İsa peyğəmbərin bədbəxt etdiyi naturaçı

İsa peyğəmbərin bədbəxt etdiyi naturaçı
21 iyun 2014
# 07:30

Hər dəfə gördükdə heyrətlə tamaşa etdiyimiz rəsm əsərləri də “məxfi” qrifi ilə qorunan sənədlər kimi sirr saxlayır. Onların yaranmasında da müəmma gizlənir. Bəs bu sirr nədir?

Kulis.Az on məşhur rəsm əsərin gizlinləri haqqında faktları təqdim edir.

Salvador Dalinin qisası

“Pəncərə qarşısında fiqura” əsərini Dali hələ Kral Akademiyasında oxuyanda, 21 yaşında çəkmişdi. Əsərdəki model Dalinin bacısı Ana Mariya idi. Onların arası Dali bir tablosunun üstünə “Bəzən anamın portretinin üstünə də tüpürəm və bu mənə ləzzət edir” yazandan sonra pozulur. Bu epataj davranışına görə bacısı onu bağışlaya bilmir.

1949-cu ildə Ana Mariya “Salvador Dali bacısının gözü ilə” kitabını yazır. Kitab Dalini hiddətləndirir. Bax budur, 1949-cu ildə Dali “Öz ismət buynuzları ilə günah edən gənc qız” əsərini çəkir. Qadının duruşu, saçı, pəncərədən görünən peyzaj, rəng qammaları “Pəncərə önündə fiqura” tablosu ilə çox oxşayır. Belə deyirlər ki, Dali bu əsəri ilə bacısından kitabın heyfini çıxıb.

İkiüzlü Danaya

Rembrand van Reynin məşhur əsərlərindən olan “Danaya”nın sirlərindən biri XX əsrin 60-cı illərində açılıb. Əsər rentgen işığına salınanda məlum olub ki, Zevslə sevişən kraliçanın sifəti tablo çəkilən ərəfədə Saskiinin sifətinə oxşayır. Saskii rəssamın həyat yoldaşı idi, 1642-ci ildə ölmüşdü. Əsərin tamamlanmasına az qalmış isə tablodakı qadın Gertye Driksə bənzəməyə başlayır. Dirks həyat yoldaşı vəfat edəndən sonra Rembrandın yaşadığı qadın idi.

Van Qoqun sarı yataq otağı

1888-ci ilin may ayında Van Qoq Fransanın cənubunda, Arlda emalatxana kirayələyir. Van Qoq buraya onu anlamayan Paris rəssam və tənqidçilərinin əlindən qaçıb gəlmişdi. Dörd otaqdan birini Vinsent emalatxanaya çevirir. Oktyabr ayında o “ Van Qoqun yataq otağı”nı çəkmək qərarına gəlir.

Rəssam üçün otağın koloriti, rahatlığı olduqca vacib idi, o əsl istirahət təəssüratı yaratmalı idi. Bununla belə tablodakı sarı rəng adamı rahatlatmaq yerinə həyəcanlandırır. Rəssamın araşdırmaçılarının fikrincə epilepsiyadan əziyyət çəkən Van Qoq üskükotundan hazırlanmış dərman qəbul edirmiş. Üskükotu isə xəstənin rəng qavrayışında dəyişiklik yaradır, ətraf aləm yaşıl-sarı tona bürünür.

Dişsiz kamillik

Hamı tərəfindən qəbul olunmuş fikrə görə Mona Liza öz sirli gülüşü ilə mükəmməllik nümunəsidir. Buna baxmayaraq Amerika sənətşünası və stomotoloqu Cozef Borkovski Mona Lizanın üz ifadəsinə əsaslanaraq belə bir fikir deyir: onun ağzında bir neçə dişi yoxdur. Əsərin fotosunu böyüdən Borkovski qadının ağzı ətrafında çapıqlar da aşkarlayıb. Borkovski belə qənaətə gəlib: “Onun üzünün ifadəsi elədir ki, bu ifadə ancaq qabaq dişlərini itirən adamlarda olur.”

“Sonuncu şam yeməyi”ndəki oxşar

Leonardo Da Vinçinin daha bir sirri... Böyük rəssam “Sonuncu şam yeməyi” tablosunu çəkərkən əsasən iki fiqura çox ciddi önəm verimiş: İsa peyğəmbər və İuda. Bu obrazları üçün uzun müddət naturaçı axtaran Da Vinçi İsa obrazına nəhayət gənc kilsə xorçularından birini tapa bilir. İuda obrazına naturaçı tapmaq üçün isə rəssam üç il gözləməli olur.

