17 yaşında ailə quran məhbus müğənni: Dəniz Səki

17 yaşında ailə quran məhbus müğənni: <span style="color:red;">Dəniz Səki
22 iyul 2016
# 08:30

Bir qadın üçün sevdiklərindən, doğmalarından uzaqda, özü də dörd divar arasına bağlı qalmaq ən böyük cəzadır.

O, indi həyatının ən çətin günlərini yaşayır. İndi onun ən böyük arzusu azadlığa çıxmaqdır: - Azadlığa çıxanda göy üzünə doğru qışqıracam, avazım çatdığı qədər hayqıracam. Sonra çəmənləri öpəcəm, burada insan torpağa, çəmənə, göy üzünə həsrətdir. Bura beton bir həyatdır. Sevdiklərimə doğru qaçacam, sarılacam. Dənizdən ötrü darıxmışam, dənizin sahili boyunca gəzmək istəyirəm. “Haydut” adlı itim var, onun üçün darıxmışam. Dostlarımla adam kimi söhbət etməkdən darıxmışam - deyir...

Söhbət Türkiyənin məşhur müğənnisi Dəniz Səkidən gedir.

Həyatı

Dəniz Səki 1970-ci il iyulun ilk günündə İstanbulda dünyaya göz açıb. 11 yaşlı Dəniz internat məktəbinə göndərilib və orta təhsilini Çamlıca qız liseyində alıb. TRT-nin İstanbul bürosunda aparıcılıq imtahanlarına qatılaraq, qalib olub.

Onu müğənni kimi 1993-cü ildə bəstəkar Melih Kibar kəşf edib. Dəniz Türkiyənin məşhur müğənniləri Kənan Doğulu, Fərda Anıl Yarkın, İzel, Yaşar, Əməl Müftüoğlu, Ege, Zuhal Olcay kimi sənətkarların vokalistliyini edib.

1995-ci ildə onun musiqi karyerası üçün böyük şans yaranıb. “Pop şou - 95” yarışına qatılan Dəniz, öz sözlərindən ibarət mahnısı ilə qələbə qazanıb. Bir il sonra "Heç kim deyiləm” albomu işıq üzü görüb. Albomdakı mahnıların söz və musiqisi Yıldız Tilbəyə məxsusdur.

1999-cu ilin dekabrında söz və musiqilərinin əksəriyyətinin özünə aid olduğu “Anlattım” adlı albomu işıq üzü görüb.

2001-ci il dekabrın 12-də ”Şəffaf” albomunu çıxarıb, daha sonra “Unudar” və “Yakamoz” adlı musiqilərə kliplər çəkdirib. 70-ci illərin Türk pop musiqisinin ən populyar seçmə musiqilərindən olan dördüncü “Aşkların ən gözəli” albomunu 27 avqust 2003-cü ildə yayımlayıb. Beşinci “Eşq Dənizindəki” albomunda olan 14 mahnının 13-nün sözü özünə aiddir.

“Sahici” albomunda yenə əksəriyyəti özünə aid olan mahnılar yer alıb. Bu albomun ilk klipi qardaşı Sərdar Səkinin rejissorluğu ilə “Axmaq” musiqinə çəkilib. Albomun adı ilə eyni olan “Sahici” mahnısına çəkilən klip isə o dövrün sevilən işlərindən olub.

“Zarafat deyil” və “Zirvə” musiqilərinə rəsmlərdən və video görüntülərindən ibarət yeni klipi hazırlansa da, sənətçi həbsxanada olduğu üçün musiqi hitlərində yer almayıb.

Bundan başqa bir neçə filmə çəkilib.

2011-ci ildə “Söz yaşlarım” adlı albomunu yayımlayıb. Həmin il Yavuz Bingöllə 5 seriyalı musiqi proqramında çıxış edib. “Söz yaşlarım” adlı albomun ilk klipi Sərdar Səkinin rejissorluğu ilə “Suya həbs etdim” musiqisinə çəkilib. Musiqi bir çox televiziya seriallarında səsləndirilib. O, həbsxanada olsa da, hazırda sezon finalında olan məşhur serial “Eşkiya dünyaya hökmdar olmaz” serialında rol alıb.

Həbsxana günləri

Dəniz Səki Türkiyə jandarmının narkotiklərə qarşı keçirdiyi əməliyyat nəticəsində tutulub. İstanbul Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müğənni daha sonra sərbəst buraxılıb. Bir müddət sonra məhkəmədə Dəniz haqqında qərar dəyişdirilərək ona 7 il yarım iş oxunub. 24 fevral 2010-cu ildə Dəniz Seki Bakırköy Qadın və Uşaq həbsxanasına köçürülüb.

Dəniz Səki 218 gün sonra, yəni həmin ilin 2 noyabrında məhkəmənin qərarı ilə həbsdən azad edilib. Həbsxanadan əlində Quran ilə çıxan müğənni: “Dəyişdim, yeni, tərtəmiz, həqiqətən təmizlənmiş bir Dəniz Səki görəcəksiniz " deyib.

Ancaq həbsxana divarları yenə də bu qadını rahat buraxmır. Bu dəfə o, narkotik ticarətində ittiham edilir. Müğənni 6 ay gizlənə bilsə də, 2014-cü il noyabrın 15-də gizləndiyi evdə tutulub. O, 16 noyabrda həbsxanaya göndərilib. Birinci prosesdə ona 6 il 3 ay cəza nəzərdə tutulsa da, növbəti proseslərdə cəza 4 il 2 aya endirilib.

