“Karib Dənizinin quldurları” Bakıda! - 3D FƏRQİ
“Karib Dənizinin quldurları” filmini sevənlərə şad xəbər: Filmin 4-cü hissəsi mayın 18-i ParkCinemada göstəriləcək. 3D effekti ilə çəkilən “Karib dənizinin quldurları 4: Sirli dənizlərdə” filmində baş rollarını bu dəfə Coni Depplə Penelopa Kruz paylaşıb. Premyerası mayın 8-də keçirilən film artıq dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Aktyorlar mayın 11-i qonşu ölkə Rusiyanın paytaxtı Moskvada filmin ilk nümayişinə də qatılıblar.
Yeni filmdə Penelopa Kruz Ancelina obrazını yaradacaq. Ancelina pirat Ceklə tanış olub onu gözlənilməz macəraya atır. Hisslərinin sevgi olub-olmamasından şübhələnməyə başlayan Cek Ancelinanın fırıldaqçı ola biləcəyini də gözə alır. Cek əfsanəvi pirat Qara Saqqalla “Kraliça Annanın intiqamı” gəmisi uğrunda döyüşməyə məcbur olur. O, artıq kimdən qorxmaq lazım olduğunu bilmir: Qara Saqqal yoxsa sirli keçmişi olan Ancelina?
Filmdə müxtəlif ölkələrdən olan aktyorlar çəkilib.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər
Bəstəkarlar İttifaqında milli fantastika filmi müzakirəyə çıxarıldı
15:29
30 aprel 2026
Öz filmlərini izləməkdən qorxan rejissor - O, məşhur "Psixo"nu nədən təsirlənərək çəkmişdi?
17:00
29 aprel 2026
“Sözün varsa, de!” filminin çəkilişləri davam edir
15:37
29 aprel 2026
Lisa Kudrou: "Bu ifritə heç oxumağı bacarır?"
14:05
29 aprel 2026
Şarliz Teron yeni filminin çəkilişlərində xəsarət aldı
13:22
29 aprel 2026
Maykl Cekson haqqında bioqrafik film tənqidlərə rəğmən rekord qırdı
14:00
28 aprel 2026