“Mirzə Cəlilin də daşı ağır oldu”-KAMAL ABDULLA YAZIR...

 “Mirzə Cəlilin də daşı ağır oldu”-<span style="color:red;">KAMAL ABDULLA YAZIR...
11 fevral 2016
# 16:28

«Kulis» hekayə müsabiqəsi keçirdi. Mirzə Cəlil hekayələri yenə də birinci oldu. Bundan qəmlənənlər var. Qəribə məntiq, daha doğrusu, məntiqsizlik nümayiş etdirirlər. Təxminən, belə bir cəfəngiyyatı dilə gətirirlər: «Ən yaxşı hekayə Mirzə Cəlilindirsə, deməli, ədəbiyyatımız inkişaf etməyib.»

Əzizi-mənlər! Bu günə qədər dünyada ən yaxşı roman «Don Kixot»dursa, deməli, dünya ədəbiyyatı 5-ci əsrdir ki, yerində sayır və ədəbiyyatda bu illər, əsrlər arasında heç nə yaranmayıb.

Sizin dediklərinizin məntiqi davamı budur və başqa bir şey deyil. Bircə nəfər xarici düşünən adam taparsınızmı belə bir kifsəmiş analogiya aparsın?!

Deyəsən, axı Mirzə Cəlilin də daşı ağır oldu…

# 1281 dəfə oxunub

Müəllifin son yazıları

# # #