Əfsanəvi Sovet mahnısı haqqında maraqlı faktlar

Əfsanəvi Sovet mahnısı haqqında maraqlı faktlar
1 dekabr 2014
# 08:15

Sözlərini smolenskli məşhur şair-bəstəkar Mixail İsakovskinin yazdığı “Katyuşa” mahnısı geniş kütlə qarşısında ilk dəfə 27 noyabr 1938-ci ildə ifa olunub. “Katyuşa” hərbi maşınlara verilən ləqəb idi. O vaxtdan həmin mahnı dünyada bir çox insanın sevimlisinə çevrilib. Kulis.Az dünyanın ən əfsanəvi mahnılarından biri haqqında 8 faktı təqdim edir.

Müəllif, yoxsa xalq mahnısı

Çox tez-tez "Katyuşa"nı rus xalq mahnısı adlandırırlar, hərçənd onun müəllifləri SSRİ-də hamıya məlum idi. Mahnının musiqisini məşhur sovet bəstəkarı Matvey Blanter, sözlərini isə Smolensk sakini, əfsanəvi şair-bəstəkar Mixail İsakovski yazmışdı.

Üç dəfə təkrar!

Sovet müğənnisi Valentina Batişeva mahnının birinci ifaçısı olub. O, 27 noyabr 1938-ci ildə Moskva İttifaq Evinin sütunlu zalında Viktor Knuşeviskinin orkestrinin müşayiəti ilə bu mahnını oxudu. Premyera zamanı mahnı tamaşaçıların xahişi ilə üç dəfə ardıcıl oxunmuşdu.

Bir mahnının muzeyi

Bu mahnıya görə Mixail İsakovski 1943-cü ildə birinci dərəcəli Stalin mükafatı alır. 100 000 rubl o vaxt üçün olduqca böyük pul hesab olunurdu. Şair bu pulu Smolenskdəki Vsxodı adlı doğma kəndində Mədəniyyətin Evinin tikintisinə xərcləyir. Mədəniyyət Evinin nəzdində “Katyuşa” mahnısının muzeyi yaradılır. Hələ də fəaliyyət göstərən muzey Rusiyada bir mahnıya həsr olunmuş yeganə muzeydir.

Mahnı üçün abidə

Smolensk oblastının Uqra çayı sahilində, İsakovskinin doğma kəndi yaxınlıqda, 1983-cü ildə taxtadan abidə ucaldılır. Bu abidə "Katyuşa" mahnısına həsr olunub.

Yunan "Katyuşa"sı

Faşist qoşunları tərəfindən Yunanıstanın 1941-ci ildə başlayıb üç il yarım davam edən işğalı zamanı "Katyuşa" mahnısı Ümumyunan azadlıq ordusunun himninə çevrilir. Mahnı həvəskar tərəfindən tərcümə edilmişdi. Milli müqavimət hərəkatının iştirakçıları üçün rus melodiyası azadlıq və müstəqilliyin simvolu oldu.

Futbol "Katyuşa"sı

"Katyuşa" mahnısı Rusiya futbol azarkeşlərinin himninə çevrilib. Çox tez-tez azarkeşlər onu futbol üzrə Rusiya yığmasının matçlarında tribunalarda mütəşəkkil şəkildə ifa edirlər.

Dünya xalqlarının dillərində

"Katyuşa" müxtəlif vaxtlarda dünya xalqlarının dillərinə çevrilib və ya uyğunlaşdırılıb. İtaliyada bu mahnı "Katarina" və "Fischia il vento" ("Külək fiti"), İsraildə — "Katyuşka" adlanır. İsrail müğənnisi Rika Zara mahnını fransız dilinə “Kazaçok” adı ilə ifa edib. Mahnını alman və italyan dillərində Dalida da oxuyub.

Mahnının motivləri bir sıra musiqiçilərin yaradıcılığında istifadə edilib: Eddi Hantinqton tərəfindən, İsveçrə qrupu Lunatica, alman qrupu Tanzwut tərəfindən istifadə olunur. "Qızlar və Tank" animesinin səkkizinci epizodunda "Katyuşa" rus dilində səsləndirilib.

"Katyuşa" mahnısının motivi əsasında italyan rok qrupu Skylark “Mystery of the Night” adlı mahnı yazıb. Amerikan qrupu Abney Park İn The Circus at the End of the World albomuna mahnının ingilis dilində versiyası daxil edilib.

Yüzlərlə ifaçı

76 illik mövcudluğu müddətində "Katyuşa"nı yüzlərlə müğənni ifa edib. Onların arasında Lidiya Ruslanova, Georgiy Vinoqradov, Eduard Xil, Anna German, Dmitri Xvorostovski kimi məşhur ifaçılar olub.

Bəzilərinə görə mahnı 27 noyabr tarixindən daha əvvəl oxunubmuş. Deyilənə görə “Qoscaz”ın yeni orkestrinin sonuncu məşqi zamanı məşhur müğənni Lidiya Ruslanova bu mahnını yaddaşından oxuyub. Ondan soruşandakı not olmadan necə oxuyub, Lidiya belə cavab verib:

- Not nəyimə gərəkdir? Mən mahnını bir anda yadda saxladım!

- Amma axı siz rus mahnılarını ifa edirsiniz, bu isə fokstrotdur (müasir rəqslərdən birinin adı, bu rəqs üçün yazılmış mahnı-red.), - çaşıb qalmış musiqiçilər sual veriblər.

- Bu çox gözəl rus mahnısıdır, - Lidiya Andreyevna deyib.– Mənim xoşuma gəldiyi üçün də özümü saxlaya bilməyib oxudum.

# 4290 dəfə oxunub

Müəllifin son yazıları

# # #