Məmməd Əmin və İstanbul qadınları

Məmməd Əmin və İstanbul qadınları
5 noyabr 2013
# 15:47

1999-cu il...Türkiyə... Hakimiyyətin olimpində Demokratik Sol Partiyası əyləşib. “Rifah” üçün yola çıxan AKP isə iqtidara doğru kalkınmaktadır...

“Fəzilət” partiyasından millət vəkili seçilən Merve Kavakçı cəsarət nümayiş etdirib and içmək üçün Türkiyə Böyük Millət Məclisinə hicabla daxil olur. Məclis, məclisdən sonra Türkiyə bir-birinə dəyir. Baş nazir Bülent Ecevit hiddətlənir. Fors-major vəziyyətlə qarşılaşan Kavakçı and içə bilmədən zalı tərk edir. Karacaoğlanın “Bu qadına həddini bildirin” ultimatumundan sonra isə Kavakçının üzv olduğu partiya bağlanır.

Ancaq indi hicabla parlamentə daxil olmaq üçün qıfıllanmış yollar açılıb. CHP-li Şafak Paveyin məlum çıxışı cəmiyyətin qəbullandığı trüban məsələsində dünyəvi dövlət tərəfdarlarının ürəyinə yağ kimi yayıldı. Amma... bu çıxış nəyisə dəyişəcəkmi?! Ya xanım Paveyin çıxışı əlahəzrət tarixin arxivi üçün bir material rolunu oynayacaq? Bəs Avropa Birliyi xəyalları? Yoxsa “Xristian klubu”na qarşı cihad elan olunub? Amma hər halda avropalılar nəinki Türkiyəni birliyə üzv qəbul etməyi, heç “İkinci İran”ın burunlarının dibində nəfəs almağına dözümlü ola bilməz. Fakt bundan ibarətdir...

Məhəmməd Əmin Rəsulzadənin 100 il əvvəl yazdığı “Türkiyədə qadınlar” məqaləsinə toxunmadan keçə bilmədim: “İstanbul qadınlarının vəziyyəti-ictimaiyyələri İran qadınlarından da, Qafqasiya qadınlarından da müsaid bir haldadır.

Türk qadınları məncə bütün aləmi islam qadınlarına nümuneyi-imtisal ola bilərlər. İstanbulun mövqeyi-coğrafisi kimi hər şeydə Asiya ilə Avropanın qarışdığı gözə çarpar. Avropa qiyafəsinin şərqiləşmiş pəstəndi də bir tərzidir: qiyafə əsas etibarilə pislədiyimiz yubka və kostyumdur. Xülasə, İstanbul xanmının geyimi tamamilə bir Avropa qiyafəsidir. İstanbul xanımlarından modəpərəst olanları da az deyillər. Bəziləri vardır ki, İstanbul təbirincə "açıq-saçıq" gəzərlər. Böylələri küçədə gedərkən İstanbul ayaq takımının və bəzi açıq-saçıq bəylərinin təərrüzlərinə uğradıqları kimi, bəzi köhnə qiyafədə olan qoca arvadların söyüşlərinə məruz qalıyorlar”.

Haradan-haraya... 100 il əvvəl və indi. Deyəsən axı problem zehniyyətdədir...

# 3994 dəfə oxunub

Müəllifin son yazıları

# # #