Kulis.az tənqidçi, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru Tehran Əlişanoğlunun 65 yaşının tamam olması münasibəti ilə Xalq yazıçısı Kamal Abdullanın təbrik məktubunu təqdim edir.
"Tehran Əlişanoğlu Azərbaycan ədəbiyyatşünaslığında, müasir Azərbaycan tənqidşünaslığında öz imzası, sözü olan insanlardandır. Mən həmişə onun yazılarını böyük maraqla oxuyuram, çünki Tehranda məni özünə cəlb edən xüsusiyyət onun məsələnin mahiyyətinə nüfuz etmə çabası və bacarığıdır.
Mənim aləmimdə Tehran Azərbaycan ədəbiyyatını bütöv şəkildə görə bilir. Yəni, Tehran Əlişanoğlu bir əsərdən, bir hadisədən yazsa da, bir damlaya dənizi sığışdıra bilən insanlardandır.
Bilmirəm, deyim ki, onun 65 yaşının tamam olmağı məni sevindirir ya kədərləndirir, bunu demək çətindir. Amma yaşın siqləti, illərin ağırlığı onu mənim gözümdə get-gedə daha da müdrikləşdirir.
Tehran mənim gözümdə müdrik insana dönməkdədir və hətta deyərdim ki, artıq dönüb. Ona can sağlığı, uğurlar arzu edirəm".
"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla
17 yanvar 2025
14:40
241 dəfə oxunub