Nuridə Atəşi: "Uşaqlarım ac idi, ancaq Faiq Sücəddinov mənə çörək pulu vermirdi" - İTTİHAM

Nuridə Atəşi:  "Uşaqlarım ac idi, ancaq Faiq Sücəddinov mənə çörək pulu vermirdi" - İTTİHAM
11 dekabr 2023
# 19:12


Şair Nuridə Qədirova (Atəşi) bəstəkar Faiq Sücəddinovu qonararını verməməkdə ittiham edib.


Kulis.az xəbər verir ki, o, sözlərini yazdığı “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi mahnıları bəstəkar Faiq Sücəddinovun yüksək qiymətə İlhamə Quliyevaya satdığını, ancaq onun haqqını vermədiyini qeyd edib:

"Daha bir fakt: 1993-lər. Həyat yoldaşım Qarabağda döyüşür. Uşaqlarıma əkmək belə alacaq param yox. Qızıl qəfəsdə məhbəs həyatı yaşayıram. Xəstə qızıma ölüm hökmü oxunub. Faiq Sucəddinov “Neylərsən”, “ Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi çoxlu sayda hit olacaq sözlərimə yazdığı mahnıları dollarla İlhamə Quliyevaya və müxtəlif müğənnilərə satır, mənə ölkədə məşhur edir, uşaqlarıma bir çörək pulu belə vermirdi. Bu günə qədər verilişlərə belə məni dəvət etmək istəyən aparıcılara "Nuridəni çağırma" deyib. Üzümə hansı üzlə çıxacaq, birdən xalqın qarşısında rəzil edərəm deyə. Nə qazandı sizcə, puldan başqa, dostlar? Sadəcə, “Neylərsən” mahnısının sözləri ilə mən xalqımın ürəyində əbədi taxt qurmadımmı? Kim yıxa biləcək bu taxtı?! O qədər açacağım faktlar var ki sizə!".

Kulis.az F.Sücəddinovun münasibətini öyrənməyə cəhd etsə də, bəstəkar səhhətindəki problemlərə görə bu barədə danışmaq istəmədiyini bildirib.



# 3070 dəfə oxunub

Müəllifin son yazıları

# # #