Xatirələri sərmişəm yağışa

Xatirələri sərmişəm yağışa
8 avqust 2013
# 22:06

Yadlaşmaqdan qorxduqca qorxuları yadlaşdırdıq...

Zamanı əqrəblərdən oğurladıq.

Günah yazmağa başladıq hər saatımıza.

Bir vaxt boğazımızda düyünləyib azadlıqdan məhrum etdiyimiz sözləri azadlığa qovuşdurduq.

Daha həyəcanlanıb titrəmədi əllərimiz. Yox, adiləşmədik. Sevginin adını qoyduq sadəcə.

Sağollarımızın ömrü qısalmağa başladı. Hələliksiz bitirdik hər telefon zəngini. Çox xəbis olduq. Salamat qal sözünü də qıymadıq bir-birimizə.

Susaraq ayırdıq bizi.

Lal sükutları sonuncu ümidlər bildik.

İndi yağış yağır. Mən isə xatirələrimizi o yağışın altına sərmişəm.

Zaman qazandırıram onlara, ömrünü uzatdığımı sanıram bəlkə.
Bir vaxt sıxıb qurudacağam onları... Son damlasına qədər...

Hələlik...

Zamanın içinə atıram səni...

Zamansız gələn bəxtim...

# 2623 dəfə oxunub

Müəllifin son yazıları

# # #