Leonard Koen: dərvişlikdən qadınlara qədər - HƏYAT HEKAYƏTİ

Leonard Koen: dərvişlikdən qadınlara qədər - <span style="color:red;">HƏYAT HEKAYƏTİ
15 noyabr 2016
# 12:01

O, dünyaca məşhur müğənni, şair və bəstəkar idi. Sevilən ifaçı bir neçə gün öncə gözlərini əbədi olaraq dünyaya yumdu...

Uşaqlıq

Leonard Koen 21 iyul 1934-cü ildə Kanadanın Monreal şəhərində dünyaya gəlib. Atası Monrealın ən böyük geyim mağazasının sahibi olub. Koen 9 yaşında olanda atası vəfat edib. Yetkinlik yaşında gitara çalmağı öyrənən Koen “Buckskin boys” adlı folk musiqi qrupu yaradıb. Atasının ona qoyub getdiyi mirasla ədəbi arzularının arxasınca düşməyə başlayıb.

Karyerası

1951-ci ildə MakGill Universitetinə daxil olan Koen orada “MakGill” müzakirə qrupunun rəhbəri seçilib. “Let Us Compare Mythologies” (“Mifologiyaları qarşılaşdıraq”) adlı ilk şeir kitabını tələbə olarkən yayımlayıb. Onu Kanadada məşhurlaşdıran isə 1961-ci ildə dərc etdirdiyi “The Spice-Box of Earth” (“Yerin ədviyyat qabı”) adlı şeir kitabı olub. Koen bir il MakGil Universitetinin hüquq fakültəsində, bir il də Kolumbiya Universitetində təhsil alıb.

Gənclik illərində ədəbi arzularını həyata keçirmək üçün gərgin işləməyə başlayıb. 1960-cı illərdə bir neçə roman və şeir yazıb. Həyatının bu dövrünü tənha keçirib. Hidra adasına köçdükdən sonra üç kitabı satışa çıxarıb.

O, musiqi karyerasına 1990-cı illərdə başlayıb.

Müğənniliyi isə “Low Millions” adlı qrupun solisti olaraq başlayıb.

1967-ci ildə Koen müğənni, musiqi sözləri yazan şair kimi tanınmaq üçün ABŞ-a köçüb. Bəzi folk-festivallarda səhnəyə çıxan Koen “Columbia Records”un təmsilçilərindən biri olan Con H.Hammondun diqqətini çəkib. Qeyd edək ki, Con H.Hammond Bob Dilan, Brus Sprinqstin, Billi Holidey kimi məşhurlarla çalışıb.

Image result for leonardo koen

Koenin ilk albomu olan “Songs of Leonard Cohen”in satışda uğur qazanması sual altında idi. Amma bu albom folk musiqi dünyasında uğur qazanıb.

Albom bir il Britaniyanın musiqi hitlərində qalmağı bacarıb. Bununla da Koen məşhur olub. Çoxlu uğurlu albomlarını satışa çıxarıb.

1971-ci ildə Koenin musiqisi Robert Altmanın filminin musiqisi olaraq istifadə edilib. Musiqinin filmdən daha əvvəl yazılmasına baxmayaraq, kinonun ruhuna o qədər yaxın idi ki, bəzi insanlar Koenin bu mahnını film üçün yazdığını düşünürdü.

1977-ci ildə Koen “Death of a Ladies Man” adlı albomunu buraxmışdı. Bu albomdan bir il sonra o eyni adlı şeir kitabını çap etdirib.

Suzanna Elrodun fotosu bu albomun üz qapağında yer alıb.

1979-cu ildə Koen heyranlarının qarşısına ənənəvi üslubundakı “Recent Songs” adlı albomu ilə çıxıb. Özünün prodüseri olduğu bu albomda ud və mandolina kimi musiqi alətlərindən də istifadə edib.

1984-cü ildə Koenin içində ən məşhur ifalarından olan “Hallelujah”ın da olduğu dini motivli albomu - “Various Position” işıq üzü görüb. Sənətçinin müqavilə bağladığı şirkət onun məşhurluğunun azaldığını səbəb gətirərək albomu ABŞ-da yayımlamaqdan boyun qaçırıb.

Koenin albomları karyerası boyunca Avropada və Kanadada ABŞ-dan çox satılıb.

1986-cı ildə “Miami Vice” serialında Frenç Tvist adlı qonaq aktyor kimi iştirakı və 1987-ci ildə “Famous Blue Raincoat” adlı albomunun ABŞ-dakı karyerasına daha da uğur gətirib.

1990-cı ildə “Pump up the Volume” adlı filmdə Koenin “Everybody Knows” adlı musiqisi ifaçının gənc dinləyicilər tərəfindən tanınmasında böyük rol oynayıb.

Albomla eyni adı daşıyan mahnıda Koen “Gələcəyi görürəm qardaşım, cinayət var” deyərək siyasi və sosial problemlərin yaxın gələcəkdə artacağını bildirib. Həmin albomda yer alan “Demokratiya” adlı mahnısıyla ABŞ-ı tənqid edib. Amma Koen bu ölkəni sevdiyini söyləməyi də unutmayıb. O, sevgisini bu cümlələrlə bildirib: “Bu ölkəni sevirəm, ölkədə yaranan mənzərələrə laqeyd qala bilmirəm”.

O, bu musiqidə xalqının siyasətlə maraqlanmamasını, televizor aludəçiliyini “Solda, ya da sağda deyiləm, ümidsiz, kiçik ekranda itməmək üçün bu gecə evdəyəm” sözləri ilə ifadə edib.

1994-cü ildə Koen Los-Ancelesin yaxınlığındakı Zen mərkəzində 5 illik inzivaya çəkilib.

