“Yad qadına verilən işgəncə...” - MÜSAHİBƏ
3 oktyabr 2012
07:00
Kulis.az 69-cu Venesiya kinofestivalının qalibi, koreyalı rejissor Kim Ki Dukun şəxsi yaradıcılığı, həmçinin Asiya kapitalizminin böhranı barədə “Oqonyok” jurnalına verdiyi müsahibəni təqdim edir.
- Tənqidçilər artıq seçdiyiniz süjetin ziddiyyətini müzakirə obyektinə çeviriblər: “Pyeta”nın borcunu qaytara bilmək iqtidarında olmayanları şikəst edən əsas qəhrəmanı gözlənilmədən özünü onun anası kimi təqdim edən qadınla rastlaşır...
- Məni insan emosiyaları və faciəsi o qədər də maraqlandırmır. Mənim filmim pullar, kapitalizm və onun aqibəti haqdadır: bu fenomenin hər ikisi insanlara daha böyük təsir gücünə malikdir. Mən bütün dünyada kapitalizmin insan talelərini necə şikəst etdiyini göstərmək istəmişəm. Bu mövzunu daha parlaq qabartmaq üçün bir dəfə oğlanlarına həyat verən və indi onların əzablarını kənardan izləmək məcburiyyətində qalan qadını ön plana çəkmişəm. Bu obraz sanki olanların insan əleyhinə yönəldilmiş ümumi ab-havasını bir az yumşaldır.
- Filminizə niyə məhz “Pyeta” adını seçdiniz?
- Yəqin ki, Mikelancelonun məşhur eyniadlı abidəsiylə tanışsınız. Bu əsər məni yeni filmimi çəkməyə ilhamlandırdı. Axı, bu, yalnız can verən oğlunu ağuşunda saxlayan ana obrazı deyil. Mariya sanki qollarında bizim bədbəxt və tədricən məhvə sürüklənən cəmiyyətimizi tutur. Ötən il Kann kinovestivalına “Ariranq”ı çıxardım, sonra Parisə yollanaraq üç ay yeni filmin ssenarisi üzərində çalışdım. Avropada məqsədyönlü şəkildə işləyirdim, belə ki, qəhrəmanlarımı İzabel Yupper və Cud Lounun oynamasını arzulayırdım. Bu aktyorlar başqa layihələrdə iştirak elədiklərindən, təəssüf ki, təklimi rədd etdilər. Beynəlxalq aktyor komandası axtarışında Yaponiyaya yollanası oldum. Lakin burda da məni uğursuzluq gözləyirdi. Yerli kinostudiya mövzunu qavramadı və filmin sosial kəskinliyi onu maraqlandırmadı. Yalnız Koreyaya qayıtdıqdan sonra uyğun aktyorları və çəkiliş yerlərini tapa bildim.
- Son zamanlar pul və kapitalizm problemi Koreya kinorejissorları arasında xüsusi populyarlıq qazanıb. Bu yaxınlarda İm San Sunun eyni mövzunu əhatələyən “Pulların dadı” filmi işıq üzü görüb...
- “Pulların dadı” yüksək cəmiyyətin taleyindən söhbət açır. Orda insanlar nəhəng pul vəsaitinə malikdirlər və dünyanın taleyini həll edirlər. Mənisə “pulun dadının” belə nə olduğunu bilməyən, eyni kənddə, birgə böyüdüyüm insanlar maraqlandırır.
- Filmlərinizin olduqca qısa zaman kəsiyində ərsəyə gəldiyi məlumdur...
- Filmlərimi minimal büdcəylə çəkirəm, ona görə də tez işləmək məcburiyyətində qalıram. “Pyeta”nın qrafiki beləydi: 10 gün layihəyə hazırlaşdım, 20 gün filmi çəkdik və 30 günü montaja sərf elədik. Ən çətini çəkiliş günləri deyil, aktyor seçimiydi. Koreyada filmə çəkilmək istəyən istedadlı aktyorlar çoxdur, lakin onların az qismi mənimlə işləməyə risk edir. Haqqımda qəribə bir fikir formalaşıb: guya mən tələbkar rejissoram və mənimlə ünsiyyət qurmaq çətindir. Bir də ki artıq 18 bədii film çəkməyimə baxmayaraq, vətənimdə onları başa düşən azdır. Aktyorlara işə çox vaxt sərf edəsi oluram. İstədiyimi başa salmağa xeyli qüvvə sərf edirəm. Əyləncəli filmlər çəkmədiyimdən mənə real insanları oynaya bilən personajlar lazımdır, aktyorlar bunun öhdəsindən çətinliklə gəlirlər. Onlar gözəl yalançı kino yaratmağa öyrəşiblər. Koreya kinematoqrafının ən böyük problemi məhz budur. Bizim aktyorlar reallığı oynamağa adət etməyiblər.
