“Uşaqlara öyrətmək lazımdır ki, Şaxta Baba varlıların övladlarını sevir”

“Uşaqlara öyrətmək lazımdır ki, Şaxta Baba varlıların övladlarını sevir”
15 oktyabr 2014
# 08:30

Twitterdə “Goldman Sachs Elevator” adlı hesab var. Hesabın sahibi Con Levefr deyir ki, o Vall-Stritdə-birjaların yerləşdiyi binada liftdə gedən söhbətləri tvitləyir.

Kulis.az adme.ru saytına istinadən həmin Twitter hesabından seçilmiş maraqlı sitatları təqdim edir.

Qeyd: Vall Strit — ABŞ-da, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçədir. İqtisadi inkişaf dövrlərində bu qurumlar iqtisadiyyatın maliyyələşməsində vacib rol oynayırlar.

Mən hər telefon söhbətinə belə başlayıram: “Qulaq as, telefonun enerjisi çox az qalır, hər an sönə bilər, nə deyəcəksənsə, tez de”.

İnsana balıq tutmağı öyrət və o seçkidə balıq vəd edənlərə səs verəcək.

Əgər sizdə maddələr mübadiləsi yaxşı gedirsə, saçınız tökülməyibsə və yaxşı işiniz varsa, cavan evlənməyin – 10 ildən sonra seçim edərsiniz.

Mən səninlə razılaşardım, amma onda ikimiz də səhv olacağıq.

Musiqi o vaxt gözəl idi ki, çirkin adamlara oxumağa icazə verirdilər.

Əgər məni işdən çıxaracaqlarsa, o zaman mən arvadımın nə qədər sədaqətli olduğunu biləcəm, əgər vəzifəmi yüksəldəcəklərsə, onda mənim nə qədər sədaqətli olacağımı bəlli olacaq.

Digərlərindən üstün olmağın yeni əlaməti – dostlarınla görüşəndə əlini bircə dəfə də telefonuna doğru aparmamaq.

Tanınmışların çoxunun hətta ali təhsili yoxdur, bu halda niyə görə ciddi bir məsələ ilə bağlı onlarla məsləhətləşmək lazımdır?

“Bir dəqiqə sizi olar?” sözünü eşidəndə, bilirəm ki, heç vaxt geri qaytara bilməyəcəyim yarım saatımı itirəcəm.

“Özün kimi ol” – təxminən 5 faiz insan üçün əla məsləhətdir.

Kimsə mənə deyəndə ki, mütləq zəngləşib görüşək. Ona cavab verirəm ki, zəng edəcəm, görüşək. Bu yalana qarşı yalanla cavab verməkdir.

Bir rəfiqəm məndən soruşdu ki, 10 milyon dollarım olsa nə edərəm? Cavab verdim: “Soruşaram ki, mənim qalan pullarım hanı?”

Mənə “iPhone” üçün çexol lazım deyil, bəyəm mən bu qədər məsuliyyətsiz, yaxud kasıb adamam?

İnsanlar Suriya haqqında öz analizlərini verməmişdən qabaq, xəritədə bu ölkəni göstərməyi öyrənməlidirlər.

Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir.

İnsanların çoxu öz həyatları haqqında çəkilən filmdə belə ikinci dərəcəli rolda oynayardılar.

Əgər sən ancaq bir şeydə yaxşı ola bilərsənsə, yalan danışmaqda da yaxşı ol. Onda sən hər şeydə yaxşı olacaqsan.

Artıq uşaqlara öyrətmək lazımdır ki, Şaxta Baba varlı uşaqları sevir.

Bərbərxanalar - ən yaxşı iqtisadi indikatordur. Pis vaxtlarda insanlar saç kəsdirməyə 8 həftədə bir dəfə, yaxşı vaxtlarda isə 6 həftədə bir dəfə gedir. Mən 3 həftədən bir gedirəm.

Heç bir qız reallıqda Facebookdakı qədər xoşbəxt, İnstagramdakı qədər gözəl, Twitterdəki qədər ağıllı deyil.

Məndən necə dolandığımı soruşanda yalandan deyirəm ki, pis deyil. Əslində isə azı 2 dəfə yaxşı dolanıram.

Darvin hesablamalarında bir şeyi nəzər almırdı ki, ağıllı adamların daha az uşağı olur, nəinki axmaq adamların.

Əgər onun ilk telefonu “iPhone” olubsa, deməli o səninçün çox gəncdir.

İstedad – insanın arzusu ilə onun arasında dayanan yeganə şeydir.

“Sevdiyin işlə məşğul ol” – ayda 1000 dollar qazanmaq üçün əvəzedilməz məsləhətdir.

Həyatdakı ən gözəl anlardan biri odur ki, sən həmin anı heç kəslə bölüşə bilmirsən.

Ən uğurlu və ən uğursuz insanları bir şey birləşdirir – onlar fikirləşirlər ki, heç vaxt səhv etməzlər.

Bəzi insanlar elə bilirlər ki, mən utancaq, sakit və ya darıxdırıcı biriyəm, amma onlar bilmirlər ki, sadəcə mənim xoşuma gəlmirlər.

Sənin şir, yoxsa ceyran olmağının əhəmiyyəti yoxdur. Hər iki halda, sən ən asta qaçan ceyrandan bir az sürətli olmalısan.

Pulla xoşbəxtliyi almaq olmaz, amma xoşbəxtliyə mane olan problemlərin 95 faizini həll etmək olar.

# 3271 dəfə oxunub

Müəllifin son yazıları

# # #