1996-cı ildə Koenə “Rinzai zen buddist rahibi” adı verilib və sənətçi “səssizlik” mənasını verən Cikhan ləqəbini alıb.

Koen 1999-cu ildə inzivadan ayrılıb.

İnzivadan ayrıldıqdan sonra 2001-ci ildə “Ten New Songs” adlı albomla yenidən sənətə qayıdıb.

Kanadalı ifaçı 2004-cü ildə caz ifaçısı olan sevgilisi Anjani Tomasla birgə “Dear Heather” albomunu yayımlayıb. Koen verdiyi müsahibələrində yaşlılığa bağlı nevroloji dəyişikliklər səbəbindən depressiyaya meylli olduğunu açıqlayıb.

8 oktyabr 2005-ci ildə Koen təqaüd hesabındakı 5 milyon dolları və mahnılarının yayım hüququnu keçmiş meneceri Kelli Lançın ələ keçirdiyini, ona sadəcə hesabda 150 min dollar saxladığını iddia edib. Bunun qarşılığında bəzi keçmiş iş yoldaşları Koenə qarşı məhkəmə iddiası irəli sürüb. Kanadada yayımlanan “Macleans Magazine” jurnalında Koen haqqında “Devastated!” (“Bərbad!”) başlıqlı xəbər yer alıb. 2006-cı ilin martında Los-Ancelesdə məhkəmə başa çatıb və Koen 9 milyon dollarlıq təzminat haqqını qazanıb. Amma Lanç bu qərarı vecinə almayıb və maddi gəlirlərini məhkəməyə açıqlamaqdan imtina edib. Buna görə də Koen o pulu heç vaxt ala bilməyib.

Koenin 2006-cı ilin may ayında şeir və rəsmlərdən ibarət “Book of Longing” adlı kitabı yayımlanıb. Həmin ilin mart ayında bir şirkət öncədən sifariş edərək həmin kitabdan 1500 ədədinin Koen tərəfindən imzalanıb, satışa buraxılacağını bildirib. İmzalı kitablar satışa çıxarılandan bir neçə saat sonra bitib. Kitab qısa zaman ərzində Kanadada ən çox satılanlar siyahısında birinci yeri tutub.

Koen 13 il sonra ilk dəfə - 13 may 2006-cı ildə cəmiyyət içinə çıxıb və Torontoda bir kitab mağazasında öz kitabının təqdimat mərasiminə qatılıb. Tədbirə qatılan insanların sayı 3 mini keçdiyindən həmin kitab mağazasına tərəf gedən yollar bağlanıb. Koen təqdimat mərasimində üç mahnı oxuyub.

Leonard Koen 2003-cü ildə ölkəsinin ən böyük mükafatı olan "Companion of the Order of Canada" medalı ilə təltif edilib.

2010-cu ildə isə kanadalı ifaçı “Grammy” mükafatına layiq görülüb.

Image result for leonardo koen

Ailə Həyatı

Həyatı boyunca Koenin adı bir çox xanımlarla birgə çəkilib.

1960-ci illərdə Hidra adasında qalarkən skandinaviyalı romançı Axel Censenlə tanış olub. Axel Censen həyat yoldaşı Marianne Censendən ayrılıb. Koen yazıçının keçmiş həyat yoldaşı Marianne ilə münasibət qurub. Sənətçi “So long, Marianne” mahnısını ona həsr edib. Uzun illər Axel Censenin “Joacim” adlı romanında Lorenzo obrazının Koen olduğu iddia edilirdi. Lakin Axel bu iddianı heç vaxt qəbul etməyib.

Leonard Koen hər nə qədər cəsarətsizliyinin və qorxduğunun evlənməyinə əngəl yaratdığını desə də, yazıçı və prodüser Harri Risk onun 1970-ci illərdə sıx münasibətdə olduğu Suzanna Elrodla evləndiyini açıqlayıb. Bu evlilikdən Adam adlı oğlu və Federiko Qarsiya Lorsiyadan təsirlənib adını Lorsiya qoyduğu qızı dünyaya gəlib.

Koen Elroddan 1979-cu ildə ayrılıb. Deyilənlərin əksinə olaraq, o, məşhur “Suzanne” mahnısını həyat yoldaşı Suzanna üçün yox, dostu heykəltəraş Armand Vaillankortun keçmiş həyat yoldaşı Suzanne Verdal üçün yazdığını bildirib.

1990-cı ildə Koen aktrisa Rebeka De Morney ilə münasibət qurub.

Daha sonra o Anjani Tomasla da sevgi münasibətində olub.

O, həmçinin Anjani ilə albomların hazırlanmasında birgə işləyib.

Ölümü

Leonard Koen 2016-cı il 11 noyabrda Los-Ancelesdə vəfat edib. Müğənninin dəfn mərasimində yalnız ailə üzvləri və bəzi dostları iştirak edib. Sosial mediaya açıqlama verən Adam Koen atasının “Tam istədiyi kimi, səssiz bir mərasimlə” dəfn edildiyini bildirib.

İfaçı Monrealdakı ailə qəbiristanlığında dəfn edilib.

Onu sevənlər Monrealdakı evinin qarşısında bir araya gəlib. Yüzlərlə adam evinin qarşısına güllər düzüb, şam yandırıb və dualar ediblər.

82 yaşında Los-Ancelesdəki evində həyatla vidalaşan Koen ötən ay çıxan albomu ilə bağlı açıqlama verən zaman "Ölməyə hazıram" demişdi.

İyulda vəfat edən “ilham pərisi”, sevgilisi Marianne İhlenə yazdığı məktubunda “Məncə, çox qısa müddətdən sonra arxanca gedəcəm” demişdi.

Leonard Koenin şərəfinə Los-Ancelesdə xatirə gecəsi keçiriləcək.

# 2003 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #