Ceki Çan: “Uşaqlar mənim necə sevişdiyimi görsələr...”

Ceki Çan: “Uşaqlar mənim necə sevişdiyimi görsələr...”
14 may 2014
# 08:00

Aprel ayında Çin və Hollivud aktyoru, döyüş ustası, kunq-fu ustası, rejissor, müğənni, döyüş sənətlərinin və dava-dalaş filmlərinin ulduzu Ceki Çan 60 yaşını qeyd etdi.

Kulis.az “Esquire” jurnalına istinadən Ceki Çanın həyatdan öyrəndiklərini təqdim edir.

BAX BURDA, BAŞIMDA DEŞİK var. Ora plastmas tıxac qoyublar ki, beynim axıb yerə düşməsin. Mən mahnı oxuyanda o, silkələnməyə başlayır.

PRODÜSERLƏR MƏNİ QORXMAZ ADLANDIRIRLAR, amma siz axı bilirsiniz, bu prodüserlər necə yalançı olurlar.

MƏNİ PSİX ADLANDIRMAQ İSTƏYİRSİNİZSƏ, buyurun. Əsas odur ki, məni axmaq adlandırmayasınız.

NƏ QƏDƏR Kİ, KAMERA SÖNDÜRÜLÜB, mən qorxuram. Kamera işə düşən kimi mən hər şeyə hazır oluram.

MƏN DÜNYANIN ƏN MƏŞHUR HƏKİMİ OLA BİLƏRDİM, amma ən məşhur pasienti oldum.

BİR DOKTOR MƏNƏ DEDİ: "Siz özünü öldürürsünüz. Bəlkə, dayanmaq vaxtıdır? Amma siz onsuz da mənə qulaq asmayacaqsınız, bu sualı özünüz özünüzə verin". Mən onun məsləhətinə qulaq asdım və həqiqətən özümə belə bir sual verdim. İndiyə qədər bilmirəm ki, nə cavab verim.

MƏN ƏVVƏL ELƏ BİLİRDİM Kİ, bir-iki sümük sındırmamış, yaxşı kino çəkmək mümkün deyil. Amma indi mənə elə gəlir ki, bu mümkündür.

MƏN ASİYANIN ROBERT DE NİROSU olmaq istərdim, mümkün olsa...

AMERİKAN KASKADYORLARI çox ağıllıdır. Onlar təhlükəsizlik haqqında daim düşünürlər. Kadrda avtomobildən uçmaq lazımdırsa, onlar hər şeyi hesablayırlar - sürət, məsafə. Amma biz Honkonqda hesablamağı bacarmırıq. Bizim bütün hərəkətlərimiz - fərziyyədir. Əgər sənin cəsarətin çatırsa - sən sadəcə bunu fikirləşmədən edirsən.

HƏR KƏS SUPERMEN OLMAQ İSTƏYİR, amma o özü sadəcə insan olmaq istəyirdi.

ŞÖHRƏT — SƏMƏRƏSİZ MALDIR: bahadır və tez xarab olur.

MƏNİM FİLMLƏRİMDƏ BİR QAYDA VAR: heç vaxt yataq səhnəsi olmur. Əgər uşaqlar mənim nə cür sevişdiyimi görsələr, ürəkləri bulanar...

ÜRƏYİM NƏ İSTƏYİR ONU DA YEYİRƏM. Əgər dondurma yesəm, onda 20 dəqiqə artıq məşq edirəm.

KOKA-KOLA İÇƏN VƏ REPƏ QULAQ ASAN ADAM heç vaxt milli mədəniyyətə dönməyəcək.

MƏNİM İTİM VƏ ÇOXLU PİŞİKLƏRİM var. Arvadım deyir ki, mən heyvanlara ona xərclədiyimdən daha çox pul xərcləyirəm.

PUL HƏLƏ HEÇ KİMİ düzgün tərbiyə edə bilməyib.

ƏGƏR ALLAH MÖVCUDDURSA, ümid edirəm ki, o , axirət günü mənim sadəcə insanları xoşbəxt etmək niyyətində olduğumu nəzərə alacaq.

MƏNİM BİR PROBLEMİM VAR: mən zorakılığa nifrət edirəm.

CEKİ ÇAN? Bu ki sadəcə mifdir!

# 4966 dəfə oxunub

Müəllifin son yazıları

# # #