Elgiz Əkbər: “Mentaliteti qəbul etmirəm”
6 sentyabr 2011
12:01
Kulis.az dərgisinin bu dəfəki müsahibi tanınmış aparıcı Elgiz Əkbərdir. Elgiz Əkbəri çox adam ANS TV-nin “Toy olsun” verilişindən tanıyır.
Reytinqli veriliş olsa da, Elgiz Əkbərə münasibət birmənalı deyil. O, əsasən sosial şəbəkələrdə rişxənd hədəfinə çevrilir. Ancaq etiraf etmək lazımdır ki, onu sevə-sevə izləyən tamaşaçıların sayı da az deyil.
Mən kiməm?
1978-ci il yanvarın 22-də Rusiyada anadan olmuşam. Sonra ailəmlə birlikdə Azərbaycana köçmüşük. Anamın babası Nuru paşanın qoşununda qəhrəmancasına vuruşmuş istanbullu minbaşı olub.
İxtisasca iqtisadçıyam. Televiziyaya qədər dövri mətbuatda – qəzetlərdə müxbir kimi çalışmışam. Əsasən iqtisadi mövzulardan yazırdım. Turizm sahəsi ilə bağlı araşdırmalarım olurdu. Bu mövzu ilə bağlı 15 irihəcmli yazım olub. Amma bu yazıların nəticəsini görmürdüm. Heç bir rezonans doğurmurdu.
Qərar verdim ki, şou-biznes və mədəniyyət sahəsinə keçim. Jurnal çıxarmaq təklifi aldım. Sonra isə televiziyaya keçdim.
“Bu məni çox üzür...”
- Qəzet daha maraqlı idi, yoxsa televiziya?
- Televiziya həm çətindir, həm də maraqlı. Qəzet belədir ki, qayğıları azdır. Yazını verirsən və digər prosedurlarda iştirak etmirsən. Maddi üstünlüyü də var. Çox təəssüf edirəm ki, qəzetlərdə işləyən həmkarlarım biabırçı məbləğdə maaş alırlar. Bu inanılmaz bir şeydir. Bu məni çox üzür.
- Siz birmənalı qarşılanmırsınız. Tənqid edənlər çoxdur. Bu əsasən sosial şəbəkələrdə özünü göstərir...
- Orda təkcə mən tənqid olunmuram. Elə adamlar tənqid olunur ki, məəttəl qalıram. Təhqir yoxdursa, jurnalistik fəaliyyətim tənqid olunursa, buna normal baxıram. Olsun da. Dünyada elə bir nüans varmı ki, birmənalı qarşılansın?
- Tənqidlər niyə belə çoxdur?
- Yəqin ki, maraqdan irəli gəlir. Əgər hər hansısa bir məsələ ictimaiyyət üçün maraqlı olursa, o mövzu dartışdırılır, müzakirə predmetinə çevrilir. Zövqlər, fikirlər müxtəlifdir. Hərə bir düşüncə tərzinə sahibdir. Yaşlı insanlar çox böyük dəstək verirlər "Toy olsun" verilişinə. Biz bu verilişdə fiziki qüsurlu, görmə, eşitmə, danışma qabiliyyəti olmayan insanları evləndirməyi düşünürdük. Amma bir az genişləndi miqyas. Bunun nəyi pisdir ki? Buna görə çox xoşbəxtəm.
- Bəzən bir aparıcı kimi çox sərt reaksiyalarınız, aqressiv davranışlarınız olur canlı yayımda.
- Verilişin hər bir məqamı internetdə yayımlanır. Bəlkə də bizim televiziya tariximizdə bu qədər müzakirəyə səbəb olan ikinci bir veriliş yoxdur. "Toy olsun"da bir qız öz gələcək qayınanasını təhqir etmişdi, onu mən qovmuşdum studiyadan. Bu səhnə YouTube-da hədsiz sayda çox izlənmişdi.
- Bunu reytinq üçün edirsiniz?
- Mən heç vaxt reytinq dalınca qaçmamışam. Bizdə reytinq basqısı da yoxdur. Kanal onsuz da baxılır. Bu təbii olan bir şeydir. Ora gələnlərin hərəsi bir ailədəndir. Hərə bir xasiyyətə sahibdir. Orda baş verənlərin hamısı təbiidir. Özü də bizim verilişdə ssenari yoxdur.
- Bu qədər evlənmək istəyən adamı hardan tapırsınız?
- Özləri müraciət edir.
- Verilişin əvvəlində çətinlik oldumu? Adam tapmağı nəzərdə tuturam.
- Verilişin əvvəlində bir az həyəcanlı idim. Düşünürdüm ki, birdən bu proyekt alınmaz, insanlar gəlməz. Amma uğurlu alındı. Bu bəlkə də mənə, kanala olan inamdan irəli gəldi. Həm də bu Azərbaycanda ilk evlənmə proqramı idi. Bu bir il ərzində mən heç bir problem yaşamadım.
“Mentalitet sözü mənə çatmır”
- Mentalitetə münasibətiniz necədir?
- Bu söz ümumiyyətlə mənə çatmır. Hərdən elə insanlar mentalitetdən danışır ki, mən dəhşətə gəlirəm. Dəhşətə gəlirəm ki, bu insanın haqqı yoxdur axı bu mövzuda danışmağa. Bu insanların həyatı başdan-ayağa nəinki mentalitetə, elementar insani həyat tərzinə uyğun gəlmir. Bu adamlar ikili həyat sürürlər. Öz həyat tərzləri başqa cürdür, amma başqalarına ağıl verirlər, əxlaqdan dərs keçirlər. Mən iki insanın həyatını yaşayanları anlaya bilmirəm. O qədər özləri-özlərinə basqı edirlər ki, çoxları axırda dəli olur.
- Kimlər nəzərdə tutursunuz?
- Onların içərisində tanınmış siyasətçilər, hüquqşünaslar, müğənnilər və digərləri var. Çıxırlar kanallarda abır-həyadan danışırlar. Ola bilər ki, hansısa məqamda bir xanımın ərə getmək haqda danışması tənqid oluna bilər. Amma elə məsələlərdən danışırlar ki, bunun mentalitetlə əlaqəsi yoxdur. Biz 21-ci əsrdə yaşayırıq. Özümüzə yol seçməliyik. Ya demokratik cəmiyyət olaraq normal, sivil qaydaların hökm sürdüyü ölkədə yaşamalıyıq. Ya da Şərq mentalitetini, qayda-qanunlarını əlimizdə rəhbər tutaraq belə yaşayaq.
“Ürəyim istəyən kimi yaşamaq istəyirəm”
- "Ya Qərb, ya Şərq" deyirsiniz...
- Biz indi ortada qalmışıq. Bizim uşaqlarımıza, gənclərimizə qarşı çox böyük təpkilər olur. Qocalar özlərinin edə bilmədiklərini indi gənclərə də imkan vermirlər etsinlər. Çox tanınmış bir hüquqşünas var. Verilişlərdə dəblə geyinən gəncləri çox sərt şəkildə tənqid edir, onları "şampunçik" adlandırır. Amma o adamın məndə şəkilləri var ki, sovet vaxtı bir metr saç uzadıb. İndi Bakıda elə “stilyaqa” tapa bilməzsiniz. Sən qocalmısan, indi geyinə bilmirsən, zamanında geyinmisən, indi bu uşaqlardan sən nə istəyirsən. Niyə qoymursan gənclər azad olsunlar. İnsanın azadlığının pozulması elə onun geyiminə müdaxilədən başlayır. Mən niyə cins geyinməyim, niyə istədiyim köynəyi geyinməyim? Toplumda azad ola bilməyən, həmişə basqılara məruz qalan, onu geyə bilməyən adam gəlib küçədə niyə mənə irad tutmalıdır. Biz bir-birimizə hörmət etməyi bacarmırıq. İctimai nəqliyyatda nə qədər tərbiyəsizliklər olur? Budurmu bizim mentalitetimiz?
- Onda siz Qərb və Şərq dartışmasında birincinin tərəfindəsiniz?
- Təbii ki, mən Qərb tərəfdarıyam. Mən islahat tərəfdarıyam. Mən ümumiyyətlə mentalitet sözünü qəbul etmirəm. Bu sözü anlamaq istəmirəm. Mən keçmişimizə hörmət edən insanam. Yaşlıların məsləhətlərinə həmişə qulaq asıram. Valideynlərimə sayğı ilə yanaşıram. Tərbiyəsizlik başqa şeydir. Mən o insanlardanam ki, ürəyim istəyən kimi yaşamaq istəyirəm. Və heç kimin sözü məni maraqlandırmır. Kim mənim haqda nə danışırsa, o heç mənim vecimə də deyil! Bax belə!
Prinsipləri
• Səmimi olmaq.
• Olduğu kimi görünmək.
Kitablar və ədəbiyyat
• Kitab oxumağı çox sevirəm. Maraqlı nə varsa, oxuyuram.
• Axırıncı dəfə Ağa Məhəmməd Şah Qacardan bəhs edən kitab oxumuşam.
• Ədəbiyyatda bütün mövzular mənə maraqlıdır. Poeziyanı da sevirəm. Şair dostlarım da var.
• Özüm də şeir yazmışam. Oxuyanlar deyirdi ki, yaxşı şeirlərdir.
İstirahət - Elgizli axşamlar
• Ötən mövsümdə istirahət etməyə vaxtı olmayıb. Bu mövsüm isə işim bir az azdır.
• Yayda depressiyada olduğuma görə Afinaya olan səyahətdən imtina etdim.
• İşdən sonra dostları ilə dəniz kənarı bağlarda gəzməyi, sakit klublarda əylənməyi sevirəm.
Yeyib-içmək
• Dolu oğlan olsam da, yeyib içməklə aram yoxdur.
• Nə oldu yeyirəm.
• Yeməklə bağlı kaprizləri olan insanlardan zəhləm gedir.
• Gündə iki dəfə yemək yeyirəm. Televiziyada işlədiyimə görə görünüşümə diqqət yetirməliyəm. Qarnım çıxıb, lap biabır olmuşam.
İçkilər
• İçkini ad günündə, toyda içirəm.
• Ən çox sevdiyim araq və viskidir.
• Pivə ilə heç aram yoxdur.
İnternet
• Cəmi bir aydır ki, özümə kompüter almışam.
• Facebook-a təzə qoşulmuşam. Çünki adımdan saxta profillər açmışdılar. Adımdan yazışmışdılar. Şikayət etmişəm.
• Facabook-da cəmi 350 dostum var. Hamını qəbul edirəm. Bəzən fikirlərimiz üst-üstə düşməyəndə silirəm dostluqdan. Qızlar mənə yazırlar. Görüşmək istəyirlər. Amma deyirəm ki, tanımadığım adamlarla görüşə bilmərəm.
• İnternetə çox vaxt sərf etmirəm. Sadəcə, informasiya almaq üçün işlədirəm.
Arzular
• Bütün jurnalistlərin yaxşı dolanmağını istəyirəm.
• Aparıcılıqdan daha qabağa getmək arzum yoxdur. Ən dəhşətli bir şey o olardı ki, insanlar mənə baxmasınlar
Və sairə...
• Yay fəslində depressiyaya çox düşürəm. Qışı sevən insanam. Qışda doğulmuşam.
• Çoxdandır ictimai nəqliyyatdan istifadə etmirəm, avtomobilim var.
• Tamaşaçılarımdan çox razıyam. Mənə olan hörməti hər addımbaşı hiss edirəm.
Elmin HƏSƏNLİ
Kulis.az dərgisini Facebookda izlə

4844 dəfə oxunub
Oxşar xəbərlər
2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub
10:30
14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024