“Mən homoseksual deyiləm”

“Mən homoseksual deyiləm”
11 noyabr 2014
# 09:30

Noyabrın 11-də məşhur Hollivud aktyoru Leonardo DiKaprionun 40 yaşı tamam olur. Hollivudun ən yaraşıqlı, istedadlı və uğurlu simalarından olmasına, 5 dəfə Oskara namizəd göstərilməsinə baxmayaraq hələ də Oskar almayıb.

Kulis.az DiKaprionun həyat qaydalarını təqdim edir.

Aktyorların çoxundan fərqli olaraq mənim taleyim uşaqlıqdan müəyyən edilməmişdi. Mən Hollivudun xarabalıqlarında böyümüşdüm. Elə bilirdim böyüyəndə dəli olacam.

Baxmayaraq ki, mən Hollivudda doğulmuşdum, 13 yaşıma kimi mənə elə gəlirdi ki, aktyor olmaq genlərə, qana, masonluq kimi qohumluq əlaqələrinə bağlıdır. Nədənsə mənim ağlıma gəlmirdi ki, özünə bir agent tutmaq və sınaq çəkilişlərinə yollanmaq lazımdır.

Məktəbi sevmirəm. Orda səni öyrənmək istəmədiyin şeylərə diqqət ayırmağa məcbur edirlər.

İlk öpüş mənim həyatımda ən iyrənc xatirələrdən biridir. O qız ağzından mənə o qədər tüpürcək ötürdü ki, düz iki rüb tüpürə-tüpürə gəzdim.

Mən gey deyiləm.

Məni inadkar adam adlandırmaq olmaz, amma faktlar əksini deyir. 15 yaşım olanda mən bəlkə də 160-dan çox sınaq çəkilişinə getmişdim və heç bir rol almamışdım.

Şöhrətin gətirdiyi sevinc hissi tez keçib gedir. Sən başa düşürsən ki, mükafat küçədə insanların səni tanımağı deyil, mükafat çəkildiyin filmlərin səndən sonra da yaşamağıdır.

Yəqin ki, tənha olmaq çox çətindir.

Ən adi qızlar mənim xoşuma gəlir. Onları biz hər gün küçədə görürük: tələbələr, ofisiantlar və s. Mən çox nadir hallarda tədbirlərdə dostluqdan başqa heç bir bağlantımız olmayan qızlarla görünürəm. Məsələ çox sadədir. Hansısa qızla kinoya gedirsənsə, bu o demək deyil ki, onunla mütləq yatmaq istəyirsən.

Arada kişi dostlarımla görünürəmsə, bu o demək deyil ki, mən geyəm, yaxud gey olmaq istəyirəm.

Mənim son istəyim – pula görə piylənmiş hollivud əclafına çevrilməkdir. Amma mən yoxsul böyümüşəm, əsl xoşbəxtliyi onda görmüşəm.

Heç vaxt heç kimi narkotiklərdən yayındırmaq fikrində olmamışam. Bir adama nə qədər məsləhət verirsənsə, “olmaz” deyirsənsə, onu həmin şeyə daha çox itələyirsən.

Əgər məndən soruşsaydılar ki, ölüb getmiş adamlardan kiminlə danışmaq istəyirsən, cavab verərdim ki, Orson Uellslə “Vətəndaş Keyn” filmini çəkdiyi yerdə söhbət etmək istərdim. Amma jurnalistlər heç vaxt bu cür suallar vermirlər.

Mənə elə gəlir ki, Amerikanın əsas problemi ondadır ki, o öz qaydalarını tətbiq etmək istədiyi ölkələr haqda heç nə bilmir.

Sənədli filmlərin rejissoru Allahdır.

Afrikada dünyada yeganə yerdir ki, mən orda anonimliyimi saxlaya bilirəm.

Afrikada olanda insanların nə cür problemlərlə üzləşdiyinin şahidi oldum. Qayıtdıqdan sonra öz çevrəmin problemlərini eşitmək istəmirdim.

ŞÖHRƏT — bu universal buraxılış vərəqəsi kimi şeydir: hara istəyirsən, ora da gedirsən.

Uşaq vaxtı deyəsən bioloq olmaq istəyirdim, baxmayaraq ki, qəzetlər onlar haqda heç nə yazmır.

30 yaşım olanda mən bir şeyi başa düşdüm: müasir dünyada bu elə bir yaşdır ki, sən bir tərəfdən böyüdüyünü anlayırsan, bir tərəfdən də uşaq kimi özünü gicliyə qoymaq istəyirsən.

# 2499 dəfə oxunub

Müəllifin son yazıları

# # #