Bir dəfə o küçədə kanalizasiya arxında uzanmış sərxoşa rast gəlir. Sərxoş adam cavan olsa da dayanmadan içməkdən qocalıb əldən düşmüşdü. Leonardo həmin adamı traktirə dəvət edib içkiyə qonaq edir, özü isə dərhal onu İuda obrazı üçün çəkməyə başlayır. Sərxoş adam özünə gələndə rəssama deyir ki, o artıq bir dəfə Da Vinçi üçün poz verib. Bir neçə il əvvəl o kilsə xorunda oxuyurmuş, Leonardo da onu İsa obrazını çəkmək üçün dəvət edibmiş.

Azadlıq niyə çılpaqdır?

Sənətşünasların fikrincə Ferdinan Viktor Ejen Delakrua “Azadlıq barrikadalarda” (1830) əsərində məşhur Paris inqilabçısı paltaryuyan Anna Şarlottanın üzünü çəkibmiş. O, qardaşı kral soldatları tərəfindən öldürüləndən sonra barrikadaya çıxmış və 9 qvardiyaçı əsgər öldürmüşdü. Rəssam onu çılpaq sinə ilə təsvir etmişdi. Rəssamın fikrincə bu qorxmazlıq və fədakarlığın simvolu idi. Bundan başqa rəssam çılpaq qadın döşlərini göstərməklə demək istəyib ki, azadlıq da sadə insanlar kimidi, korsetə ehtiyacı yoxdu.

Kvadrat olmayan kvadrat

Kazimir Maleviçin “Qara supermatik kvadrat”ı (1915) əslində qara deyil və heç kvadrat da deyil. Nə kvadratın özünün, nə də onun haşiyəsinin tərəflərinin heç biri bir-biri ilə paralel deyil. Tünd rəng isə bir-biri ilə qarışdırılmış müxtəlif boyaların nəticəsidir, bunların içində isə qara rəng yoxdu. Belə qəbul olunur ki, bu müəllifin səliqəsizliyinin məhsulu deyil. Onun prinsipial mövqeyindən, dinamik, hərəkətli forma yaratmaq cəhdindən irəli gəlib.

Qoca balıqçı

Macarıstanlı rəssam Tivadar Kostka Çontvari 1902-ci ildə “Qoca balıqçı” adlı tablo çəkir. İlk baxışda tablo adama sıradan əsər kimi görünsə də Tivadarın əsərdə vermək istədiyi sətraltı məna yalnız ölümündən sonra aşkarlanır.

Tablonun ortasına güzgü qoyanda tamam yeni bir obraz meydana çıxır. Rəssam bununla demək istəyib ki, hər bir adamın içində tanrı olduğu kimi, şeytan da var.

Avstriya Mona Lizasının sevgi tarixçəsi

Qustav Klimtin ən məşhur əsərlərindən biri “Adelya Blox-Bauerin parterti”ndə avstriyalı şəkər maqnatı Ferdinant Blox-Baurerin həyat yoldaşı təsvir olunub. Bütün Vyana Adeli ilə məşhur rəssamın sevgi macərasından danışırdı. Əlbəttə şəkər maqnatı da bundan xəbərsiz deyildi. Amma o qisas almaq üçün olduqca orijinal bir yol seçir. Olduqca böyük məbləğ qarşılığında rəssama həyat yoldaşının portretini sifariş verir. O, bilirdi ki, rəssam hər dəfə əsərin eskizlərini işləmək üçün görüşdüyü sevgilisindən nəhayət bezəcək. Elə onun düşündüyü kimi də olur. Dörd il sonra tablo hazır olanda artıq Adelya ilə Qustav ayrılmışdılar.

Qogeni həyata qaytarmış tablo

Pol Qogenin 1897-1898-ci illlərdə Taitidə çəkib ərsəyə gətirdiyi “Biz kimik? Hardan gəlmişik? Hara gedirik?” tablosunun qəribə xüsusiyyəti var. O, soldan sağa deyil, sağdan sola oxunur, Kabbala mətnlərində olduğu kimi. Kabbala ilə məşğul olan rəssamın əsərində də insanın mənəvi və fiziki həyatının alleqoriyası bu cür dəyişir: sağ tərəfdə körpə insanın yaradılışını, sol tərəfdə caynaqlarında kərtənkələ tutmuş quş ölümü təmsil edir.

Məlumdur ki, sivilizasiyadan qaçan rəssam uzun müddət Taitidə ibtidai qəbilələrin arasında yaşayıb. Adadakı yoxsulluq rəssamı depressiyaya salır. Əsəri tamamlayan rəssam intihar etmək üçün özü ilə arsen zəhəri götürərək dağa qalxır. Amma Qogen dozanı düzgün müəyyənləşdirə bilmədiyindən suisid baş tutmur.

# 4523 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #