“Məni hər cürə seksual pozalara məcbur edirdi”
6 iyul 2011
16:47
Ötən həftə məşhur türk yazıçısı Elif Şafakın boşanması haqda xəbərlər yayıldı. Sonra bəlli oldu ki, xəbər doğru deyil.
Diqqətimi çəkən isə başqa nüans oldu. Qan Turalının Facebook-da yazdığı “Elif Şəfəq kimi qadına da xəyanət edərlər”? fikrini deyirəm.
Yadıma ideal cütlük sayılan, sonra isə ayrılan, boşanan məşhurlar düşdü.
Bu dünyada çox yaraşıqlı kişiyə, çox gözəl qadına xəyanət edilib.
Kişilərin pərəstiş etdiyi qadın tərk edilib. Qadınların ideal gördüyü kişi sevdiyi qadın üçün günlərin birində əhəmiyyitəni itirib. Və bunun üçün hər kəsin öz səbəbi var. Əksər hallarda səbəblər min cürə sübyektiv amilə bağlı olur. Bəzən isə bunu izah etmək çətindir.
Təcrübə göstərir ki, intellektual, ağıllı, maraqlı, gözəl, cazibədar, yaraşıqlı, füsunkar və s. üstünlüklərin olması ailədə, birgə yaşayışda əsas rol oynamır.
Birlikdə yaşamaq üçün nəsə başqa şey də lazımdır. O “nəsənin” nə olduğunu bilmirəm. Onun adı yoxdur. Çünki o “nəsə” son dərəcə individual məsələdir və bunu cütlüklər yalnız yaşayarkən öz münasibətlərində tapır, kəşf edirlər.
Nə zamansa həsəd aparılan məşhur cütlüklərin ayrılmasının səbəbləri ilə bağlı kiçik araşdırma apardım.
Abdulov-Alfyorova
Aleksandr Abdulaov və İrina Alfyorova sovet dönəmində məşhurlar arasında ən gözəl cütlük sayılırdı. Sovet kinosunun ən gözıl aktrisası Alfyorova kişilərin ağılını başından alırdı. Hətta gözəlliyinə görə rejissorlar ona teatrda baş rol vermir, filmlərə çox dəvət etmirdilər. Çünki rejissora xarakter, tipaj lazım idi.
17 il birlikdə yaşayan cütlük 1993-cü ildə ayrıldı. Gözəl həyat yoldaşının olmasına rəğmən Abdulov eşq macəralarına meylli idi və onun sevgi romanları haqda həyat yoldaşına xəbər verilirdi. Prinsipial Alfyorova ayrılmaq haqda qəti qərar verdi. Abdulovun peşimançılığı, depressiyaya düşməsi, içkiyə qurşanması heç nəyi dəyişmədi.
Alfyorova onun xəyanəti haqda deyirdi: “Mən başa düşürəm ki, o niyə belə edib. O belədir. Sadəcə mənə həyatda tamam başqa şey lazımdır. Saşa isə hamıya lazımdır. Bütün qadınlara. O hamı üçündür”.
Abdulovun ölümündən sonra Alfyorova müsahibələrində onun həyatının sevgisi olduğunu etiraf etmişdi.
Yeri gəlmişkən, Alfyorovanın indi aktrisa olan qızı Kseniyanın atası bolqar biznesmeni Boyko Qyurovdur. O zaman çoxları Alfyorova ilə ailə həyatı qurmağa can atsa da, Qyurov nikaha hazır olmadığını deyərək ondan ayrılmışdı.
Kidman- Kruz
Hollivudun ən istedadlı və vaxtilə ideal sayılan cütlüyü Nikol Kidman və Tom Krzun da nikahı boşa çıxdı. 10 ildən sonra.
Şəxsi həyatını açıqlamağı sevməyən Kidman sonralar Tomla evlilik müddətində onun tərəfindən alçaldılmasını, seksual xarakterli təhqirlərin olduğunu və ərinin onu psixi xəstəxanaya salmaq istdəyini etiraf etdi.
Kidman deyirdi: “Mən ciddi qaydalarla tərbiyə almışam. Uşaqlıqdan mənə təlqin edilib ki, kişi ailənin başcısıdır və onun sözü qadın üçün qanundur. Yəqin, ona görə də Tomun hökmranlığı məni cəlb etmişdi. Mən Tomla birgə həyatımda ağrı, alçalma, tənhalıq, anlaşılmamaq hissini yaşamışam. Amma daha dəhşətlisi qürurumun alçalması idi. Tom məni hər cürə seksual atributları yerinə yetirməyə məcbur edirdi və həyatımın bu qaranlıq tərəfini heç kəsə, hətta valideynlərimə deməyə cəsarətim çatmırdı”.
Tom Kruz isə boşanmanı səbəbini Kidamnın uşaq dünyaya gətirə bilməməsi ilə bağlayırdı. Hərçənd Kidmanən ikinci nikahdan uşağının olması bu fikri təsdiqləmədi.
Amma vaxt var idi, Nikol “Tomla evlilik mənim ən böyük triumfumdur”, Tom isə “Nikolun arxasınca dünyanın o başına da gedərəm” deyirdi.
Riçard Gir-Sindi Kroufurd
Qadınlığın etalonu və ideal gözəl sayilan supermodel Sindi Kroufurdla bir çox qadının ideal saydığı aktyor Riçard Girin nikahı isə 5 il də sürmədi. Amma onları “əsrin cütlüyü” adlandırıdılar.
Riçard Girin buddizmə aludə olmasını Sindini qıcıqlandırırdı. Gir tez-tez Tibetə gedir, qayıdanda isə özünün yaratdığı fondda iclaslarda vaxt keçirirdi. Sindi onun qarşısında “ya mən, ya Tibet” dilemmasını qoydu. Və aktyor Tibeti seçdi. Hətta boşanmadan sonra Gir kinematoqrafiyanı tərk edib rahib olmağı da düşünürdü. Amma 1996 –cı ildə aktrisa Keri Loellə tanışlıq onun həyatını dəyişdi.
Krouforddan uşaq istəməyən Girin Keridən bir oğlu var.
Lopes-Afflek
Hollivud - çox kişilərin arzuladığı qadın Cenifer Lopeslə kino dünyasının seks-simvollarından biri Ben Afflekin toyunu gözlədiyi halda onlar ayrıldılar.
Birlikdə olduğu zaman Afflek “Hollywood Reporter” qəzetinin böyük bir səhifəsini alaraq Lopesin keyfiyyətlərindən - cəsarətindən, gözəlliyindən, istedadından ağız dolusu danışmışdı. Cavabsiz qalmayan Lopes isə Opra Uinfrinin proqramında Affleki belə xarakterizə edirdi: “O, cazibədar, mehriban, diqqətlidir. Biz bir-birimizi kəşf etdik. Ben dünyada ən yaxşı kişidir və onunla bütün ömrümü paylaşmağa hazıram”.
Toy ərəfəsində cütlük ayrıldı. Lopes əsl ailə istəyirdi. Afflek isə buna hazır olmadğını demişdi. Lopeslə birlikdəliyi zaman ona xəyanət edən, nikaha hazır olmadığını deyən Afflek sonralar aktrisa Cennifer Qarnerlə evləndi. Afflek müsahibələrindən birində demişdi: “Çətin ki, Lopeslə xoşbəxt olardım. Onun ağır xasiyyəti var və insanları özünə tabe etməyi xoşlayır”.
Yohansson-Penn
Hollividda son müzakirə olunan sevgi macəralarəndan biri seksual sarışın Skarlett Yohansson ve Şon Pennin münasibəti idi. Coşqun münasibətdən sonra Şon gözlənilmədən Skarleti tərk etdi. O, ciddi münasibətlərə hazır olmadığınl dedi.
“Başsız atlı”-Oleq Vidov
“Başsız atlı” filmində Moris Cerald rolunu oynayan aktyor, sovet kinosunun seks simvollarından biri Oleq Vidov mənim üçün ideal kişi obrazlarından biri idi. Jurnallardan birində onun arvadı amerika jurnalisti Coan Borstenlə fotosunu görəndə təəccübləndim. Birinci uğursuz nikanından və gözəl qadınlara məyusluqdan sonra Vidov kök, gözəlliyi olmayan Coana üstünlük vermişdi.
Vidov başqa qadınlarda tapa bilmədiyini onda tapır: “Coanın anlamaq istəyi, dinləməyi, ruhu məni təslim etdi”.
Sevda SULTANOVA

1752 dəfə oxunub
Oxşar xəbərlər
2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub
10:30
14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024