Hindistanda ölünün ətini niyə yeyirlər?

Hindistanda ölünün ətini niyə yeyirlər?
4 sentyabr 2017
# 10:00

Qloballaşma ölkə və regionların xüsusiyyətlərini acgözcəsinə əllərindən alır. Neçə-neçə özünəməxsus inam və adətlər keçmişə çevrilir. Bu inam və adətlərin yerini isə həmin xalqların mədəniyyəti ilə heç bir ümumi bənzərliyi olmayan hellouinlər tutur. Xoşbəxtlikdən dünyanın yekrəng, amerikanlaşdırılmış kütləyə çevrilməsinə hələ çox var. Planetimizdə yadelliləri heyrətləndirəcək dərəcədə adətlərin olduğu yerlər qalmaqdadır. Belə heyrətamiz, ekstravaqant adətlərdən biri də kannibalizmdir.

Vari qəbiləsi, Braziliya

Amazon meşələrinin dərinliklərində azsaylı vari qəbiləsi yaşayır. Onların sayı iki yüzdən çox deyil. Varilər Cənubi Amerika qəbilələri içində sivil dünya ilə əlaqə quran son qəbilə oldu. Onlar yalnız 1960-cı illərdə sivil dünya ilə qaynayıb-qarışmağa başladılar. Elə bu zaman onların dəhşətli bir ayinləri üzə çıxdı.

Bir adam öləndə onun meyidini bütün qohumları gəlib çıxana qədər saxlayırlar. Adətən bu üç gün çəkir. Bütün qohumlar yığılanda ölənin bədənini qızardıb yeyirlər. Mərhumun qan qohumları bu ayində iştirak etmirlər. Onlar yalnız uzaq qohumların mərhumu yeməyinə tamaşa edirlər. Bundan başqa ölənin bütün malı-mülkü də yandırılır.

Bu ayinin mənası yaxın adamın itirilməsi ilə barışmağı təlqin etməkdir. Bundan sonra heç kəs onu xatırlamır. Kannibalizm bizə vəhşilik kimi göründüyü kimi meyidin çürüməsi üçün torpağa tapşırılması fikri də varilərə vəhşilik kimi görünür. 18 ay varilər arasında yaşamış amerikalı Betsi Konkln onların bu ayini üçün belə metafora tapmışdı: “Yeyilən kədər”

Varanasi, Hindistan

İsanın mövludundan min il əvvəl əsası qoyulmuş Varanasi hinduizmin ən müqəddəs şəhərlərindən biri. Bura hər il bütün dünyadan on minlərlər hindu gəlir. Onların düşüncəsinə görə bu qədim şəhər dünyanın mərkəzidir. Ola bilsin burda arzuolunmaz işlər görülür, ancaq bu işlər o qədər qədim adətlərdir ki, heç kəs tapdamaq istəmir.

Hinduizmdə ölüm sansaranın etaplarından biri, yenidən doğuluş çarxında bir dövrdür. Və bütün hindular mokşeyə - bu dövrün bitməsinə, son nöqtəyə can atırlar. Varanasidə yerləşən aqxori adlı asketik dini sektası qısa yolla gedir. Onlar hinduist inancına görə Qanq çayının sahilində yandırılan meyidlərin qalıqları ətrafında gecə ayinləri həyata keçirirlər. Bununla da mokşeyə daha çox yaxınlaşmaq imkanı qazanırlar. Aqxorilər tanımaq çox asandır: onlar bütün bədənlərinə yandırılmış meyidlərin külünü yaxır və üstlərində sümükdən bəzək əşyaları gəzdirirlər.

Hazırda Hindistanda bu sektanın minə yaxın aktiv üzvünün yaşadığı təxmin olunur. Onların şokedici ayinlərinə baxmayaraq aqxorilərə dözümlü yanaşırlar. Hindular inanırlar ki, əgər onlar “Şivanın seçilmişləri” olan bu rahiblərə ölüləri yemək və onların yanan meyidləri başında gecə ayinləri keçirməyə imkan verməsələr ruhları lənətlənəcək. Ölkədə bu adətə qarşı heç bir qanuni qadağa tətbiq olunmayıb.

Karavai qəbiləsi, Papua-Yeni Qvineya

Papua-Yeni Qvineyada kanniballar supermarketlərdən çoxdur. Qidalarındakı zülal çatışmazlığından aborigenlər tez-tez öz yoldaşlarını yeyirlər. Doğrudur, son illərdə kuru-kuru epidemiyasına görə kannibalizmin miqyası xeyli aşağı düşüb. Ancaq karavai qəbiləsi istisnadır. Bu qəbilənin üzvləri üçün həlak olmuş adamı yemək qisas mənasına gəlir.

Papua-Yeni Qvineya və İndoneziya meşələrinə səyahət eləmiş Avstraliya jurnalisti Pol Rafael deyir: “Karavailərə görə kiminsə ağacdakı evindən düşərək və ya döyüşdə qətlə yetirələrək ölməsi anlaşılandır. Ancaq xəstəlik nəticəsində ölməyi başa düşə bilmirlər. Axı mikrob və infeksiyalar barədə onlara heç nə məlum deyil”.

“Karavailər əmindirlər ki, onların qəbilə yoldaşlarını heçlikdən gələn Xaxua adlı cadugər həlak edir. Xaxua bədənə hakim kəsilərək onu içəridən yeməyə başlayır. Buna görə də ona eyni qayda ilə cavab vermək lazımdır: Xaxuanın üzündən ölmüş adamı yeyərək cadugərin özünü yemək lazımdır”.

Ficinin adamyeyənləri

Yuxarıda sadalanan kannibalların heç biri gəlmələr üçün təhlükəli deyillər və onlar yemək üçün adam öldürmürlər. Ancaq Fici adasının bəzi köklü sakinləri haqqında belə demək olmaz. Əlbəttə Fici artıq XIX əsrdəki kimi vəhşi yer deyil, o zaman bura missionerlər də gəlməyə qorxurdular. Ancaq meşələrdə hələ də ənənələrini qoruyan qəbilələr yaşayır. Onlar hələ də başqalarını öldürüb ətini yeyirlər.

Bu qəbilələrin bir-biri ilə düşmənçilik eləməsi azmış kimi (bu toqquşmalar demək olar hər zaman qalibin məğlub üzərində qanlı ziyafətləri ilə bitir) onlar təsadüfən o bölgələrə gəlib çıxmış turistləri də yeyə bilərlər. Bir ildən çox olmaz, xəbər lentlərində belə məlumat görünmüşdü ki, Ficidə ər və arvad naməlum şəkildə yoxa çıxıblar. Güman olunur ki, cütlük kannibalların naharına çevrilib.

# 2439 dəfə oxunub

Müəllifin son yazıları

# # #