1 milyona çatdıq

1 milyona çatdıq
6 fevral 2013
# 12:16

Azərbaycanda Facebook istifadəçilərinin sayı 1 milyonu keçib. İstifadəçi sayına görə 82-ci sırada qərarlaşan Azərbaycanda istifadəçilərinin yarıdan çoxu 18-24 yaş arasındakı insanlardır.

Facebookda kişi istifadəçilər qadın istifadəçilərə nisbətən daha aktivdirlər: 64 faiz kişilər, 36 faiz qadınlar.

Facebook istifadəçilərinin ən çox olduğu məkanların ardıcıllığı belədir: “Park Bulvar”, “Kafe Siti”, “Çinar”, “Mado” və “Dalida”.

Qonşu ölkələrdə Facebook istifadəçilərini sayı isə belədir: Türkiyədə 32 milyon 438 min, Rusiya 7 milyon 585 min, Gürcüstan 970 min 600, Ermənistan 396 min 360.

İstifadəçi sayına görə Amerika Birləşmiş Ştatları birinciliyini qoruyub (163 milyon 71 min). İkinci və üçüncü yerləri isə həmişə olduğu kimi Braziliya (66 milyon 791 min) və Hindistan (61 milyon 571 min) bölüşür.

# 2579 dəfə oxunub

Müəllifin son yazıları

# # #