Həbsxanada müğənninin səhhətində ciddi problem yaranıb. Dəniz sağ yumurtalığında şiş olduğu üçün dövlət xəstəxanasında əməliyyat olunub. Müğənninin 2017-ci ildə azadlığa çıxması gözlənilir.

Şəxsi həyatı

Dəniz Səki 17 yaşında olanda atasının təzyiqləri onu o qədər bezdirib ki, xilas yolunu ailə qurmaqda görüb. Ancaq təəssüf ki, bu evlilik uzun çəkmir və il yarım sonra boşanır.

1989-cu ildə oyuncaq fabrikinin sahibi ilə evlənib. Müğənninin bu evliliyi də uğursuz alınıb və onlar 3 il sonra boşanıb. Müğənni bir müddət yumorist Okan Bayülgənlə eşq yaşayıb və Okanın xəyanəti ilə münasibətləri bitib. O, musiqiçi Hüsnü Şənləndirici ilə də eşq yaşayanda Hüsnü ailəli və 2 uşaq atası idi. Onların münasibəti 2008-ci ildə ayrılıqla nəticələnib.

2013-cü ildə Dəniz, turizmlə məşğul olan Faruk Salmanla nişanlanıb. Nişanlısı onu həbsxana müddətində tərk etməyib, mümkün olduqca onun yanına gedir, dəstək olur.

Dəniz Səki həbsxanadan “Hürriyət” qəzetinə müsahibə verib

- Həbsxanada bayramlar necə keçir?

- Burada bayramlar çox kədərli keçir. Analar, uşaqlar, göz yaşlarına boğulur. Bayrama hazırlanan qadınların makyajı pozulur. Edip Cansevərin “Baxmayın ətrafımda çox insan olduğuna, başdan-ayağa yalnızam əslində” dediyi kimdi...

- Həbsxanada gitara çaldığınızı öyrəndik...

- Düzdür. Hətta ilk vaxtlarda məhkumlar elə bildi ki, mən gitara kursları verirəm. Amma kurs vermirəm, öyrənirəm. Burada teatr, dram kursları var. Bəzən mahnı oxuyuram, şeir yazıram. Günümün çox hissəsini orada keçirdirəm.

- Musiqi dinləyə bilirsiniz?

- Ən böyük həsrət çəkdiyim şeylərdən biri budur. Çox təəssüf ki, dinləyə bilmirəm. Burada televiziyada musiqi kanalı olaraq ancaq Kral TV var.

- Sizin yerinizdə kim olsa, mütləq xaricə qaçardı. Siz niyə etmədiniz?

- Günahı olan qaçar. Günahsız olduğuma o zaman da inanırdım, indi də inanıram. Mən bir müddət məhkəmənin qərarını gözlədim. Gizləndiyim 6 ay boyunca bu işin sonu olmadığını düşündüm. Həmin aylar polisdən yox, həbsxanadan qaçdım. Çünki buraya ikinci dəfə girməyin ölümdən betər olacağını bilirdim. Amma buna rəğmən qaçmadım. Çünki günahsız idim. Ölkəmi tərk etmək mənə yaraşmazdı. Mən nə eləmədiyimi çox yaxşı bilirəm. Günah işləyib-işləməmək əlinizdədir, amma məhkum olmanız əlinizdə deyil. Burada hüquq və ədalət arasında olan fərqi düşünürəm. Həbsxanada olan bir adam üçün çöl ilə əlaqə qurmaq məktub deməkdir, ziyarətçi deməkdi. Mənə həm çöldən, həm də həbsxanalardan məktub gəlir. Hamısına çalışdığım qədər cavab verirəm. Həbsxanalardan gələn məktublara ruh yüksəkliyi ilə cavab verməyə çalışıram.

- Maddi vəziyyətiniz necədir?

- Keçən ilin noyabrından burdayam (bu müsahibə 2015-ci ildə götürülüb – G.M.) Ondan qabaq da 7 ay yarım qalmışam. Ümumilikdə, 1 il yarımdır həbsxanadayam. Amma bu 7 illik bir müddətdir. 7 ilimi oğurladılar. Həyatımın ən qiymətli 7 ilini. Bu müddətdə maddi və mənəvi tərəfdən çökdüm.

- Albom gəlirləriniz, yığdığınız pullar necoldu?

- Bu an ailəm və nişanlım Faruk var. Sağ olsunlar, onlar həmişə yanımda oldular, mənə dəstək verdilər. Bilirsiniz, albom gəliri deyə bir şey yoxdur. Sənətkar səhnəyə çıxanda pul qazanır. Mən çıxa bilmirəm və buna görə də qazanmıram. İki evim var idi, onu da satmaq məcburiyyətində qaldım.

- Sənət əhli vəfasızdır. Məşhurlardan ziyarətinizə gələn var?

- Xeyli sənətçi gəlib. Gülben Ərgən, Demet Akalın, Əməl Müftüoğlu gəldi. Sağ olsun Gülbən Ərgən dost çıxdı. Dörd-beş dəfə yanıma gəldi.

# 1912 dəfə oxunub

Müəllifin son yazıları

# # #