- Filminizdə zorakılıq çoxdur: əsas qəhrəman işçiləri ələ salır, borcluları döyür və şikəst edir. Onun özünü bir neçə dəfə şikəst edirlər. Yad qadın özünü əsas qəhrəmanın anası kimi təqdim edəndə biçarənin etiraflarına inanmazdan əvvəl ona işgəncə verir. Məgər zorakılığın bolluğu reallığı əks etdirir? Zənnimcə, o, əksinə, tamaşaçını qorxuda bilər.
- Zorakılıq - filmimin mühüm hissəsidir. Ancaq o həm də real həyatı, ən azından, yaşadığm cəmiyyəti əks etdirir. Asiya cəmiyyəti çox qəddardır, orda yaşamaq uğrunda mübarizə qat-qat amansızdır. Avropalılar mənim filmimi başa düşməyə qadir deyillər. Avropanın qurduğu kapitalizmə nəzər salsaq, burda hər şey sakit və rəvandır, orda heç kəs yaşamaq uğrunda mübarizə aparmır. Elə buna görə də mənim filmim avropalılara həddən artıq qəddar təsiri bağışlayır. Halbuki söhbət açdığım personajlarla Koreyada hər addımda rastlaşmaq mümkündür. Bizim kapitalizm sizinkindən qat-qat fərqlidir, o, amansız və dağıdıcıdır. Ancaq işimdəki zorakılıq səhnələri filmin yalnız üçdə birini, onun birinci hissəsini əhatələyir. Parlaq vizual obrazlar seçməyim, qəhrəmanımı indiki vəziyyətinə çatdıran səbəbləri açmağım əhəmiyyətliydi. Uğurlu müqayisə aparmaq üçün ifrata varmaq mühümdür.
- Erkən yaşlarından pul qazanmağa başlamısınız, yeri gəlmişkən, “Pyeta”da göstərdiyiniz rayonda yaşamısınız. Bu film – uşaqlıq xatirələrinizə mənəvi borcunuzdur?
- Ağır həyatım olub, amma belə yox. Keçmişimin əsas qəhrəmanımın həyatıyla heç bir əlaqəsi yoxdur. Hörmət sahibi olan anam məni ciddiliklə tərbiyələndirib və hər zaman yüksək mənəvi əxlaq qaydalarına əməl edib. Atamın biz az bəxti gətirməyib. O, Koreya müharibəsinin əlilidir, döyüşlərdə bir neçə dəfə yaralandığından həyatının sonrakı hissəsini yataq xəstəsi olub. Heç vaxt məktəbə getməmişəm, uşaq yaşlarından fabrikdə işləmək məcburiyyətində qalmışam. Fabrik filmdə göstərilən rayonda yerləşib. Talelərin oxşarlığı bununla da bitir. Heç şübhəsiz, erkən fəhlə həyatı uşaqlıq təxəyyülümdə silinməyəcək iz buraxıb: əslində məhz bu, mənim rejissor kimi formalaşmağımda mühüm rol oynayıb. Bildiyiniz kimi, heç vaxt kino məktəblərinə getməmişəm və rejissor sənətini də öyrənməmişəm. Məhz uşaqlığımda yaşadıqlarım məni bir şəxsiyyət kimi formalaşdırıb. Özü də bu vaxt maşınlar və elektronikayla çox işləməli olmuşam. Və mənə həmişə elə gəlib ki, cəmiyyətimiz və onun ayrı-ayrı şəxsləri maşın prinsipiylə yaşayır, işləyirlər: “onları həmçinin işə salmaq, söndürmək və rahat idarə etmək olar”. Heç birlmirən niyə bu fikrə gəlmişəm, amma mənə elə gəlir ki, cəmiyyətimiz tezliklə tam mexanikiləşdiriləcək və ən xırda detalınadək nəzarət altında saxlanılacaq. Fərdiyyətçilik və insan təkrarsızlığısa tədricən arxaikləşəcək.
- İnsanın fərdiləşdirilməsinə kapitalizm eyni qədər təkan verir. Məgər pul adamı sərbəst etmirmi?
- Bu, bizim cəmiyyətə aid deyil. Asiyada pulla bərabər fərdi fərqlər də silinib-gedir, insan şəxsiyyəti hamarlanır. Kapitalizmi pulsuz təsəvvür etmək çətindir. Pul mühümdür, o özlüyündə neqativ enerjiyə sahib deyil: ən qorxulusu, insanların ona münasibətidir, onun ayağına yazdığı anlamdır. Pula pozitiv enerji də yükləmək mümkündür – məsələn, onu havaya sovurmaq əvəzinə xeyriyyəçilik məqsədilə istifadə etmək. Pulun iki üzü var – o, həm “cəllada”, həm də “xilaskara” çevrilə bilər. Təəssüf ki, sistemimizi dəyişməyin mümkün olduğuna inanmıram. Qismən də olsa tamaşaçını dəyişmək, onu həyatın yalnız pul düzəltməkdən ibarət olmadığına və pulun özlüyündə onu xoşbəxt etmədiyinə inandırmaq şansı mövcuddur.
- Tamaşaçını necə dəyişdirmək fikrindəsiniz?
- Həyat üzərində düşünməyə təhrik edən keyfiyytəli filmlər təklif etməyə çalışıram. Təəssüf ki, Asiyada filmlər konsyumerizm (istehlakçı hüquqlarının genişləndirilməsi uğrunda hərəkat – red.) senzurasından keçir, yalnız bəziləri, əyləncəli mövzuda çəkilənləri maneəni aşa bilir. Mən tamaşaçılara yaxşı filmlərin çatdırılması uğrunda mübarizə aparıram. Hansı yolla, fərq eləməz, hətta onları internetdə pulsuz yerləşdirmək bahasına olsa belə. Koreyada yalnız rejissor deyil, prodüsser kimi də məşhuram. Firmam “Kin Ki Duk film” adlanır; hərçənd büdcəm dövlət büdcəsiylə müqayisə edilə bilməz. Lakin əlimdən gələni etməyə çalışıram. Məsələn, tez-tez həmkarlarıma, yaradıcılığa yeni başlayan rejissorlara ssenari yazıram. Onlardan bəziləri hətta kommersiya mənasında uğur qazanıb. Əgər istedadlı həmkarlarıma karyeralarına başlamağa kömək edə bilərəmsə, niyə də yox?.. Bu o deməkdir ki, maraqlı və keyfiyyətli film çəkməyə hazır daha çox həmfikirlərim olacaq.
- Siz Avropada və ABŞ-da tanınan azsaylı Koreya rejissorları sırasına daxilsiniz. Öz ölkənizi xaricdə təmsil etmək kimi bir məsuliyyət hiss edirsinizmi?
- Mən özümü milli Koreya rejissoru rolunda görmürəm. Məni etnoqrafik meylli spesifik Koreya mövzuları maraqlandırmır. Mən həmçinin ölkənin mədəniyyəti və tarixi haqda filmlər çəkmirəm. Filmlərim həm Koreya, həm də Avropa tamaşaçısını maraqlandıracaq qlobal mövzuları əhatələyir. Bəlkə elə bu səbəbdən məni xaricdə də tanıyırlar. Əvəzində filmlərim Koreyanın özündə daha az marağa səbəb olur. Hərçənd vəziyyət tədricən dəyişməyə doğru gedir, hətta mənim ölkəmdə də azbüdcəli, art-haus kinoyla maraqlanan adamlar çoxalır. Son illər hətta iri studiyalar mənimlə maraqlanmağa başlayıb.
- Festival səs-küyü, “qırmızı xalça çığırı”, kütlə gurultusu, pərəstişkarlar, avtoqrafların öhdəsindən necə gəlirsiniz?
- O qədər müxtəlif ölkə və festivalda olmuşam ki, məni nəyləsə qorxutmaq, ya təəccübləndirmək çətin məsələdir. Tez-tez aktyorlarım hürkürlər. Çünki həmişə dünyanı görmək kimi şans yaratmaq, yalnız öz vətənində deyil, xaricdə də tanınması üçün hər dəfə yeni sifətlər seçirəm.
- Venesiya festivalının “Qızıl şir”i sizin üçün nə anlam kəsb edir?
- Beynəlxalq tanınmam Venesiya festivalından başlayıb. Mükafatlar yeni işlərə fərəhləndirir, onlar düzgün yolda olduğumu bir daha təsdiqləyir. Uzun fasilədən sonra “Ariranq” və “Pyeta”nı çəkəndə, tamaşaçının onları qəbul edəcəyinə əmin deyildim. Lakin indi, mükafatı alandan sonra, deyəsən, yenidən, özümə inandım.
Çevirdi: Kifayət Haqverdiyeva

1518 dəfə oxunub
Oxşar xəbərlər
2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub
10:30
14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024