriləcək. Film türkəsilli alman rejissor Fatih Akın tərəfində yenidən işlənib.
Mayın 18-i nümayiş olunacaq ikinci film “Türk pasportu” adlı sənədli filmdir. Film II Dünya Müharibəsində türkəsilli Musəvilərin həyatını qurtaran türk diplomatlarından bəhs edir.
Türk rejissor Nuri Bilge Ceylanın “Bir vaxtlar Anadoluda” filmi isə mayın 21-də göstəriləcək. Rejissor 2008-ci ildə “Üç meymun” filmi ilə “Ən yaxşı rejissor” nominasiyasında “Qızıl Palma” sahibi olub.
4 min 500 jurnalist izləyir
Festivalı izləmək üçün 4 min 500 jurnalist qeydiyyatdan keçib. 4 min 240 film festival çərçivəsində film bazarına çıxarılacaq. Bura yeni çəkilmiş və ya çəkilməkdə olan filmlər daxildir. Festivalın mühafizə işləri üçün kameralar da daxil olmaqla, 700 polis cəlb olunub.
Büdcə 20 milyon avro
Festivalın bu ilki büdcəsi 20 milyon avrodur. Büdcə Mədəniyyət Nazirliyi və Kann şəhərinin yerli qurumları tərəfindən təşkil olunub.
Bir gecəsi 40 min evroya
Festivalı ilə əlaqədar olaraq Kann şəhərində otel otaqlarının bir gecəsinin qiyməti 40 min evroya çatıb. Keçən il 160 min qonaq qarşılayan şəhər bu il 200 min kinosevəri qəbul edib. Nəticədə hotellərdə otel qiymətləri rekord həddə çatıb. Normal vaxtlarda 40-50 evroya olan ikiulduzlu oteldə qiymətlər 300 avroya çatıb. Festivalın keçirildiyi məkana yaxın olan “Mejstic” otelində bir gecəlik lüks otaq 38 min evroyadır. Otel rəhbərliyi lüks otaqların qış vaxtı 12 min avroya olduğunubildiriblər.

Oxşar xəbərlər

Sürəyya niyə daş-qalaq olunmuşdu? - Dini filmlər
12:00
22 fevral 2025

Məhkəmə "Şakir Paşa ailesi" ilə bağlı qərar verdi
10:45
22 fevral 2025

Məşhur rejissor yeni film çəkilişlərinə hazırlaşır
10:37
22 fevral 2025

"Ceyms Bond" hüquqlarını satdı
18:40
21 fevral 2025
Oğlu ilə bir serialda oynayacaq
15:30
21 fevral 2025

Filminin nümayişi niyə təxirə salınıb? - Nazirliyə müraciət
12:15
21 fevral 2025