Dəlilər Tanrının əmanətidir - Dostoyevskidən qeyri-adi aforizmlər

Dəlilər Tanrının əmanətidir - Dostoyevskidən qeyri-adi aforizmlər
9 fevral 2024
# 15:30

Bu gün dahi Fyodor Dostoyevskinin anım günüdür.

Kulis.az min illiyin ən gözəl romanlarından biri hesab olunan “Karamazov qardaşları” romanından maraqlı aforizmləri təqdim edir.

- Hər qadında başqasında olmayan xüsusiyyət var. Lakin əsas olan bunu kəşf etməyin yolunu tapmaqdır.

- Pisliyin ləzzəti bambaşqadır. Hər kəs özünü ondan uzaq tutub, lənətləyər. Amma yenə də pislik etməkdən yaxa qurtara bilməz.

Gallery

- İnsanların bir-birlərini tanımaları üçün ən yaxşı vaxt ayrıldıqları zamandır.

- İsanın insan sevgisi dünyamız üçün mümkün olmayacaq, möcüzə kimi bir şeydir.

- Şeytan mövcud deyilsə, deməli onu insan icad etmişdir.

Gallery

- İnsanları döyməyə meylli olanlar arasında elələri var ki, kimisə döyərkən tam mənası ilə qızışıb sonunda şəhvət hissi duymağa başlayır.

- Xoşbəxtliyin dərinliyinə çatmaq üçün insana bircə gün belə bəs edər.

- İnsanın ən dəyərli xatirələri ailəsilə yaşadığı uşaqlıq illərinə aid xatirələrdir.

Gallery

- Sizdən soruşuram. Yüksək düşüncələr kimlərə məxsusdur? Bir kənara çəkilib özü üçün yaşayan varlıyamı, yoxsa özünü hər cür madiyyatdan, vərdişlər zəncirindən xilas etmiş insanmı?

- Rusiyanın qurtuluşu xalqdadır.

- Günahdan qorxmayın. Günah edən insanları da sevin. Belə bir sevgi ilahi sevginin nümunəsi, yer üzünün ən böyük sevgisidir.

Gallery

- Heyvanları sevin, çünki tanrı onlara saf bir sevinc duyğusu bağışlayıb.

- Uşaqları sevin. Çünki onlar da mələklər kimi günahsızdılar. Və qəlblərimizi paklandırmaq üçün yaradılıblar.

- Sevgi tərbiyəedici bir qüvvədir. Fəqət bu çox çətin və xeyli zaman alacaq bir işdir.

Gallery

- Başqasını mühakimə etməyə haqqın olmadığını heç vaxt unutma. Çünki günahkarı mühakimə edən hakim belə qarşısında dayanan mütəhhim qədər günahkar olduğunu, o adamın törətdiyi cinayətdə hər kəsdən çox məsuliyyət daşıdığını bilməlidir.

- Aşiq olmaq, sevmək deyil. İnsan nifrət edərkən belə aşiq ola bilər.

- Dəlilər tanrının əmanətidir.

- Acı çəkməkdən qorxma, ürəyin sakitlik tapacaq.

- İnsanlar peyğəmbərləri qəbul etməz, onları öldürüb möcüzələrini sevərlər. Sonradan isə yox etdiklərini müqəddəsləşdirərlər.

- Cəhənnəm sevə bilməməyin yaratdığı əzabdır.

- Adamlar təmiz bir insanın yıxılıb, biabır olmasına hər zaman sevinirlər.

- Təbiətdə insanların kor inancları qədər gülməli heç nə yoxdur.

- Əgər bir qadına “günahkaram, məni bağışla” desəniz, o zaman onun sitəmlərindən yaxanızı qurtara bilməyəcəksiniz. Onlar sizi daxili bir sadəliklə bağışlamaz, əksinə sizi heç nəyə çevirib, olmamış söhbətlər icad edib, sizi ora qarışdırar. Küncdə-bucaqda ilişib qalmış hər xırda hadisəni bir-bir toplayar, heç nəyi unutmaz. Və bütün günahları sizin boynunuza yüklədikdən sonra bağışlayar. Bütün qadınlar belədilər.

- Həyatımızın onlarsız mümkün olmadığını bildiyimiz, mələk hesab etdiyimiz qadınların hamısının daxilində belə bir canavarlıq vardır.

- Həyatımızda ən yüksək, ən güclü və faydalı dayağımız ata ocağından qalma xatirələrimizdir.

- Müqəddəs uşaqlıq illərindən qalan bir xatirə belə tərbiyənin ən yaxşısıdır. Belə xatirələrdən yaddaşına çoxluca toplayıb həyat yoluna çıxan insan bütün ömrünə inamla baxa bilər.

- Qəlbinizdə qalan tək bir xatirənin belə bir gün faydasını görəcəksiniz.

# 419 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #