Mən ürəyəm, döyünməsəm ölərəm - Güneydən şeirlər

Mən ürəyəm, döyünməsəm ölərəm - Güneydən şeirlər
24 dekabr 2021
# 17:20

Kulis.az “Sözün Güneyi” layihəsindən muğanlı şair Behruz Sədiqinin şeirlərini təqdim edir.

***

Məni başlayır şeir
Paprız kunəsindən kökləmiş
Kövrək bir şəhərin
Qalıt qudurğanlığından
Duvar boyalıdır
Əllərim
Gözüm
Düşürsən yadıma
Gül yağır adıma
Məni qurtarır şeir.


***

Qanım bankların
Bankalarında
Günəş axsaq ötür daxmamın üstdən
Yavan dürməciyimə əllərim şəpə
Ciblərim pıqhapıq
Hey nöyüt gülür!
Mənim
Y
I
X
I
L
M
I
Ş
I
M
Ayaq üstədir.

***

Buraxsan qapacaq bu it oğlu it!

Qafil gələn bu ağrını deyirəm –
Səslər gəlir; qızılgülün oğuntusu
Taxıl tarlasına açılan atuşgə sanki.
Gərçək olmur,
Köpək sərətanın məni yaxalama ehtimalı
Yaramı Buğda Bağlayır.

***

Gözün dənizlərin
Böyük bacısı
Əllərin
Dalğalı çay üstə körpü
Varlığın
Udumlu
Barlı bir ağac
Bir ovcunda günəş
Birində torpaq
Nə doymaq bilirdim
Nə də yorulmaq
Soruşuram indi səni dənizlərdən;
Ləpələnir
Soruşuram indi səni ağaclardan;
Xəzəllənir
Soruşuram indi səni mən günəşdən;
Qanda batır
Və başlanır cəhənnəmim...

Beş Qonşu Ağac

Sorğu yağar baxışınla
Masam üstə uyan qələm.
Dur...
Dur məni varlığın
Sibri cəhənnəmindən küsdür.
Baharına qonaq et
Bu beş qonşu ağacı
"Mən ürəyəm
Döyünməsəm
Ölərəm”.

# 4481 dəfə oxunub

Oxşar xəbərlər

"Yenidən birləşmək üçün dartınan sınıq aynanın parçaları kimi" - Güneydən şeirlər

"Yenidən birləşmək üçün dartınan sınıq aynanın parçaları kimi" - Güneydən şeirlər

17:00 16 yanvar 2024
Gündüzü yandırın - Rza Bərahəninin şeirləri

Gündüzü yandırın - Rza Bərahəninin şeirləri

10:40 11 may 2023
Qapımı döydü polis - Güneydən yeni şeirlər

Qapımı döydü polis - Güneydən yeni şeirlər

17:09 30 mart 2023
Öpüşmək qadağan olmadan öncə - Güneydən şeirlər

Öpüşmək qadağan olmadan öncə - Güneydən şeirlər

16:00 18 mart 2023
Sürgünəm iç-içə yuxular içində - Güneydən şeirlər

Sürgünəm iç-içə yuxular içində - Güneydən şeirlər

17:00 13 oktyabr 2022
Köksündə olsa da azadlıq həvəsi... – Güneydən şeirlər

Köksündə olsa da azadlıq həvəsi... – Güneydən şeirlər

17:00 2 sentyabr 2022
#
#
# # #